SMMM siyasi məhbus siyahısını yenilədi

Şrift : |
Tarix :27-02-2019, 03:12
Bölmə : aktual
Kömək :    
Baxılıb : 92 dəfə
Like :
Like :

    Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) siyasi məhbus siyahısını yeniləyib. 7GÜN xəbər verir ki, ötən müddət ərzində adları siyasi məhbus siyasında olan 16 nəfər azadlığa çıxdığına görə adları siyasi məhbus siyahısından çıxarılıb. Həmin şəxslər bunlardır;

    Şirəliyev Telman Şirəli oğlu- Hicab məhbusu
    Məmməd İbrahim Əziz oğlu- AXCP fəalı
    İdrisov Mikayil Qərib oğlu- Səid Dadaşbəyli dəstəsinin üzvü
    Möhbalıyev Emil Nurəddin oğlu- Səid Dadaşbəyli dəstəsinin üzvü
    İlqar Məmmədov- REAL partiyasının sədri
    Rzayev Elşad Fikrət oğlu- Dindar məhbus
    Hüseynov Samir Xanpaşa oğlu- Evrovizion məhbusu

    Nardaran sakinləri (noyabr- dekabr 2015- ci ildə həbs olunanlar)

    Zəkiyev Zahid Faiq oğlu
    Babayev Raci Abbasəli oğlu
    Rüstəmov Əlizöhrab Əmirhüseyn oğlu
    Bünyatov Rasim Sərvər oğlu
    Quliyev Rahil Qulməmməd oğlu
    Tağıyev Cavanşir Məlik oğlu
    Şahbazov Atabala Şahbaz oğlu
    Mirzəyev Həsən Məmməd oğlu

    Eyni zamanda SMMM- in sentyabr ayında keçirilən iclasında siyasi məhbus kimi tanınan Rza Səfərsoy 11 fevral 2019- cu ildə məhkəmə qərarı ilə azadlığa çıxdığına görə adı siyahıdan çıxarılıb. Həbsində siyasi motivlər olan Musavat partiyasının 2 üzvü siyasi məhbus siyahısına əlavə edilib; Azad Həsənov və Əbülfəz Sadiqbəyli.

    SMMM son zamanlar ictimai- siyasi fəalların oğurlanması, işgəncəyə və əsassız həbsə məruz qalmasını, səhhətində ciddi problemlər olan siyasi məhbusların müalicəsinə şərait yaradılmamasını pisləyib. Hakimiyyətdən həbsdə olan siyasi məhbusları qeyd- şərtsiz azadlığa buraxmağı tələb edib.

    03 iyul 2018- ci ildə Gəncədə keçmiş icra başçısı Elmar Vəliyev və onun cangüdəni güllələndikdən sonra baş verən kütləvi həbslər (şərti olaraq “Gəncə işi”), Tərtər bölgəsində 2017- ci ilin may ayında bir qrup hərbiçinin müəmmalı şəkildə öldürülməsi və günahsız həbs edildiyi ehtimal olunan şəxslərin işlərinin araşdırılması (şərti olaraq “Tərtər işi”) qərara alınıb.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!