Tanınmış yazar təhdid olunur

Şrift : |
Tarix :26-09-2018, 19:24
Bölmə : aktual
Kömək :    
Baxılıb : 76 dəfə
Like :
Like :

    AXCP sәdrinin müavini, siyasi mәhbus Fuad Qәhrәmanlının hәyat yoldaşı, yazar Zümrüd Yağmur övladları ilә tәhdid olunur.

    7GUN.az tanınmış yazar Zümrüd Yağmurun öz feysbuk səhifəsindəki yazını olduğu kimi təqdim edir:

    “İllərdir bu ölkədə olanlara qarşı, hakimiyyətin ədalətsiz idarəetməsinə, yaramazlığına, haqsızlığına və talançılığına qarşı yazıram. Hətta İlham Əliyevə açıq məktub belə yazmışam. Amma bir dəfə də olsun nəsə təhqir və ya kiminsə ailə üzvlərinə yönələn hədyan, qıçıq doğuran söz yazmadım. Çünki məni kimin neçə uşağı olduğu, ya da kimin necə ata, necə ana olduğu da maraqlandırmayıb.

    Bəs sizi niyə mənim övladlarım maraqlandırır? Niyə onların adını çəkirsiz? Hansı məmurdu o deyən ki, ləyaqətlə mübarizə aparmaq lazımdı. Budur sizin ləyaqət anlayışınız, mənə övladlarımla hədə gəlirsiniz?

    Ləyaqət və şərəfdən dəm vuranlar, özünüzə gəlin! Hər şeyə sahib olmaq olar, pula, gücə, hakimiyyətə, amma hər nə qədər olursa-olsun, bir “olmaz” nöqtəsi olmalıdır axı…

    Əgər özünüzü haqlı hesab edirsinizsə, niyə mənim məhbusları müdafiə etməm sizi bu qədər qəzəbləndirir?
    Mən öz etikam və prinsiplərimdən geri durub sizin övladlarınız haqqında nəsə yazmayacam, amma siz də mənə övladlarımla bağlı ehyam dolu hədələr göndərməyi kəsin.

    Sübut edin ki, şərəf adına nəsə qalıb bu ölkədə…”

    Z.Yağmur hazırda siyasi mәhbusların müdafiәsindә fәal iştirak edir vә yazdığından belә anlaşılır ki, tәhdid olunması da bu fәaliyyәti ilә bağlıdır.


Xəbər lenti

Masallı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev rüşvət alaraq dələduzluq edib?!

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

“Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar

Hakimiyyətin siyasi məhbuslara qarşı kin- küdrəti, qisasçılıq hissi nə qədərdir?

Şəhid Ailələri və Qarabağ döyüşçülərinin torpağını qanunsuz ələ keçirən "Atlas" MMC-ni himayə edən kimdir? FOTO-VİDEO

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar

"Qafqaz Sahil Hotel” bağlandı

Bakı Apellyasiya Məhkəməsi Azad Həsənovun həbsilə bağlı şikayəti təmin etməyib

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır"

Araz Ağalarovun hesabları qapadılıb

Prokurorluq MTN-in vəzifəli şəxslərinin vaxtından əvvəl azadlığa buraxılmalarnı "qəti şəkildə təkzib edib"

Hakimiyyət şərləyib həbs etdiyi siyasi məhbusları həbsdən buraxmaq istəmir

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!