"Azərbaycanda siyasi məhbus problemi və onun həlli yolları, son olaylara nəzər" adlı tədbir keçirilib » www.7GUN.az
BÖLMƏLƏR


«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
7 GÜN TV
XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

"Azərbaycanda siyasi məhbus problemi və onun həlli yolları, son olaylara nəzər" adlı tədbir keçirilib

32
  • + A
  • - A
  • "Azərbaycanda siyasi məhbus problemi və onun həlli yolları, son olaylara nəzər" adlı tədbir keçirilib

    İnanclı Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin təşkil etdiyi "Azərbaycanda siyasi məhbus problemi və onun həlli yolları, son olaylara nəzər" adlı tədbirdə ölkənin ictimai-siyasi xadimləri, KİV nümayənələri, inanclılar və günahsız yerə həbs edilən siyasi məhbusların yaxınları iştirak edib.
    Tədbir Quran tilavəti ilə başlayıb.

    Daha sonra Qarabağın Azadlığı Uğurunda İslami Müqavimət Hərəkatının sədri, Qarabağ qazisi Rövşən Əhmədli bildirib ki, Qarabağ problemindən sonra ölkədə ikinci ən böyük problem siyasi məhbus problemdir: "Azərbaycanda demək olar ki, hər an absurd həbslər gözlənilir. Çox təssüf ki, məhkəmələrdən də hər hansı hüquqi araşdırma əsasında ədalətli qərarlar görə bilmirik. Əvəzində sifariş , göstəriş əsasında ədalətsiz hökmlərlə insan həyatını işgəncə və zülmlərə məruz qoyur.

    Ölkə qanunla idarə olunmalıdır, vətəndaş bütün mübahisəli , qanunsuz əmlləri məhkəmələrə müraciət etməklə qanun əsasında hüquqi müstəvidə həllinə nail olmalıdır. Məhkəmələr hakimiyyətin notariat kontoru vəzifəsini yerinə yetirir və verilmiş sifarişləri qeyd şərhsiz icra etmək funksiyası daşıyırsa, vətəndaş ədalətə harda, necə nail olmalıdır?!

    Biz cinayətin qarşısını cinayətlə almağın tərəfdarı deyilik, cinayətin qarşısının qanunla alınmasını istəyirik.

    Söz azadlığı, azad mətbuat Azərbaycanda yox səviyyəsindədir. Azərbaycan müxalifəti yalnız sosial şəbəkələr vasitəsilə cəmiyyəti haqsızlığa ,ədalətsizliyə qarşı mübarizəyə səfərbər etməyə səy göstərir. Hakimiyyət isə hətta sosial şəbəkədə fikir sərgilədiyinə görə insanları uzun müddətli həbs edirlər.

    Hazırda həbs olunanlarla müqayisədə 15-20 il öncə şərlənərək həbs olunanlar daha çox məzlum idilər, çünki onlar haqqında obyektiv məlumat və hüquqlqrının müdafiəsində iştirak, ictimai dəstək indiki ilə müqayisədə yox dərəcədə idi.

    Zaman hər şeyi açıb göstərir. Nardaran hadisələrində qurulan tragikomik məhkəmə prosesləri özündən əvvəlki saxta məhkəmə proseslərinə də işıq salaraq əsl həqiqətləri üzə çıxard.

    İnanırıq ki,haqısız yerə həbs həyatı yaşayanların çəkdiyi zülmləri, əziyyəti, işkəncələri Allah bu haqsızlığı,ədalətsizliyi törədənlərə keçməyəcək , onlar da layiq olduqları cəzaları inşallah görəcəklər.

    Toplantıların bir mənası da budur ki, ey zülmə məruz qalan qardaş və bacılarımız, millət, məhbus ailələri, biz sizinləyik. Əlimizdən gələni edirik ki, nahaqdan həbsdə olan övladlarımızın hüquqlarını qoruya bilək.

    Dövlət iki halda sarsılır. Bir cinayətkar cəzasız qalanda, birdəki günahsız insan cəzalandırılanda.

    Ölkədə məhbəslər günahsız insanlarla doludur.

    İnsanlar konistisyon hüquqlarını bilməlidir və öləkədə dinc yolla hüquqlarını bərpa etməlidir. O zaman ümid edə bilərik ki, insanlar torba əməliyyatları və saxta ittihamlarla həbs olunmayacaq.

    Ölkəni bizim vətəndaşlarımız əl-ələ verib, sevgi və məhəbbətlə xilas edəcək. Biz millətimizi, vətənimizi sevirik və onun maraqlarını heç bir güc qarşısında , heç kimə güzəştə getməyəcəyik.

