Cinayət işi açılıb...

Şrift : |
Tarix :10-07-2018, 02:44
Bölmə : aktual
Kömək :    
Baxılıb : 170 dəfə
Like :
Like :

    Cinayət işi açılıb...

    7GUN.az tanınmış hüquq müdafiəçisi Oktay Güləliyevin Feysbuk səhifəsində yayılmış məlumata istinadən xəbər verir ki, ölkədə repressiyaların yeni dalğası başlayıb. Son günlər xeyli sayda ictimai fəal, sadə insanlar polis tərəfindən saxlanılıb. Bəziləri sutkalıq həbs cəzasına məruz qalsa da haqqında cinayət işi açılıb həbs olunanlar var. Hazırda onların sayı tərəfimizdən dəqiqləşdirilir. Ailələri bəzi şəxslərin yerlərini müəyyənləşdirə bilmirlər.
    Jurnalist Əfqan Sadıqovun 30 sutka inzibati həbs cəzası alıb Binəqədidə Müvəqqəti Saxlanma Məntəqəsində saxlandığı bildirilsə də məlumat təsdiq olunmur. Az öncə məlum olub ki, jurnalist həmin yerdə deyil...
    Dövlətçiliyi qorumaq adı altında mətbuata qarşı total hücum var. Mustafa Hajibeyli başda olmaqla dünəndən bəri 10- dan artıq jurnalist, sayt rəhbəri hüquq- mühafizə orqanlarına aparılıb hədə- qorxu gəlinib və bu proses davam edir. Cinayət işi açılıb...
    Eyni zamanda həbsdə olan siyasi məhbuslara (İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Firkət Fərəməzoğlu, Qiyas İbrahimov, "Naradaran məhbuslar" və s.) qarşı təzyiqlər başlayıb, onlara işgəncə verirlər.
    Hesab edirik ki, bu vəziyyətdə vətəndaş cəmiyyəti, azad mətbuat, siyasi partiyalar susmamalıdır. Həbs olunan, təzyiqlərə məruz qalanlara dəstək olmalıyıq.
    Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq ölkədə baş verənlərlə bağlı məlumatı ictimaiyyətlə bölüşmək, repressiyaların çıxış yolu olmadığını vurğulamaq və həbsdə olan siyasi məhbusların durumu ilə bağlı sabah, 11 iyul saat 12.00- da mətbuat konfransı keçirəcəyik. Mətbuat konfransı Musavat partiyasının akt zalında olacaq.
    Ölkədə baş verənlərə laqeyd qalmayan hər kəsi- vətəndaş cəmiyyəti nümayəndələrini, siyasi partiya təmsilçilərini, azad medianı, xarici ölkə səfirliklərini mətbuat konfransında iştiraka dəvət edirik!


Xəbər lenti

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!