Bakı Nəqliyyat Agentliyi və 160 saylı marşrut xəttinə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir

Şrift : |
Tarix :3-11-2018, 07:16
Bölmə : aktual
Kömək :    
Baxılıb : 83 dəfə
Like :
Like :

    Tanınmış hüquq müdafiəçisi Oktay Gualiyevin şəxsi feysbuk səhifəsində oltyabrın 1-də Binə qəsəbəsində 160 saylı marşurut avtobusunun qatarla toqquşması nəticəsində ağır xəsarət alan Novruz Salmanovla bağlı məlumat paylaşıb.

    7GUN.az həmin məlumatı olduğu kimi təqdim edir:"Dostlar, gəlin yatmış vicdanları oyadaq. Günahsız, parlaq bir gəncin həyatla vidalaşmasına imkan verməyək. Onun taleyi sizlərin əlindədir. 1 aydır koma vəziyyətində olan Novruz Salmanovun müalicə olunmasına, həyata qayıtmasına aidiyyatı qurumlar və şəxslər səhlənkarlıq nümayiş etdirirlər. Amma ümid az olsa da onun həyatını xilas etmək mümkündür...

    Novruz Salmanov kimdir? O keçən ay, oktyabrın 1- də Binə qəsəbəsində 160 saylı marşurut avtobusunun qatarla toqquşması nəticəsində ağır xəsarət alan 30 sərnişindən biridir. Yaxınlarının verdiyi məlumata görə o, hadisədən sonra ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Orda düzgün müalicə olunmadığına görə vəziyyəti pisləşib, oktyabrın 6-da Mərkəzi xəstəxanaya köçürülüb. 1 aydır reanimasiya şöbəsində yatan, koma vəziyyətində olan Novruzun beyninə qan sızıb. Boynu, ayağı və qabırğaları sınıb. Dalağı çıxarılıb, qara ciyəri zədələnib. Vəziyyəti çox ağırdır. Yenidən əməliyyat olunmalıdır. Ailəsinin maddi durumu ağır olduğuna görə Novruz əməliyyat olunmur (!?).

    Bakı Nəqliyyat Agentliyinin və 160 saylı marşurut xəttə cavabdeh olan və qəzada günahkar bilinən "Ayşən MMC" şirkəti öncədən söz versə də Novruz Salmanovun əməliyyat olunmasına maddi yardım göstərmir. Şirkətin rəhbəri ailəsinə deyib ki, hara istəyirsinizz gedin şikayət edin (!?). Yeri gəlmişkən qeyd edək adı çəkilən şirkətin rəhbəri İradə Əliyeva insan ölümü və xeyli şəxsin ağır bədən xəsarəti alması ilə nəticələnən məlum hadisə ilə bağlı 17 oktyabrda istintaqa cəlb olunsa da sərbəst buraxılıb...

    Dostlar, yaxınlarının və tələb yoldaşlarının dediyinə görə Novruz çox dəyərli və vətəninə bağlı bir gəncdir. İnsandır, bu ölkənin vətəndaşıdır. Onun ən böyük arzusu Azərbaycanın yerlı it cinslərini dünayada tanıtdırmaq olub və bu istiqamətdə də çalışırmış. Gəlin, məsul şəxslərin səhlənkarlığı, məsuliyyətsizliyi, dövlətin baxımsızlığı ucbatından daha bir işıqlı, günahsız gəncimizin aramızdan vaxtsız getməsinə imkan verməyək. Ona dəstək olaq!

    21 yaşlı Novruz Salmanovun dəstəyimizə ehtiyacı var. Gəlin, dəstəyimizi əsirgəməyək!".


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!