“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Şrift : |
Tarix :5-03-2019, 03:03
Bölmə : aktual
Kömək :    
Baxılıb : 73 dəfə
Like :
Like :

    Bakı şəhər Binəqədi rayon sakini Abbasov Dadaş Mehdi oğlunun həyat yoldaşı Abbsova Sultan Vəli qızının əmlak payının “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbərliyi tərəfindən mənimsənilməsi barədə müraciətini 7GUN.az-da dərc etmişdik.

    İqtisadi İnkişaf Nazirliyinin 21 noyabr 2001-ci il tarixli 217 saylı sərəncamına əsasən Azərelktroştamp zavodu “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

    “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin ikinci dövlət proqramı”na uyğun olaraq “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin əmək kollektivinə güzəştli satışı həyata keçirilib. 15 may 2002-ci ildə “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirilmişdir. Əmək Kollektivi Şurasının sədri Məhərrəm Baxışəliyev seçilmişdir.

    Abbasova Sultan Vəli qızı da zavodun keçmiş işçisi kimi özəlləşdirmə çeklərini satışa qoyaraq “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətində əmlak payına sahib olmuşdur.

    Məhərrəm Baxışəliyevin “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin sədri olduğu müddətdə payçılara əmlak payları verilməmişdir.

    2007-ci ildən sonra “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinə Ramiz Əhmədov rəhbərlik etmişdir.

    Araşdırmalarımız nəticəsində məlum oldu ki, “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin əmlaklarının satışını Ramiz Əhmədov həyata keçirib.

    Zavodun əmlakı dağıdılıb satıldıqdan sonra fəaliyyəti dayanmış “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyəti “Baku Still Kompani”nin tərkibinə daxil edilib.

    Lakin “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətində 283 nəfərin əmlak payları mənimsənilmişdir.

    Kütləvi qanunsuzluğa və maliyyə fırıldaqlarına görə heç kəs hal-hazıra kimi cavabdehlik daşımır.

    7GUN.az-ın əməkdaşı ilə söhbət zamanı “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin keçmiş hüquqşunası Vahid adlı şəxs bildirib ki, zavodun fəaliyyətinin dayandırılması, payçılara əmlak paylarının verilməsi və digər məsələlərlə bağlı Ramiz Əhmədova müraciət edilməlidir. Əməkdaşlarımız dəfələrlə cəhd etsələr də Ramiz Əhmədovla əlaqə yarada bilməmişlər.

    Ramiz Əhmədov “Bakıelektroştamp” Açıq Səhmdar Cəmiyyətinin əmlkaının satışından əldə etdiyi pullar hesabına Keşlə qəsəbəsində keçmiş 4 saylı Dəmir-Beton zavodunda kisə sexi açaraq özünə şəxsi biznes qurmuşdur.

    Dadaş Abbasov 7GUN.az-a həyat yoldaşı Sultan Abbasovanın hüquqlarının bərpası və əmlak payına sahib olmasından ötrü iki ilə yaxındır ki, ölkənin ali hakimiyyətində təmsil olunan vəzifəli şəxslərə müraciət etdiyini, lakin nəticəyə nail olmadığını bildirir.

    Maliyyə Bazarlarına Nəzarət Palatası və Milli Depozit Mərkəzində Dadaş Abbasova həyat yoldaşının bir çekə görə əmlak payının nominal dəyərinin 2 manat olduğunu bildirib, hətta ona tövsiyyə etmişlər ki, zavodun fəaliyyətinin dayandırılması və əmlaklarının satılması prosesi yüksək səlahiyyətli bir şəxsin xeyir-duası ilə icra olunduğuna görə bu işin arxasınca getməsin.

    Dadaş Abbasov həyat yoldaşının hal-hazırda ağır yataq xəstəsi olduğunu bildirir.

    7GUN.az-ın araşdırmaları ölkədə vətəndaşların əmlak hüquqlarının oliqarxlar tərəfindən mənimsənilməsində mövcud hakimiyyət sahiblərinin birbaşa iştirakını sübut edir.

    Ramiz Əhmədovun hakimiyyət səlahiyyətlilərinin və oliqarxların himayəsi altında həyata keçirtdiyi böyük həcmli maliyyə fırıldağı da ölkədə tüğyan edən dərəbəyliyin məntiqi nəticəsidir.

    Abbasova Sultan Vəli qızının 17 illik əmlak payını kim ödəyəcək?!

    Məqalədə adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!