BÖLMƏLƏR


«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Göygöldəki uşaq musiqi məktəbində “inqilab ab-havası” yaranıb-AÇIQ MÜRACİƏT

15
  • + A
  • - A
  • Göygöldəki uşaq musiqi məktəbində “inqilab ab-havası” yaranıb-AÇIQ MÜRACİƏT
    "Bir sözlə, hazırda İradə Bağrovanın cinayət əməllərindən hər kəs xəbərdar olsa da, bir kimsə ona “qaşı üstə qara var” demir”

    Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbində uzun illərdən bəri müəllimə işləyən, əmək fəaliyyətini gənc nəslin formalaşmasına yönəldən, şagirdlərin elmin-təhsilin sirlərinə dərindən yiyələnmələri yolunda yorulmadan mübarizə aparan, hətta çoxsaylı valideyinlərin belə məhəbbətini, rəğbətini qazanan Tamara İsmayılova tərəfindən müraciət daxil olub. O, yazmış olduğu müraciətində qeyd edir ki, “Mən 2011-ci ildən bu günə kimi Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbində xor-drijor müəllimi vəzifəsində çalışıram və adı çəkilən bu məktəbdə direktor vəzifəsini daşıyan İradə Kamal qızı Bağırovanın özbaşınalıqlarını, korrupsiya və rüşvətxorluq əməllərini, müəllimləri təhqir edib sonuncu qəpiklərini əllərindən almasını və digər addımlarını Mədəniyyət və Turizm Nazirliyi, hüquq-mühafizə orqanı əməkdaşları görsələr də, təəssüflər olsun ki, onunla bağlı bugünədək heç bir tədbir görən olmayıb. Məktəb direktorunun və özünü direktor müavini elan edən övladı Aygül Əliyevanın dava-dalaşı gündəlik məktəbi ağuşuna alsa və adət halına çevrilsə belə “Bu məktəbi mən açmışam deməklə, məktəbə gələn valideynlərin, tələbələrin gözləri önündə müəllimlərə və tələbələrə qarşı tətbiq olunan qadağalar gündəlik adi hala çevrilsə də, uzun müddətdir ki, bu cür vəziyyət yaşanır və baş verənlərə münasibət bildirən də tapılmır. Dəfələrlə mənimlə bərabər, iş yoldaşlarım da hüquq-mühafizə orqanlarına, o cümlədən polisə, prokurorluğa, Şəmkir Reqional Mədəniyyət şöbəsinin rəhbərliyinə, Mədəniyyət və Turizm Nazırliyinə müraciətlər etsək də, hələ ki, İradə Bağırova “güclü” olduğundan, bir kimsə bu kimi məsələlərə münasibət bildirməyə “risk etmir”. Bir neçə dəfə Şəmkir Reqional Mədəniyyət şöbəsinin müdiri Höcət Əsədullayevin qəbulunda olub ona direktorun özbaşınalığından şikayətlərimizi çatdırsaq da, o, “gəlin bu haqda danışmayaq, sizə köməyim yalnız o olar ki, ya ərizə yazıb işdən çıxın, ya da sizi Gəncə məktəbinə keçirək” deyə, bizə belə bir formada cavab verib. Belə çıxır ki, Höcət müəllim haqqını tələb edən müəllimin danışdıqlarına məhəl qoymur və nəyə görəsə direktorun xətri əziz olsun deyə, problemlərin həllini ya bizim işdən çıxmağımızda, ya da ki, başqa bir məktəbdə çalışmağımızda görür. Məlumat üçün onu da bildirim ki, mən aylardır ki, baş verənlərdən yorğun düşmüşəm və belə bir səbəblər üzündən də, artıq səhhətimdə müəyyən problemlərim də əmələ gəlib. Bir neçə gün bundan öncə isə, məcburiyyət qarşısında qalıb yaşadğım və qeydiyyatda olduğum “Qarayeri” qəsəbəsində həkimə müraciət etməli oldum.
