BÖLMƏLƏR


«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“Saxta Elçibəyçilərlə doğum günü keçirmək böyüklük yox, dönüklükdür”

69
  • + A
  • - A
  • “Saxta Elçibəyçilərlə doğum günü keçirmək böyüklük yox, dönüklükdür”
    Tanınmış hüquq müdafiəçisi və KXCP sədrliyinə namizəd Oktay Gülalıyev özünə qarşı siyasi basqılara cavab verdi. Onun facebook səhifəsində dərc etdiyi yazını oxucularımıza təqdim edirik: “KXCP sədrliyinə namizədliyimi elan etdikdən sonra partiyanın daxilindən və kənardan özünü "Elçibəyçi" hesab edən bəzi şəxslər tərəfindən mənə qarşı ittihamlar irəli sürülür. Ən "ciddi" ittihamlardan biri odur ki, mən niyə Milli Şurada təmsil olunuram, Əli Kərimli, Cəmil Həsənli və digərləri ilə niyə bir yerdəyəm (!?). Əslində bu ittihamın gerçək mənası odur ki, niyə mən bu şəxslərlə bir yerdə Əliyevlər hakimiyyətinə qarşı mübarizə aparıram. Çünki adını çəkdiyim qurum və şəxslər mübarizənin önündə yer alırlar. Buna görə də bir yerdəyik...

    Son günlər baş verən bəzi olaylar bu ittiham üzərində dayanmağıma səbəb oldu. Məni hakimiyyətlə mübarizənin ön cəbhəsində yer alan Milli Şurada təmsil olunmaqda ittiham edənlərin özləri və böyükləri çox maraqlı yerlərdə göründülər. Özünü "Elçibəyçi" hesab edən bu şəxslər sağlığında və yoxluğunda Elçibəyə xəyanət etmiş şəxslərlə bir arada olduqlarını açıq nümayiş etdirdilər. Həmin şəxslərlə Elçibəyin doğum gününü bir yerdə keçirmək, Təşkilat Komitəsi yaratmaq, yazı müsabiqəsi təşkil etmək, onun qəbri üstə gedib poza verməkdən tutmuş digər açıq- gizli görüşlərə qədər birgə oldular. Necə deyərlər pərdə tam götürüldü. Məlum oldu ki, bunların Elçibəy sevdası yalnız başı üzərlərindən Bəyin şəklini asıb, "Elçibəy mənim mənəvi atamdır, dədəmdir" deyib bir- iki ağız ondan danışmaqdan o yana keçmir. Məqsəd o böyük şəxsiyyəti onun yoxluğu dönəmində də öz şəxsi və qrup maraqları naminə istismar etməkdir. Elçibəy ideyalarına sahib çıxmaq, onun mübarizəsini aparmaq onların məqsəd və məramlarına daxil deyil...

    Elçibəyi təhqir edib, ona böhtan atanlarla, Bəyin mübarizəsini, yolunu Əliyevlər ailəsinə qəpik- quruşa, mandata, vəzifəyə satanlarla bir yerdə olmağın yolverilməz olduğunu onlara bildirdik. Qınaq etdik. Cavab verdilər ki, bu, böyüklük əlamətidir (!?). Maraqlıdır, Elçibəyin doğum gününü ona arxa çevirən dönüklərlə hakimiyyətin razılaşdırdığı yerdə, razılaşdırılmış şəkildə qeyd ounması böyüklük əlaməti sayılır. Amma bu hakimiyyətin talançı, korrupsioner, yarıtmaz siyasətinə, seçki saxtakarlığına qarşı barişmaz və ardıcıl mübarizə aparan Əli Kərimlinin, Cemil Hasanlinin, Gozel Bayramli timsalında Milli Şurada təmsil olunmaq Elçibəy ideyalarına ziddi imiş (!?)...

    Yox, bəylər! Belə avantüralar keçməz. Saxta Elçibəyçilərlə bir yerdə olub, Bəyin doğum gününü qeyd etmək böyüklük yox, dönüklük əlamətidir. Saxtakarlığı, satqınlığı, xəyanəti stimullaşdırmaq, adiləşdirmək cəhdidir.

    Qoy vicdanı qarşısında hamı bu suala cavab versin; hakimiyyətlə iş birliyində olanlarla bir yerdə olmaq Elçibəy dəyərlərinə, prinsiplərinə ziddir, yoxsa avtoritar, anti-milli ailə hakimiyyətinə qarşı mübarizə aparanlarla bir yerdə olmaq?”