Sabiq icra başçısından 10 gündür xəbər yoxdur

Şrift : |
Tarix :22-05-2018, 14:04
Bölmə : aktual
Kömək :    
Baxılıb : 216 dəfə
Like :
Like :

    Sabiq icra başçısından 10 gündür xəbər yoxdur
    "Rüstəmovların taleyi ilə bağlı ailə üzvlərinə hər hansı məlumat verilmir. Biz ailə üzvləri onların ağır işgəncələrə məruz qaldığını düşünürük".

    Bu barədə Turan-a Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov bildirib.

    Saleh Rüstəmov mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə, 1992-93-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.

    Saleh Rüstəmov mayın 8-də Şəmkir rayonunda həbs edilib. Mayın 9-da Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə Saleh Rüstəmov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun qardaşı oğlu Vidadi Rüstəmli mayın 10-da saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Vidadi Rüstəmlinin barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Ona və qardaşı oğlu Vidadi Rüstəmliyə qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham elan edilib.

    Taleh Rüstəmov bildirib ki, məhkəmənin həbs qətimkan tədbiri seçməsinə baxmayaraq, qanunsuz olaraq Saleh Rüstəmov mayın 8-dən, qardaşı oğlu Vidadi Rüstəmov isə mayın 10-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

    "Respublika rəhbərlərinə dəfələrlə teleqram vurmuşam, Ombudsman Aparatına müraciət etmişəm. Yalnız Ombudsman Aparatından qardaşım və qardaşım oğlunun saxlanma yeri barədə məlumat veriblər. Onların işgəncəyə məruz qalması ilə bağlı isə Ombudsman Aparatı prokurorluğa mütraciət etməyimizi məsləhət bilib", deyə o qeyd edib.

    Mayın 18-də Bakı Apellyasiya Məhkəmisində məhkəmə iclası təyin olunmasına baxmayaraq, Saleh və Vidadi Rüstəmovlar məhkəməyə gətirilmədiyindən məhkəmə iclası təxirə salınıb.

    "Bu gün, mayın 21-də isə həm Salehdən, həm də Vidadidən məhkəmədə iştirak etmək istəmədikləri barədə məktub alıblar. Hətta Vidadi ailəsinin tutduğu vəkillərdən imtina edib. Bunlar inandırıcı deyil. Sadəcə bu iltizamlar işgəncə altında alınır. Qardaşım və qardaşım oğlunun bədənində işgəncə izlərinin itirməsi üçün onları məhkəmə qarşısına çıxarmırlar", deyə o qeyd edib.

    Taleh Rüstəmov Saleh Rüstəmovun həyat yoldaşının Rusiya Xarici İşlər Nazirliyinə və Rusiyanın Azərbaycandakı səfirliyinə məlumat verdiyini bildirib.

    "Həyat yoldaşı Rusiya Xarici İşlər Nazirliyinə yazıb ki, Saleh Rüstəmova işgəncə verilib, bu səbədən də üzə çıxarılmır, məhkəməyə gətirlmir. Onunla üç dəfə görüşməyə cəhd ediblər, lakin görüşə bilməyiblər. Sonra Ombudsmandan mənə məktub gəlib ki, işgəncə faktı ilə bağlı onlara yazım prokurorluğa müraciət edəcəklər", - deyə o qeyd edib.


Xəbər lenti

''Xəstəxananın direktoru işçiləri alçaldır''

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

MİLLİ MƏCLİS ƏHLİ KEYF ELƏYİR! – Biri çəkir, biri içir, ağsaqqal da rəqs eləyir! (VİDEO)

DİN-də ciddi kadr dəyişikliyi baş verib

Bakı Nəqliyyat Agentliyi xüsusi rejimdə fəaliyyətini davam etdirir

"Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir

Azərbaycan hakimiyyəti misli görünməmiş təzyiqə məruz qoyulub

"Ölkədə hər şeyi dəyişmək lazımdır. Həm siyasi sistemi, həm iqtisadi sistemi, həm sosial-təminat, təhsil, səhiyyə və s."-A.Qasımlı

"Yalnız güclü və israrlı beynəlxalq kampaniya Azərbaycan hökumətini Mehman Hüseynovu azad etməyə və ölkədə qalan sonuncu tənqidi jurnalistlərin təqibinə son qoymağa məcbur edə bilər"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb

"Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə aclıq aksiyası davam etdirilir

Qırmızı Xaç Komitəsinin nümayəndələri 13 saylı koloniyada aclıq edən siyasi məhbuslara baş çəkiblər

Azərbaycanda 24 min 117 məhbus var

Elnur Cəfərov Vidadi Səmədovun mobil telefonlarını və pulunu niyə qaytarmır? (Audio)

Məhbus xanımı Litvada aksiya keçirib

"Meqa-Siti Holdinq" MMC-in qurbanının aqibəti necə olacaq? (Audio)

F. Fərəməzoğlunun işində də zərərçəkmiş şəxs həbs edilib

Polis bölməsi qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır

Penitensiar Xidmət həbsxanalarda aclıq aksiyası keçirilməsi barədə məlumatı təkzib edir

Dörd fəal həbsxanada müddətsiz aclıq elan edib

Aclıq aksiyası davam etdirilir

E.Məmmədyarov və Z.Mnatsakanyan görüşəcək

Emin Hüseynov: “Mehman güclü təzyiq altındadır”

Təqvim

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!