    Biz vahid bir konsepsiya əsasında birləşməliyik”.

    Siyasi Məhbusların Müdafiə Mərkəzinin kordinatoru Oktay Gülalıyev ölkəmizdə son günlər baş verən olaylara toxundu: “Ölkəmizin ən ağrılı problemlərindən biri bu gün siyasi məhbuslarla bağlıdır. Siyasi məhbus problemləri bu gün cəmiyyətin aynası rolunda çıxış edir. Siyasi məhbusların problemi, bu ölkədə vətəndaşların hüquqlarına münasibətin göstəricisidir.

    Bu gün 160 -dan çox siyasi məhbus var. Azərbaycan Avropa ölkələri arasında adambaşına görə liderdir ölkədir.

    Bu problemin mövcudluğu Azərbaycan hakimiyyətinin varlğı ilə bağlıdır, öz mövcudluğunu qorumaq üçün həbsə əl atır. Onu tənqid edənləri şərləyib həbs edir”.
    Gəncə hadisələrinə toxunan hüquq müdafiəçisi Oktay Gülalıyev bu hadisədən sonra yeni kütləvi həbslərin artdığını bildirib: “Gəncə hadisələri ilə bağlı 61 nəfər haqqında həbs qəti imkan tədbiri seçilib. Xeyli sayda insan inzibati həbsə məruz qalb. Bir sıra insanlar ölkəni tərk edib. Ümumilikdə 200 nəfər insan həbs olunub.
    Hökumətin məntiqi ilə çıxış etsək Yunis Səfərovun etidiyi hadisədə 61 nəfər iştirak edib.

    Ən dəhşətlisi isə həbs olunan şəxslrə ağır işkəncəələr verilir, təqsirləndirilən şəxslər qətlə yetirilir. Qətlə yetirilmiş insanların sosial şəbəkələrdə fotoları yayılır, nəşi ailələrinə verilmir”.

    Siyasi məhbus, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazıçı Zümrüd Yağmur siyasi məhbusların əslində şəxsi zəmində deyil, bir ölkənin hüquqları uğurunda döyüşərək zindana düşdüklərini dedi:

    “Azərbaycan cəmiyyətinə o mesajı vermək lazımdır ki, siyasi məhbus olmaq, bu çətinlikləri yaşamaq bir ailənin faicəsindən daha çox bir ölkənin faciəsidir.
    Əgər Azərbaycanda bu gün siyasi məhbus çoxdursa demək müqavimət çoxdur. Biz bundan qürur duymalıyıq. Demək ki, hələ hər kəs susmayıb və müqavimət göstərənlər var. Demək ki, hər şey itirilməyib.

    Artıq dövlət siyasi məhbusların məsələsini özü bildiyi kimi həll etməyə başlayıb. Bu gün artıq silah dili ilə danışır. Dünənə kimi əgər polislə təhdid edirdisə, indi silahla danışır “məhv edilmişdir” ifadəsindən istifadə etmək, onu göstərir ki, dövlət vətəndaşına qarşı nə qədər düşmən mövqeyində olduğunu göstərir.
    Bizim ən böyük problemimiz odur ki, biz sistemli iş aparmırıq, dağınıq iş gedir.”

    Siyasi Məhbusların Hüquqlarının Müdafiəsi Mərkəzinin üzvü, siyasi məhbus Tural Sadıqlının atası, hüquqşünas Əlövsət Sadıqlı çıxışı zamanı belə tədbirlərdə, xalqın sərgilədiyi münasibətin hökumətin də eşitməsinin vacibliyini bildirdi: “Hesab edirəm ki hökumət öz axrının yaxınlaşdğını hiss edir ki, bu da hökuməti narahat edir. Hökumətin bu gün xalqa qarşı bu qədər aqressivləşməsinin səbəbi də elə bu narahatçılıqdır.

    Amma hökumət tədbrləri adekvat gömür. Vətəndaş gücünün birləşdirilməsi istiqamətində qurmur işini, insanların cəmiyətin problemi ilə maraqlanmır, əksinə bütövlükdə cəmiyyətə qarşı aqressiv düşmənçilik mövqeyi tutur.

    Özlərini ifadəsi ilə desək erməni dəyirmanına su tökür”.

