BŞİH-də saxta sərəncam qalmaqalı - HƏBSLƏR GÖZLƏNİLİR

Şrift : |
Tarix :30-08-2018, 20:13
Bölmə : aktual
Kömək :    
Baxılıb : 42 dəfə
Like :
Like :

    Avqustun 29-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Baş Prokurorluqla birgə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının saxtalaşdırılması ilə bağlı məlumat yayıb.

    Məlumatda qeyd olunub ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat araşdırılarkən vətəndaş Elsevər Rufullayevin Bakı Şəhər İcra Hakimiyyətinin saxtalaşdırılmış sərəncamı əsasında paytaxtın Xətai rayonu ərazisində 2018-ci ilin əvvəllərində özbaşına qeyri-yaşayış obyektinin tikintisinin aparmasına əsaslı şübhələr müəyyən edilib:

    “Bilə-bilə saxta sənəddən istifadə etməklə torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma), 320.1 və 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir",-deyə birgə məlumatda qeyd olunub.

    “Yeni Müsavat” hələ avqustun 21-də yazmışdı ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə paytaxtın tikinti sektorunda problemlərin aradan qaldırılması, qanunsuz tikintilərin qarşısının alınması üçün ən yüksək səviyyədə səlahiyyətlər verilib. Komitə isə bu səlahiyyətlərindən istifadə edərək son illərdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə verilən bütün icazə sənədlərinin yoxlanmasına başlayıb.

    Paytaxt ərazisində tikinti məqsədilə hasarlanmış bütün ərazilərdə hər hansı işlərə başlanması qadağan olunub. Bir çox yerlərdə hasarlar sökülüb, hətta tikintiyə başlanmış olan ərazilərdə işlər dayandırılıb. Bildirilir ki, bütün icazə sənədləri təftiş olunur, tikinti və şəhərsalma qaydalarına uyğunluq baxımından yenidən qiymətləndirilir. Ciddi pozuntuların aşkarlandığı bəlli olan kimi işlər dayandırılır.

    Gedən proseslərdən belə aydın olur ki, Bakıda qanunsuz obyektlərin, yol kənarlarında, müxtəlif tikililərin, kafelərin tikilməsində əsas günahkar Bakı Şəhər İcra Hakimiyyəti və yaxud da orada çalışan bəzi şəxslərdir. Hələ ki, yayılan məlumatlarda konkret şəxslərin adı hallanmır. Lakin ekspertlər hesab edirlər ki, hazırda bu sahə üzrə ciddi araşdırmalar, işlər aparılır. Ehtimal olunur ki, proseslərin sonunda bəzi vəzifəli şəxslərin həbsləri də baş verə bilər.

    “Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, ilk növbədə ciddi araşdırma aparılmalıdır: “Müəyyən olunmalıdır ki, sənədin saxtalığına əsas səbəb nədir. Yəni ola bilsin ki, vətəndaş tərəfindən təqdim olunan sənədlərin içərisində saxtası da olub. Bunu da vəzifəli şəxs bilmədən, həmin sənədlərin əsasında sərəncam verib. Digər variant budur ki, vətəndaş saxta sənəd verib və bunun saxta olmasını vəzifəli şəxs də bilib. Bununla belə, aralarında olan danışığa əsasən sənədi qanuni qəbul edib, sərəncam verib. Bu variantlardan hansı baş veribsə, bunu ancaq istintaq müəyyən edə bilər. Hər iki variantın mümkünlüyü var. Bu variantlardan asılı olaraq da məsuliyyətə cəlb ediləcək şəxslərin cəzası müəyyən olunacaq. Əgər ikinci variantdırsa, həm vətəndaş, həm də vəzifəli şəxs məsuliyyətə cəlb ediləcək. Bizim praktikada belə bir hal da olub ki, vətəndaş haradansa sənəd alır və ona bunu hüququ olmayan bir şəxs verir. Vətəndaşın özünün də bundan xəbəri olmur və sənədi müvafiq quruma təqdim edir. Az da olsa, bu işdə belə bir ehtimal da ola bilər. İstintaq araşdırmalı və nəticəyə uyğun da hərəkət etməlidir”.

    Vəkil deyir ki, eyni zamanda məsələdə Bakı Şəhər İcra Hakimiyyətinin adı hallandığı üçün ictimaiyyətə də geniş məlumat verilməlidir.

    Ə.Mustafayev söyləyib ki, BŞİH-də bu işdə əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb oluna bilər: “Onlar sənədlərin həqiqiliyini müvafiq qaydada yoxlamayıblarsa, o zaman da məsuliyyət daşıyırlar. Çünki səhlənkarlıq ediblər. Sənədlər bütün hallarda yoxlanmalı idi. Məlumatda qeyd olunan hal isə vəzifədən sui-istifadə etmədir. Yəni digər qurumların icazəsi olmadan sərəncam vermək, vəzifədən sui-istifadə halıdır. Ona görə də bütün işlərin təkcə anti-korrupsiya idarəsi tərəfindən aparılması doğru deyil. Burada səhlənkarlıq və ya digər halın olduğu müəyyənləşməlidir”. /dia.az/


Xəbər lenti

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!