    Bu gün İradə Bağırova öz imkanlarından lazımınca istifadə edir və daşıdığım vəzifəmdən uzaqlaşdırılmağım üçün, müxtəlif addımlarını atır. Belə ki, o, bu günə kimi üzünü görmədiyimiz həmkarlar təşkilatının sədri Vaqif müəllimlə birlikdə müəllimlərə bir növ “zor” tətbiq edir və məktəbə çəkiliş gətirməklə, məhz məsələni belə bir yolla həll etməyi planlaşdırır. Elə ki, direktor həmin vaxtlarda xəstə olduğumu bilir, o halda o, belə bir planının baş tutmayacağını dərk edir və dərhal Samux rayon Səhiyyə İdarəsinin köməkliyi ilə, məhz mənə xəstə olmağımla bağlı açılmış “bülleten”i bağlatdırmağa da nail olur. Həmin vaxtlarda baş həkim vəzifəsini daşıyan İlham həkim tabeçiliyində olanlara “bu xəstəyə yardım edən həkim işdən azad olunacaq” tapşırığını verir. Direktorun mənə qarşı bu çür "sanksiya” tətbiq etməsinə əsas səbəb, hələ ötən ilin sentyabr ayında İradə Bağırovaya iki azyaşlı körpəmin olduğunu nəzərə almasını və xor-drijorluq dərs saatlarını mənə verməsini xahiş etməyim olmuşdu.
    O həmin vaxtlarda məndən 500 manat pul istədi və bunun qarşılığında mənə 36 saat dərs yükü verməyə razılığını bildirdi. Mən də naəlac qalıb onun belə bir şərtinə razı oldum. Elə ki, birinci ay keçdi, o halda İradə Bağırova məni çağırıb “Sənə 18 saat dərs yükü vermişəm, hər ay pulun yarısı mənimdir” dedi və hər ay da əmək haqqının tən yarısını məndən aldı. Bu gün mən onun qanunsuz hərəkətlərinə heç cür dözə bilmədim və haqq səsimi qaldırmağa məcbur oldum. Belə olan halda o, tədris ilinin sonu olmasına baxmayaraq, dərs saatlarımı 14 saata endirdi və məni çəzalandırmaqdan da usanmadı. Təəccüb doğuran hal odur ki, direktorun əməlləri ilə bağlı aidiyyatı qurumlarda lazımınca dəlil-sübut olsa da, bu gün hər kəs susmaqda davam edir. Direktorun mənə qarşı etdiyi düşmənçiliyə səbəb olan amillərdən biri də, onun hamilə olan iş yoldaşım Sevinc Verdiyevanın üstünə hücum çəkməsi, təhqir etməsi, hətta özünü direktor müavini elan edən qızı Aygül Əliyeva ilə birlikdə, onu döymək istəmələrinə qarşı müdaxilə etməyim oldu. Həmin vaxtdan direktor mənimlə düşmənçilik etməyə başladı və dərs saatlarımı azaldacağını da bildirdi. Qəribə hal odur ki, İradə Bağırova iş yoldaşım Sevinc Verdiyevanı hamiləlik dövründə dəfələrlə çıxılmaz duruma salmış və o, bununla bağlı aidiyyatı qurumlara, o cümlədən polisə, prokurorluğa, Şəmkir Regional Mədəniyyət şöbəsinin rəhbərliyinə bir neçə dəfə şikayətlərini çatdırsa da, bir kimsə edilmiş şikayətlərlə bağlı direktora irad belə birdirməyib.
    Ən pis hal o oldu ki, direktor İradə Bağırova hamilə qadına qarşı zor tətbiq etsə də, heç bir halda ürəyi soyumadı və dərs ilinin sonu çatmasına baxmayaraq, onun üç saat dərs saatını kəsdi, az sonra da analıq məzuniyyətinə göndərdi. Direktorun bu cür insanlığa sığmayan özbaşınalıqlarına qarşı yenə də bir kimsə münasibət bildirmədi. Bir sözlə, bu gün Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbində direktorun özbaşınalıqlarına qarşı çıxan hər kəsə qarşı "sanksiyalar" tətbiq olunur və sonda haqqını-hüququnu tələb edən işçi işindən də azad olunur. Artıq adı çəkilən bu təhsil ocağında son bir neçə ildə 10-dan artıq müəllim işdən azad olunub. Ona görə də bu gün işçilərin çoxu işsiz qalacaqarından ehtiyat edirlər və direktora itaət etmək məcburiyyətində də qalırlar.
