Əsabil Qasımovun qardaşının növbəti fırıldağı

Şrift : |
Tarix :12-09-2018, 00:01
Bölmə : aktual
Kömək :    
Baxılıb : 550 dəfə
Like :
Like :




    Deputatın qardaşının şirkətindən yük maşını aldığını bildirən vətəndaş aldadıldığını iddia edir.

    7GUN.az xəbər verir ki, həmin şəxs – İlqar Əliyev “Qafqazinfo”ya müraciət edərək millət vəkili Əsabil Qasımovun qardaşı Vüqar Qasımov tərəfindən idarə edilən “A-Trans Motors” şirkətindən 2012-ci ildə “Shacman” markalı yük maşınını 67 min manata alıb:

    “İlkin ödəniş kimi 26 min manat ödədim. Sonra da ümumi 49 min ödəniş etdim. 2013-cü ildə maşın Yexlav rayonu ərazisində olanda şirkətin dəstə üzvləri maşını saxlatdırıb, sürücünü düşürüb avtomobili öz qarajlarına apardılar. Mən şirkətə gedib icraçı direktor Üzeyir Tağıyevlə danışdım. O dedi ki, Vüqar müəllim deyib 12 min versin, maşını onun adına keçirək. Evimi ucuz qiymətə satıb 12 mini verdim. Sonra eşitdim ki, maşını başqa adama satıblar. Dörd aya hissə-hissə 12 mini qaytardılar. Amma məni uzun müddət get-gələ salıb 49 mini vermədilər. Mən Əsabil müəllimlə görüşmək istədim, köməkçisi dedi ki, deputat qardaşı ilə bağlı şikayətçiləri qəbul etmir”.

    İ.Əliyevin sözlərinə görə, bundan sonra məhkəməyə müraciət edib və udub: “Rəsmi sənədlərdə mənim şirkətə 45 min ödədiyimi qeyd etmişdilər. Nəsimi rayon Məhkəməsi qərar verdi ki, həmin pul mənə qaytarılsın. Amma onlar apellyasiya şikayəti verərək qərarı ləğv etdirdilər, Ali Məhkəmə də bunu qüvvədə saxladı.

    Mənim illərlə qazandığım pulu bir anın içində əlimdən aldılar, indi də 4 övladım var, tələbədirlər. Maşını da vermədilər ki, işləyib ailəmi saxlayım, pulumu da qaytarmırlar”.

    İ.Əliyevin müqavilə bağladığı Üzeyir Tağıyev qarşı tərəf kimi saytımıza açıqlamasında bu məsələnin hüquqi qaydada həll edildiyini deyb: “Həmin şəxs maşının pulunu ödəmədiyi üçün əlindən alınıb. Məhkəməyə də müraciət edib və uduzub. Bundan başqa bir söz deyə bilmərəm”.

    İ.Əliyev əlavə edib ki, şirkət onunla müqavilə imzalayanda onu aldadıb: “Müqavilənin üzü alqı-satqı idi, amma içində lizinq şərtləri qoyublarmış”.


Xəbər lenti

Taleh Bağırzadənin həyat yoldaşı barədə rəsmi açıqlama

Müdafiə Naziri pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Alim istefa verdi və universiteti rüsvay etdi – İttiham

Elman Rüstəmov bir gecədə 450 milyonu necə qazanıb?

Prezident İlham Əliyevin Novruz təbriki

Ruhulla Axundzadənin və oğlunun aclıq etdiyi bildirilir

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!