"Jurnalistin sivil geyimdə olan polis əməkdaşı tərəfindən vurulması cinayət əməlidir" Ələsgər Məmmədli

Şrift : |
Tarix :3-10-2018, 20:26
Bölmə : aktual
Kömək :    
Baxılıb : 260 dəfə
Like :
Like :

    Oktyabrın 3-də jurnalist Aytac Əhmədova Sabunçu rayonunun Zabrat qəsəbəsində çəkiliş apararkən saxlanılıb və 15-ci polis bölməsinə gətirilib. Hadisə saat 7 radələrində baş verib. 3 saata yaxın bölmədə saxlanılan jurnalist təzyiqlə üzləşdiyini deyir:

    “Zabratda bir qrup sakin problemləri ilə əlaqədar aksiya keçirirdi, yolu bağlamışdılar. Hadisə yerində çəkiliş apararkən polislər müdaxilə etdi. Dedilər ki, çəkilişə icazə verilmir. Mən isə hadisə baş verdiyini, vəzifəmi yerinə yetirdiyimi izah etdim. Bu vaxt məni zorla maşına mindirib Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə gətirdilər. İçəri girərkən bir polis üzərimə şığıdı və məni sillə ilə vurdu. Sonra təhdid etməyə başladı, aşağılayıcı üslubda danışaraq dedi ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məni burada saxlayacaqlar. Həmin polisin adının Qabil olduğunu öyrəndim. Sonra məni rəisin yanına apardılar. Orada münasibət normal oldu. Çəkilişləri silməyimi istədilər”.

    Aytac Əhmədova deyir ki, görüntülər sildirilib və onu vuran polisin adının izahata yazılmasına imkan verilməyib. Buna baxmayaraq, jurnalist izahatında polisin təzyiqinə məruz qaldığını yazıb:
    “Dedilər ki, həmin polis ora yeni gəlib, cəzalandırılacaq. Ancaq mən izahatımda vurulduğum haqda yazdım. Tezliklə də bu hadisə ilə bağlı şikayət edəcəm”.

    15-ci polis bölməsindən və DİN-in mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

    Məsələyə münasibət bildirən hüquqşünas Ələsgər Məmmədli deyib ki, jurnalistin sivil geyimdə olan polis əməkdaşı tərəfindən vurulması cinayət əməlidir: "Daxili İşlər Nazirliyi dərhal həmin şəxsi polis orqanlarından uşaqlaşdıraraq, haqqında cinayət işi başlamalı, həmin polis bölməsinin rəisini də yarıda bilmədiyi vəzifədən kənarlaşdırmalıdır".

    /Meydan tv/


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!