    Mənim ölkə rəhbəri cənab İlham Əliyevə, birinci vitse-prezident hörmətli Mehriban xanıma, prokurorluğa, Nazirliyə və digər dövlət qurumlarına müraciət etmədiyimə əsas səbəb, İradə Bağırovanın məndən aldığı 500 (beş yüz) manat pulla bağlı səsyazısını ictimailəşdirmək, müəllimlərdən əksəriyyətinin işə gəlməməsi səbəbindən onlara məxsus maaş kartlarının direktorda və yaxud da ailə üzvlərində olmasını, həmçinin onlara məxsus əmək haqlarını mənimsəmələrini, dərsə gələn müəllimlərin dərs saatlarının müqabilində aldıqları əmək haqlarının yarıya qədərinin direktorun “cibinə axması”nı, “bu məktəb mənimdir” deməklə müəllimləri təhqir etməsini, məktəbi talamasını və s. hər kəsin diqqətinə çatdırmaqdır. Əgər DİN-in 102 xidmətindən arayış cıxarılarsa o halda bəlli olar ki, son bir neçə ay ərzində polis əməkdaşları qarşıdurmalarla bağlı dəfələrlə Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbində olmuşlar. Amma, son anda hüquq-mühafizə orqanı əməkdaşları problemlərin varlığına biganə yanaşıb susmağa üstünlük vermişlər. Sonda da direktor "mənə nə edə bilərsiniz, getdim Bakıya, pulumu verib gəldim" deyərək, sanki özünü hər zaman qalib obrazında aparır. Direktorun bu cür davranışı və bir müddət bundan öncə adı çəkilən musiqi məktəbi ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmanın yekunlaşmadan Göygöl rayon Prokurorluğuna qaytarılması, İradə Bağırovanın danışdıqlarının həqiqət olmasını təsdiq edir. Mən bu günə kimi bir neçə dəfə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etsəm və bu gün dövlət əmlakını talan edən direktorun qanunsuzluğa söykənən əməlləri ortada olsa da, hələ ki, Şəmkir Regional Mədəniyyət şöbəsi mənim işdən getməyimə razılığını ifadə edir, prokurorluq orqanları isə susmağa üstünlük verməkdədir. Bir sözlə, hazırda İradə Bağrovanın cinayət əməllərindən hər kəs xəbərdar olsa da, bir kimsə ona “qarşı üstə qara var” demir.
    Artıq mən bu gün cənab prezident İlham Əliyevə müraciət etmək məcburiyyətində qalmışam. Cənab Prezident! Uzun müddətdir ki, mən və bir neçə iş yoldaşım Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbində baş verənlərlə bağlı, Rayon İcra Hakimiyyəti Aparatına, Mədəniyyət və Turizm Nazirliyinə, dəfələrlə Şəmkir Reqional Mədəniyyət şöbəsinin rəhbərinə, DİN-in 102 xidmətinə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, rayon prokurorluğuna, hətta KİV nümayəndələrinə müraciətlər etsək də, adı çəkilən təhsil ocağında baş verənlərə, direktorun cinayət əməllərinə hələ də göz yumulur, haqq səsimizə “hay verən” tapılmır. İradə Bağırova haqq səsini çıxardan hər müəllimə qarşı amansızcasına davranır və "Mənim arxa-dayağım kürdlərdir” deyərək, ya həmin müəllimi işdən çıxartmağa nail olur, ya da ki, dərs ilinin sonu çatmasına baxmayaraq, "xərcim cıxıb" adı altında müəllimlərin dərs saatlarının müqabilində əldə etdikləri əmək haqlarının yarısını ələ keçirə bilir.
    Odur ki, mən yüksək çinli vəzifə sahibi olan hər kəsdən, o cümlədən cənab Prezidentdən, hörmətli Mehriban xanımdan, Zakir müəllimdən, Əbülfəz müəllimdən, artıq dərəcədə xahiş edirəm ki, Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbinin direktoru İradə Bağırovanın haqsızlığına, həddi-hüdudu bitməyən özbaşınalığına, rüşvətxorluğuna qarşı apardığım mübarizədə mənə köməklik edin. Mənim və çoxsaylı haqsızlıqlarla üz-üzə qalan iş yoldaşlarımın haqq səsini eşidib, bizə kömək əlinizi uzadasınız.
    Tamara İsmayılova,
    Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbinin müəlliməsi GundemXeber.Az