Apellyasiya Məhkəməsi “Basta” saytının bloklanması qərarını qüvvədə saxladı

Şrift : |
Tarix :31-10-2018, 02:41
Bölmə : aktual
Kömək :    
Baxılıb : 115 dəfə
Like :
Like :

    Bugün Bakı Apelyasiya Məhkəməsində “Basta” saytının bloklanması ilə bağlı şikayət üzrə işə baxılıb.

    7GUN.az xəbər verir ki, hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən prosesdə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəmənin qərarı qüvvədə saxlanılıb.


    Sayt rəhbərliyi qərarın qanunsuz olduğunu və kassasiya şikayəti veriləcəyini bildirib.

    Qeyd edək ki, iddia ərizəsində Baş Prokurorluğun “bastainfo.com” saytına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) etdiyi müraciətin dayandırılması, həmçinin ərizəçiyə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 10-ci maddəsi (fikir azadlığı) və 14-cü maddəsi (ayrı-seçkiliyin qadağan olunmasıi) ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınması istanilib.

    Prosesdə cavabdeh tərəf kimi Baş prokurorluğun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri də iştirak ediblər. Saytın hüquqlarını vəkil Osman Kazımov müdafiə edib.

    Mustafa Hacıbəyli məhkəmə prosesində bildirib ki, saytın bloklanması ölkədə söz və ifadə azadlığının pozulması istiqamətində atılmış növbəti addımdır. O, saytda heç bir yalan məlumat yayılmadığını, qanunsuz çağırışlar edilmədiyini, Baş Prokurorluğun “Basta” ilə bağlı açıqlamasının və nazirliyə müraciətinin, eləcə də bununla bağlı 313-cü maddə ilə qaldırılan cinayət işinin əsassız olduğunu bildirib. Qeyd edib ki, NRYTN-in saytda dərc edilən materiallarla bağlı heç bir xəbərdarlıq etmədən, məhkəməyə müraciət etmədən saytı bloklaması qanunsuzdur.

    Baş prokurorluğun nümayəndəsi, saytda “qanunsuz” yazılar dərc edildiyi üçün Mustafa Hacıbəyliyə iki dəfə xəbərdarlıq edildiyini, bundan sonra tədbir görülməsi üçün NRYTN-ə müraciət olunduğunu deyib.

    Vəkil Osman Kazımovun “həmin yazıların qanunsuz olduğu barədə məhkəmə qərarı varmı” sualına Prokurorluğun nümayəndəsi “xeyr” cavabını verib.

    Məhkəmə prosesində çıxış edən NRYTN-in nümayəndəsi deyib ki, saytın bloklanmasından əvvəl saytın rəhbərliyinə xəbərdarlıq edilib və 8 saat ərzində Baş prokurorluğun müraciətində göstərilən yazılar silinmədiyi üçün sayt bloklanıb.

    Mustafa Hacıbəyli bildirib ki, belə bir xəbərdarlıq edilməyib. Onun “kimə xəbərdarlıq etmisiz, sizdə bunun bir bildirişi varmı” sualına cavab olaraq, NRYTN-nin nümayəndəsi “sizin e-mail ünvanınıza məktub göndərilib” deyib. Lakin onun məhkəməyə təqdim etdiyi məktubun çıxarışında ayın tarixinin göstərilmədiyi, hər hansı möhür, imza qoyulmadığı məlum olub.

    Bu məqamda hakim Elçin Məmmədov prosesi yarımçıq kəsib. 15 dəqiqədən sonra zala qayıdan hakim “İddia ərizəsinə baxılmasının mümkün olmadığı” barədə məhkəmə qərarını elan edib.

    Apellyasiya Məhkəməsi “Basta” saytının bloklanması qərarını qüvvədə saxladı


Xəbər lenti

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

"Criminalaz.com” saytına açılmış cinayət işinin istintaqı başa çatıb

Daha bir icra başçısı vəzifəsindən azad edildi

AİHM Azərbaycandan çıxışın qadağan edilməsi haqqında işlər üzrə qərarlar qəbul edib

Sergey Lavrov XİN Şurasının toplantısının keçirilməsilə əlaqədar Bakıya gəlir

“ƏXLAQSIZ VERLİŞLƏRƏ SON QOYULMASI ÜÇÜN tədbir görülməlidir” Aqil Mahmudov

Şəhid övladı olan aksiya iştirakçısı Toğrul Qocayevə 30 sutka həbs cəzası verilib

Rəqsanə İsmayılovanın mənzilini əlindən alınır!?

Qarabağ düyünü"ndən də ağır və mürəkkəb şəraitlə üzləşəcəklərini ağıllarına belə gətirməmişdilər

Əfqan Muxtarlının telefon danışıqlarının dinlənildiyi bildirilir

Heydər Əliyevin vəfatının 15-ci ildönümü tamam olur

AXCP üzvlərinin istintaqı başa çatıb

Nazirlər Kabineti qəbiristanlıqların salınması və idarə olunması qaydalarını təsdiqləyb

Ölkə prezidenti Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisini qəbul edib

Polislə şəhid ailələri arasında insident yaşanıb

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!