Binə qəsəbəsindəki “torpaq hərrac”ının mahiyyəti aşkarlanır

Şrift : |
Tarix :4-04-2019, 03:00
Bölmə : aktual
Kömək :    
Baxılıb : 189 dəfə
Like :
Like :

    7GUN.az Bakı şəhər Xəzər rayonunun Binə qəsəbəsində “donuzçuluq sovxozu” deyilən ərazidə kənd təssərrüfatı təyinatlı 5 hektar torpaq sahəsində heç bir hüquqi sənəd olmadan qanunsuz tikinti işləri aparılması barədə məlumat vermişdir.

    Daha sonra apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, Binə qəsəbəsinin keçmiş bələdiyyə sədri Babaxan İsayev 2017-ci ildə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılarkən Binə qəsəbəsinin bəzi sakinlərinə həmin ərazidə tikinti işlərinin aparılması üçün dövlət qeydiyyatından keçməyən sənədlər vermişdir. Xəzər rayon İcra Hakimiyyəti Başçısı aparatının həmin sənədlərə razılıq verməsi əsasında ərazidə tikinti işlərinin aparılmasına başlanılmışdır. Narazı qəsəbə sakinlərinin Prezident Administrasiyasına, Əmlak Məsələləri Dövlət Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə və Xəzər rayon İcra Hakimiyyətinə etdikləri çoxsaylı müraciətlər hal-hazıra kimi araşdırılmamış və hüquqi nəticəsini tapmamışdır.

    Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və Bələdiyyəsi mövcud duruma müdaxilə etmək imkanlarəndan məhrumdurlar və seyiçi mövqe tuturlar.

    Göründüyü kimi Bakı şəhərində ali hakimiyyət dairələrinin məlumatlı olduğu cinayət faktının araşdırılmasına maraq göstərilmir. Bu hal bir daha sübut edir ki, ölkədə dərəbəylik qanunları hökm sürür.

    Mövzunu davam etdirəcəyik.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!