Gəncə hadisələri ilə bağlı həbslər davam edir

Şrift : |
Tarix :22-07-2018, 00:13
Bölmə : aktual
Kömək :    
Baxılıb : 408 dəfə
Like :
Like :

    Gəncə hadisələri ilə bağlı həbslər davam edir

    7GUN.az tanınmış hüquq müdafiəçisi Oktay Gualiyevin şəxsi feysbuk səhifəsindəki yazını olduğu kimi təqdim edir :

    03 iyulda Gəncədə baş vermiş məlum hadisələrdən sonra başlanan həbslərin son günlər kütləviləşməsinə dair məlumatlar alırıq. Verilən məlumatlara görə həbs olunanların ümumi sayı 200 nəfəri keçib. Düzdür, onların bəziləri azad olunsa və inzibati həbs cəzasına məruz qalsa da, xeyli sayda şəxsə qarşı cinayət işi açılıb.

    Həbslərin əsasən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparıldığı və həbs olunanlara işgəncələr verildiyi bildirilir. İş o yerə çatıb ki, Gəncə hadisələrini hətta həbsdə olan şəxslərə də bağlayıb onlara qarşı da yeni ittihamlar irəli sürürlər…

    Gəncə hadisələri ilə bağlı həbslər davam edir

    Məsələn, 2017-ci ilin 07 oktyabrında Gəncədə həbs olunmuş dini fəal Firudin Zeynal bir neçə gün öncə məhkəmə önünə çıxarılaraq ona Gəncə hadisələri ilə bağlı Cinayət Məcəlləsinin 10-a yaxın maddəsi ilə, o cümlədən 214-cü (terror) və 120-ci (adam öldürmə) maddələri ilə cinayət işi açıblar. Təsəvvür edin, hadisə baş verəndə adam 9 aydır həbsdədir, amma boynuna qoymağa çalışırlar ki, Gəncə hadisələrində sənin də əlin və iştirakın var (!?).

    Əldə etdiyimiz məlumata görə Gəncə hadisələri ilə bağlı bəzi şəxslər sosial şəbəkələrdə, facebook-da yazdıqları yazılara görə həbs olunublar.

    Məsələn, Təranə Sübhəm Səfərsoyun verdiyi məlumata görə onun həyat yoldaşı Rza Türkelli Səfərsoy facebook-dakı çıxışlarına görə Dövlət Təhlüksəzilk Xidmətinin əməkdaşları tərəfindən həbs olunub və ona CM-nin 214-cü maddəsi (terror) ilə cinayət işi açılıb və haqqında məhkəmənin həbs qəti imkan tədbiri seçilib və s. Hazırda yoldaşı DTX-nın təcridxanasında saxlanılır.

    Gəncə hadisələri ilə bağlı həbslər davam edir

    Eyni zamanda Azərbaycandan kənarda yaşayan ən azından 30-a yaxın şəxsə də cinayət işi açılıb və onların ölkəyə gətirilməsi istiqamətində iş aparılır. Həmin şəxslərin bəziləri Avropada yaşasa da, əksəriyyətinin Rusiyada yaşadığı bildirilir.

    Görünən odur ki, hakimiyyət Gəncə hadisələrindən istifadə edərək ölkədə genişmiqyaslı həbslər həyata keçirir, qorxu xofunu dərinləşdirmək istəyir. Günahsız insanlara qarşı həyata keçirilən repressiyalar və qanunsuz həbslər dayandırılmalı, bütün hərəkətlər qeyri-zorakı, qanuni yollarla tənzimlənməlidir.


Xəbər lenti

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!