QHT-lərin 99%-i hakimiyyətə işlədiyinə görə xoşbəxtdir

Şrift : |
Tarix :23-06-2018, 08:15
Bölmə : aktual
Kömək :    
Baxılıb : 209 dəfə
Like :
Like :

    QHT-lərin 99%-i hakimiyyətə işlədiyinə görə xoşbəxtdir
    Azərbaycan hakimiyyəti hesab edir ki, qeyri-hökumət təşkilatları onlara işləməlidir. Onlar QHT-lərin 99%-də bu məqsədə nail ola bilməkdən çox məmnundurlar.

    7GUN.az Turan.az-a istinadən xəbər verir ki, hakimiyyətin əsas ideoloqu Əli Həsənovun QHT-lərə Dəstək Şurasının 10 illiyinə həsr olunmuş tədbirdə çıxışından belə bir nəticə çıxır.

    Nağıl danışmaq ənənəsinə sadiq olan Həsənov bildirib ki, 1995-ci ildən etibarən ölkədə bütün seçkilər azad və şəffaf keçirilib, ölkədə müstəqil media yaradılıb, QHT-lərin fəaliyyəti azad və şəffafdır.

    Onun sözlərinə görə, 10 il ərzində QHT-lər 15 min nəfərin cəlb olunduğu 4500 layihə çərçivəsində 36 mln. manat vəsait alıb.

    Vətəndaş cəmiyyəti haqqında danışan Həsənov onları xarici təhlükələrə ən az məmurlar qədər müqavimət göstərən ölkənin maraqları uğrunda mübarizlər adlandırıb.

    Daha sonra o, QHT-lərin xarici dairələrin təsiri altına düşən, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı istifadə olunan hissəsini ittiham edib. "Amma QHT-lərin 99%-i dövlətçiliyi təbliğ edir", deyə Həsənov bildirib.

    Beləliklə, Həsənov faktiki olaraq etiraf edib ki, ölkədə fəaliyyət göstərən bütün KİV-lər hökumətyönlüdür (GONGO), bu da prinsipcə müstəqil olmalı və cəmiyyətdə alternativ düşüncə kimi çıxış etməli olan vətəndaş cəmiyyəti prinsipinin özünə tamamilə ziddir.

    Əli Həsənov həmçinin etiraf edib ki, hakimiyyətin səyi ilə ölkədə bütün alternativ fikirlər düşmən və xarici dairələrin təşəbbüsü hesab edilir. Hakimiyyətin hüquq və azadlıqları pozmaq siyasəti də belə bir konsepsiya üzərində qurulub, buna dövlətçilik düşmənlərinə qarşı mübarizə ilə bəraət qazandırmağa çalışırlar.

    Bütün bunlara baxmayaraq, Həsənov hakimiyyətdən qrant alan KİV-lərin böyük əksəriyyətinin onun ailəsinə və qohumlarına yaxın media olduğunu bildirməyi "unudub".


Xəbər lenti

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Qəriblər kənd orta məktəbin gizlinləri

Bakı şəhər Yol Polisi İdarəsində oyunlar

Mirmahmud Mirəlioğlu Qarabağ Komitəsini parçalayır?

Dövlət başçısi Beyləqan rayonuna gedib

"Biz bütün siyasi məhbusların azad edilməsi uğrunda mübarizəni davam etdirəcəyik" M.Ibrahim

Apellyasiya Məhkəməsi AXCP sədrinin müşavirini azad edib

QEYDİYYAT-İMTAHAN ŞÖBƏSİNDƏN ŞİKAYƏTƏ BAŞLANILDI?

Əxlaqsızlıq yuvaları ictimai təhlükə mənbəyidir

Qarabağ Komitəsinin mitinq keçirməsi məqsədə uyğun sayılmayıb

AXCP-nin iki fəalı həbs edilib

Saxlanılan AXCP fəalından dördü polisdən buraxılıb

Müsavat Partiyasının üzvünüb işi üzrə məhkəmə başlayıb

Binə qəsəbəsində “torpaq hərracı”

Başçısı sosial böhrana rəvac verir -VİDEO

Məhkəmə İkram Rəhimovun şikayətini təmin edib

Bakı Apellyasiya Məhkəməsi Anar Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayıb

Azərbaycan və Aİ nümayəndə heyətləri insan hüquqları, demokratiya, ədliyyə məsələlərini müzakirə ediblər

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!