ATƏT-in Media Ofisinin rəhbəri Azərbaycan hökumətinə müraciət edib

Şrift : |
Tarix :10-08-2018, 21:22
Bölmə : aktual
Kömək :    
Baxılıb : 48 dəfə
Like :
Like :

    ATƏT-in Media Ofisinin rəhbəri Azərbaycan hökumətinə müraciət edib

    Media Ofisinin rəhbəri Azərbaycanda saytların bloklanmasından narahatdır.18Turan: ATƏT-in Media Ofisinin rəhbəri Harlem Desir Azərbaycan hökumətinə müraciət edib. Müraciətdə xəbər saytlarının böhtan əsası ilə bloklanmasından narahatlıq ifadə olunub.

    Bu barədə ATƏT-in press-relizində bildirilir.

    Avqustun 7-8-də Nəqliyyat, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin xahişi ilə Bakıda rayon məhkəmələri dörd xəbər saytını: az24saat.org, xural.com, arqument.az və monitortv.info bloklaşdırmağa qərar verib.

    "Saytlara girişin xüsusilə son dərəcə mübahisəli olan böhtan iddiaları ilə əngəllənməsi tənqidi səslərin qarşısını ala biləcək həddini aşan bir tədbirdir", Halem Desirin açıqlamasında bildirilir.

    "Medianı təsirləndirən hər hansı məhdudlaşdırıcı tədbirlər hüquqi baxımdan aydın, dəqiq, ayrı seçici olmayan meyarlara söykənən beynəlxalq standartlara uygun olduqda haqlı hesab edilə bilər. Belə olmadığı təqdirsə, məhdudlaşdırıcı tədbirlər media və ifadə azadlığı ilə bağlı olan başqa hüquqlara da zərər vuracaqdır", açıqlamada daha sonra vurğulanır.

    Sənəddə həmçinin daha əvvəl - 2017-ci ildə Azadlıq qəzetinin, AzadlıqRadiosunun internet saytlarının, Azərbaycan Saatı proqramlarının, Meydan TV və Turan TV-nin blok edilməsinə də toxunulur.

    Halem Desir müraciətində Bastainfo.com, Criminalaz.com, Topxeber.az ve Fia.az internet saytlarının, APA agentliyinin qapadılmasını da narahatlıq doğuran hal kimi qeyd edib.

    "Hökumət rəsmilərini əngəllənmiş bütün saytlara girişi bərpa etməyə və ifadə azadlığı hüququna təsir edən qanun və qaydaları islahat etməyə çağırıram", ATƏT-in Media Ofisinin rəhbəri müraciətinin sonunda vurğulayıb.


Xəbər lenti

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!