Meydan TV-nin apellyasiya şikayəti təmin edilməyib

Şrift : |
Tarix :23-04-2019, 04:18
Bölmə : ---
Kömək :    
Baxılıb : 61 dəfə
Like :
Like :

    Aprelin 23-də Bakı Apellyasiya Məhkəməsi "Meydan" TV-nin saytının bloklanması ilə bağlı şikayətini təmin etməyib. Hakim Etibar Nəbiyevin sədrlik etdiyi prosesdə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. Bu barədə "Meydan" TV məlumat yayıb.

    2017-ci il mayın 12-də Səbayel Rayon Məhkəməsi "Meydan" TV-nin bloklanması barədə qərar çıxarıb. Həmin il mayın 12-də isə Səbayel Rayon Məhkəməsinin qərarıyla "Azadlıq" radiosunun azadliq.org, "Azadlıq" qəzetinin azadliq.info, "Meydan"TV-nin meydan.tv, ölkə xaricindən yayımlanan "Turan" TV-nin turan.tv və "Azərbaycan saatı" televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

    Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

    2017-ci il martın 10-da Milli Məclisin plenar iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" və "Telekommunikasiya haqqında" qanunlara dəyişikliklə İnternet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanması qaydaları qəbul edilib.


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!