"Siyasi məhbusları azyaşlı uşaqları ilə ünsiyyət imkanından məhrum edəcək qədər düşmək olmaz" Leyla Mustafayeva

Şrift : |
Tarix :7-11-2018, 03:11
Bölmə : aktual
Kömək :    
Baxılıb : 35 dəfə
Like :
Like :

    16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi jurnalist Əfqan Muxtarlının ədliyyə naziri Fikrət Məmmədova ünvanlanmış məktubunu göndərməkdən imtina edir.

    Jurnalist öz məktubunda ailəsi ilə videoəlaqə saxlamaq və övladı ilə ünsiyyətdə olmaq imkanı yaradılmasını xahiş edir. Bu barədə Avropada siyasi mühacirətdə olan jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bildirib.

    Muxtarlı cəzaçəkmə müəssisəsi rəhbərliyinin məktubunu blokladığı barədə telefon söhbəti zamanı həyat yoldaşına bildirib.

    "Qanunvericilikdə məhbusların "Skype" vasitəsilə ailə üzvləri ilə əlaqəsi nəzərdə tutulmayıb. Amma bu, qanunla qadağan da edilməyib", deyə Mustafayeva bildirib.

    Onun sözlərinə görə, beş yaşlı qızları atası üçün çox darıxır və onun psixoloji vəziyyəti pisləşir. Martdan etibarən o, psixoterapiya alır. Qız atası ilə yalnız telefonla danışmaqdan yorulub və onu görmək istəyir.

    "Ədliyyə Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi niyə məktub göndərişini qadağan edir. Siyasi məhbusları azyaşlı uşaqları ilə ünsiyyət imkanından məhrum edəcək qədər düşmək olmaz", deyə Mustafayeva bildirib.

    Jurnalistin həmkarları bildiriblər ki, hazırda onun səhhətində problemlər yaranıb. Şəkərli diabet və arterial təzyiqlə yanaşı, o, kürəyində ağrılardan və güclü soyuqdəymədən əziyyət çəkir.

    Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 29 may 2018-ci il tarixində Tbilisidə oğurlanıb və gizlincə Azərbaycana göndərilib, burada o, qaçaqmalçılıq, sərhədi qanunsuz keçmə və sərhədçiyə qarşı zorakılıq tətbiq etmə ittihamları ilə həbs edilib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

    Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti jurnalistin həbsini pisləyib. Amnesty İnternational onu "vicdan məhbusu" kimi tanıyıb.

    Turan.az


Xəbər lenti

Fransa Dağlıq Qarabağ Respublikasını tanımır

17 noyabr Milli Dirçəliş Günüdür

Əli Kərimli və Cəmil Həsənli həbs edildi - VIDEO

Badamdar bələdiyyəsinin Həbib Əsədov problemi

Siyasi məhbuslara işgəncə verən vəzifəli şəxlərin qara siyahısı hazırlanır

"Azərbaycanda həlli tələb olunan əsas uzunmüddətli problemlərdən biri odur ki, ölkədə əhali üzrə adambaşına düşən vəkillərin nisbəti ən aşağıdır": K.Puarel

BDU rektorunun işdən çıxarılmasının səbəbi qalmaqal salmasıdır (yenilənib)

"Sədərək" ticarət mərkəzində yanğın

Zaur Rövşənlinin apellyasiya şikayəti təmin olunmayıb

Məmməd İbrahimin işi üzrə növbəti məhkəmə prosesi başlayır

Səhiyyə nazirinin qocalar evinə atılan xalası qızı müalicə oluna bilmir

"Arada olan bu insanlar məmur adına da ləkə gətirir”- Adil Əliyev

Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub

"Mən Mətbuat Şurasının üzvü olmaya-olmaya bunu niyə Mətbuat Şurası araşdırmalıdır? "- Dəyanət Babayev

" Yalnız cahillər və Azərbaycanın düşmənləri narahat olmaya bilər" Arif Hacılı

Gözəl Bayramlının cəzası 2 ay azaldılıb

Təhsil ocağında öz oduna yanan direktor kimdir?

Dindar məhbus hüquqlarının bərpa edilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaq

Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşib

"Ukrayna səfirliyi kor-peşman şəkildə tədbiri noyabrın 15-də səfirlik binasında keçirəcək” Elxan Şahinoğlu

Şəhid ailələrinə yardım ödənilməməsi haqqında vəziyyətə aydınlıq gətirilməyib

AXCP üzvlərinin həbs müddəti uzadilib

“Gilan” holdinq işçilərin əmək haqlarını ödəyə bilmir

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!