BÖLMƏLƏR


«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Kimdir günahkar?

90
  • + A
  • - A
  • Kimdir günahkar?
    "Son bir neçə gündə baş verənlər bir daha göstərdi ki, hakimiyyət 25 ildə yalnız öz iqtidarını qorumaq, xalqı soyub talamaq, əzmək və özünə var- dövlət yığmaqla məşğul olub".
    7GUN.az xəbər verir ki, bunu tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün feysbuk səhifəsində yazaraq, son günlər Azərbaycanda baş verən hadisələrə münasibət bildirib:

    "Yaşadığım Xətai rayonunda elektrik enerjisinin verilməsi az öncə bərpa edildiyindən son günlər ölkədə baş verənlərlə bağlı indi yazmaq imkanım oldu...
    Ölkə rəsmən idarə olunmur. 2 gündür bütün məmləkət zülmətə qərq olub. Verilən məlumata görə elektrik enerjisinin kəsilməsi nəticəsində yeni doğulan onlarla körpə xəstəxanalarda tələf olub. Dəmir yollarında, metrolarda, avtovağzallarda hərəkət iflic olub. Yüzlərlə insan metro tunellərində qalıb və s. Digər sahələrdə olduğu kimi hakimiyyətin "alternativ enerji", "kəsintisiz enerji" və. vədlərinin nağıl olduğu bir daha ortya çıxdı. Milyardların oğurlandığı bir daha bəlli oldu. 20 faiz torpaqlarımızın işğal olunduğu indiki məqamda hakimiyyətin müharibəyə hazır olmadığı təsbit edildi...
    Günlərdir ki, Sumqayıt sakinləri ağacları qırıb ərazidə qanunsuz tikinti aparmaq istəyən işbazlarla və onların polis havadarları ilə üzbə üz qalıb. Dövlətdən kimsə çıxıb tikinti mafiozlarına "gözün üstə qaşın var" demir...
    Dövlətdən, qanunlardan əli üzülən vətəndaş da problemlərini silah yolu ilə həll etməyə çalışır. Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı olan silahlı hücum ölkədə çox pis və təhlükəli bir tendensiyanın əsasını qoyur. Eyni zamanda hakimiyyətə ciddi siqnal verir ki, xalqa qarşı olanlar zor və ya zorsuz, qanuni və qanunsuz şəkildə olsa da cəzalarını alacaq...
    Kimdir günahkar? Təbii ki, hakimiyyət. Son bir neçə gündə baş verənlər bir daha göstərdi ki, hakimiyyət 25 ildə yalnız öz iqtidarını qorumaq, xalqı soyub talamaq, əzmək və özünə var- dövlət yığmaqla məşğul olub. Daha ciddi problemlərin ortaya çıxmaması, talanın və yalanın qarşısının alınması üçün bu hakimiyyətin tezliklə istefaya göndərilməsi ən doğru yoldur..."