İlqar Məmmədovun işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qayıtdı

Şrift : |
Tarix :2-07-2018, 21:26
Bölmə : aktual
Kömək :    
Baxılıb : 192 dəfə
Like :
Like :

    İlqar Məmmədovun işi yenidən Şəki Apelyasiya Məhkəməsinə qayıtdı
    Ali Məhkəmənin Plenumu iyunun 29-da ReAL Partiyasının sədri İlqar Məmmədov barəsində Ali Məhkəmənin cinayət kollegiyasının və Şəki Apelyasiya Məhkəməsinin qərarlarını ləğv edib. İş yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb.
    Bu məlumatı İlqar Məmmədovun vəkili Fuad Ağayev yayıb.
    Vəkil bildirib ki, Ali Məhkəmənin Plenumu əslində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü də İlqar Məmmədova aid hissədə ləğv etməli, onun barəsindəki qətimkan tədbirini ləğv etməli, onu azad etməli idi.
    F.Ağayevin sözlərinə görə, Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin iki qərarını icra etməli, İlqar Məmmədovu azad edib, iş üzrə icraata cinayət hadisəsi olmadığına görə xitam verməlidir!
    “Bütün bu müddətdə İlqar Məmmədovun təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilməlidir və təxribatlar yolverilməzdir. Yeri gəlmişkən, onun yeganə vəkili olaraq mənim barəmdə də. Mənim də təhlükəsizliyim və toxunulmazlığıma görə iqtidar məsuliyyət daşıyır”, deyə vəkil qeyd edib.
    Hüquq müdafiəçisi Rəsul Cəfərov plenumun qərarını biabırçılıq adlandırıb:
    “İlqar Məmmədov barəsində Ali Məhkəmənin Plenumunu heç kimə xəbər etmədən, gizli keçiriblər. Yəni azad etmək əvəzinə işi uzatmaq üçün aşağı məhkəmə qərarlarını ləğv ediblər. Ancaq İlqarın özünə iyunun 27-də bildiriş gəlib ki, 29-da Plenum olacaq”.
    O hesab edir ki, digər biabırçılıq qəbul edilmiş qərardır.
    “İlqar Məmmədov azadlığa buraxılmaq əvəzinə onun barəsində aşağı məhkəmə instansiyalarının qərarları ləğv edilib və iş yenidən Şəki Apelyasiya Məhkəməsinə qaytarılıb. Əsl faciə odur ki, İlqar Məmmədov 5 il 4 aydır məhkumdur. Plenumun qərarından sonra İlqar Məmmədov yenidən məhkum olunmamış şəxs sayılır, amma adam bu müddəti həbsdə keçirib”.
    İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ də azadlığa buraxılmayıb.
    Meydan TV


Xəbər lenti

Sozcu.az saytının rəhbəri Elşən Əlisoya qarşı təxribat həyata keçirilir

8 hərbi qulluqçunu xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirən şəxslərə 6 il həbs cəzası

Taleh Bağırzadənin həyat yoldaşı barədə rəsmi açıqlama

Müdafiə Naziri pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Alim istefa verdi və universiteti rüsvay etdi – İttiham

Elman Rüstəmov bir gecədə 450 milyonu necə qazanıb?

Prezident İlham Əliyevin Novruz təbriki

Ruhulla Axundzadənin və oğlunun aclıq etdiyi bildirilir

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!