    Müsəlman Birliyi Hərəkatının fəalı Seyyid Əbdülxaliq çıxışı zamanı Gəncə hadisələrinə toxundu. O, bildirdi ki, Müsəlman Brliyi Hərəkatının Gəncə hadisələri ilə heç bir əlaqəsi yoxdur: “Biz Gəncə hadisələri zamanı şərlənərək, evində öldürülən Müsəlman Birliyi Hərəkatının üzvü Sərxani Ağa Hüseyn oğlunun nəşinin ailəsinə təhvil verilməsini istəyirik. Sərxaninin nəşini verin, aparıb dəfn edək”.

    Səid Dadaşbəyli işində şərlənərək həbs edilən siyasi məhbus Rasim Kərimovun anası İradə Kərimova oğlu və adıçəkilən qrupdakı digər məhbusların ürəkdağlayan taleyindən söz açıb: “Mənim oğlum həcc ziyarətindən evə dönəndə o vaxtkı Milli Təhlükəsizlik naziri Eldar Mahmudov aeropotda Rasimin başına torba keçirib oğurlatdırıb hakim Ənvər Seyidov o vaxt bu Səid Dadaşbəylinin dəstəsi qrupunda həbs edilən 10 nəfər gəncə 10-12 il həbs cəzasının verilməsi haqqında hökm oxudu və bəlli oldu ki, bu uşaqları həm vəhhabilikdə, həm şiəlikdə, həm sünnilikdə ittiham ediblər. Biz analar 12 ildir bu ədalətsizliyə qarşı döyüşürük. Çünki həbslər təzə başlayanda heç kəs bizi müdafiə etmirdi.

    İllər keçdi, bəlli oldu ki axı bu ziyalı gənclərin hamısı şərlənib.

    Aradan keçən bu qədər müddətdə bu gənclərin çoxunun ailəsi dağıldı, övlad yolunu gözləyən anaların bəziləri bu nisgillə dünyadan köçdü”.
    AXCP fəalı, şərlənərək həbs edilən Ruslan Nəsirlinin anası Məleykə Nəsirova bütün anaları ölkədəki ədalətsizliklə mübarizəyə səslədi: “Bu gün mənim uşağımı günahsız yerə, şərləyərək həbs ediblər, sabah sənin, bir gün o birinin uşağnı şərləyəcəklər. Odur ki, qapımızın bir-bir döyülməsini gözləməyək, hamımız birləşək və bu ədalətsizliyə etiraz edək.

    Ruslan mayın 25-də şərlənərək həbs edilub. Bu günə qədər onunla nə telefon bağlantısı olub, nə də görüş veriblər. Ombudsman Elmira Süleymanovya müraciət etdim, dedim anadır, nə qədər olmaya analıq hissləri ona ədalətli qərar çıxarmağa im kan verər. Lakin o gündən indiyə qədər Elmira xanımı tapa bilmirik”.

    Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, ilahiyyatçı alim Növrəstə İbrahimova çıxışı zamanı ölkəmizdəki ədalətsizliyi kəskin şəkildə pisləyərək hökumət-xalq münasibətlərinin uçuruma yuvarlandığını bildirdi: “Böyük islam filosofu Seyyid Cəmaləddin Əsəd Abadiyə bir şəxs sual verib ki, ağa, bu müstəmləkəçilər çox zalımdırlar. Cəmaləddin ağa həmin dəqiqə o şəxsin cavabını verir: Siz qoyun olmasanız, onlar canavar ola bilməz.”

    N.İbrahimova cəmiyyəti mübariz olmağa çağırdı.

    Tədbirin sonunda R.Əhmədli bu günlərdə doğum günlərini zindanda qarşılayan mübariz gənclərimiz Qiyas İbrahimli və İlkin Rüstəmzadəni tədbir iştirakçıları adından bir daha təbrik etdi, eyni zamanda AXCP fəalları, çirkli pulların yuyulması ittihamı ilə şərlənərək həbs edilən Aqil Əli Məhərrəmli, Qarabağ qazisi Babək Həsənli və Ruslan Nəsirlinin bu günki gəncliyə örnək olduğunu bildirdi.


    "Azərbaycanda siyasi məhbus problemi və onun həlli yolları, son olaylara nəzər" adlı tədbir keçirilib
    "Azərbaycanda siyasi məhbus problemi və onun həlli yolları, son olaylara nəzər" adlı tədbir keçirilib
    "Azərbaycanda siyasi məhbus problemi və onun həlli yolları, son olaylara nəzər" adlı tədbir keçirilib
    "Azərbaycanda siyasi məhbus problemi və onun həlli yolları, son olaylara nəzər" adlı tədbir keçirilib
    "Azərbaycanda siyasi məhbus problemi və onun həlli yolları, son olaylara nəzər" adlı tədbir keçirilib