Müşfiq Rəhimovun jurnalistlərlə “dostluq” etməsinin səbəbi

Şrift : |
Tarix :4-09-2018, 20:40
Bölmə : Cəmiyyət
Kömək :    
Like :
Like :

    Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat və İmtahan şöbəsinin rəis müavini, polis polkovniki Müşfiq Rəhimovun adı mətbuatda vaxtaşırı hallanır.

    Düzdür, əvvəlki illərə nisbətən Rəhimovun adına saytlarda az rast gəlinir. Bunun da səbəbi Müşfiq Rəhimovun jurnalistlərlə “dostluq” etməsidir. M.Rəhimov işini sağlama alıb. Belə ki, özünə potensial təhlükə mənbəyi kimi gördüyü medianı xeyli zərərsizləşdirib. O, ölkənin ən aparıcı qəzet, sayt və telekanallarının rəhbərliyi ilə yaxşı münasibətlər qurub. Kiminə bahalı avtomobil nömrələri bağışlayır, bir başqasının yaxınına sürücülük vəsiqəsi alıb verir, digərinin cibinə xərclik qoyur və s. Beləcə, adam dövranını sürdürür.

    Ona görə də mətbuatın az-az hədəfinə gəlir. Amma o, bütün mətbuatı susdura, dilini-ağzını bağlaya bilməyib. Ara-sıra M.Rəhimov haqda məlumatlar dərc olunur. Məlumata görə, Müşfiq Rəhimov bir neçə ay öncə küllü miqdarda ziyana düşüb. Onun 7 milyon dollarının batdığı deyilir. Birdən kimsə polis məmurunda bu qədər pul hardandı deyə, sadəlövh sual verər. Müşfiq müəllim BDYPİ-nin ən çox korrupsiya və rüşvətə uğramış idarəsinin rəisidi. Onun gündəlik fırlatdığı pulun, daha doğrusu, aldığı rüşvətin ən azı bir neçə yüz min manat olduğuna dair iddialar var. Ona görə də bu qədər pul Müşfiq Rəhimovda da olmayıb, kimdə olacaq?! Özü də adam neçə illərdi bu idarənin rəisi müavinidi. Burdan qazandığı pullarla (daha doğrusu rüşvətlə) özünə başqa işlər də qurub. M.Rəhimovun xeyli sayda obyektlərinin olduğu deyilir. Bu haqda indiyədək mətbuatda çox yazılıb.

    M.Rəhimov daha çox pul qazanmaq üçün növbəti dəfə investisiya yatırmaq istəyərkən, oxu daşa dəyib, pis ilişib. 7GUN.az-ın məlumatına görə AzEuroNews.com-a daxil olmuş məlumatda bildirilir ki, Müşfiq Rəhimov “Pokrovka Məhərəm” kimi tanınan iş adamın Məhərrəm Quliyevə 7 milyon dollar pul verərək Moskvada şərikli biznes qurmaq istəyirmiş. Məhərrəmin bu ilin mart ayında Moskvada Rusiya polisi tərəfindən gözlənilmədən həbs edilməsi hər şeyi alt-üst edib. Məhərrəm sərbəst buraxıldıqdan sonra Müşfiq Rəhimova deyib ki, ondan və başqalarından aldığı pulları Moskva hüquq-mühafizə orqanları qeyri-rəsmi müsadirə edib. Deyilənə görə, Məhərrəm Azərbaycandan xeyli sayda adamdan iş görmək adıyla küllü miqdarda pul alıbmış. Müşfiq Rəhimovun Moskva ətrafında tikinti biznesinə girmək üçün “Pokpovka Məhərrəm”ə bu məbləğdə pul verdiyi deyilir.

    Bəs əslən Şəmkirdən olan Məhərrəm Quliyevlə Müşfiq Rəhimovu nə birləşdirir? Məlumdur ki, “Pokrovka Məhərrəm” Moskva şəhərindəki “Fud Siti” topdansatış bazarının işlətməçisi olub. Ona vaxtilə Moskvada mərhum Rövşən Lənkaranskinin himayədarlıq etməsi kimsəyə sirr deyil. Müşfiq Rəhimov da Lənkəranski ilə yaxın olublar (Hər ikisi lənkəranlıdır-red.). Məhərrəmlə də bu xətt vasitəsilə tanış olublar.

    İndi Rövşən Lənkaranski yoxdur, Məhərrəm Quliyevin himayədarları da dəyişib. Üstəlik adam həbs edilib, buraxılıb. Ona görə də Müşfiq Rəhimovun 7 milyon dollarını rahatca “fırlada” bilib.

    Bir başqa mənbənin məlumatına görə isə M.Rəhimov pulunu geri almaq üçün “Pokrovka Məhərrəm”ə müxtəlif kanallarla təsir etmək üçün fəaliyyətə keçib. Onun əsas gümanı oğru dünyasının avtoritetlərinə çatır. Lakin bir vaxtlar dostluq etdiyi avtoritetlərin hazırda öz aləmlərində mövqeləri zəiflədiyi üçün polkovnikin bu cəhdlərinin boşa çıxdığı deyilir.

    Mövzunu davam etdirəcəyik.


Xəbər lenti

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Ceyhun Nəbinin hədəfə atdığı Cümhuriyyət DAŞI, saxtakarların cümhuriyyətçi nifrəti

Ceyhun Nəbinin namizədliyi niyə qeydə alınmadı?!

“Heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin” -Vilayət Eyvazov

Oqtay Gülalıyevin hərarəti yüksəlib

Müsavat başqanı ABŞ səfiri ilə görüşdü

Canlı yayımda “intihar” edən gənc Sozcu.az-ı məhkəməyə verir

7GUN.az-da yaranmış texniki problemlər tezliklə həll olunacaq

“İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm" -Peyman Sadıqov

Oqtay Gülalıyevin vəziyyəti yaxşılaşır

Daha bir Azərbaycanlı siyasi mühacir saxlanılıb

ABŞ-ın Bakıdakı səfirliyi amerikalıları ehtiyatlı olmağa çağırıb

Prezidentdən Rusiya, Suriya və İrana xəbərdarlıq

"Diffamasiya cinayət olaraq qalır və bu, onlayn sahəyə də şamil edilib" -ATƏT DTİHB-in hesabatı

Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Eldar Nuriyev nazir müavini təyin edildi -SƏRƏNCAM

Nazir Şəki və Oğuza getdi, amma yenə görməzdən gəldi -FOTO

Prezident Türkiyənin Ticarət nazirini qəbul etdi

Məktəblərində dəşhətli virus yayılıb: Bu xəstəlik keçicidir

Məhkəmə Cavid Şirəliyevin iddiasını təmin etdi

Ceyhun Həsənovun Çingiz Əhmədovun əməllərindən məlumatı varmı?

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya