Deputat Mogerininin diqqətini Emin Aslanın həbsinə çəkib

Şrift : |
Tarix :11-06-2018, 20:42
Bölmə : aktual
Kömək :    
Baxılıb : 78 dəfə
Like :
Like :

    Deputat Mogerininin diqqətini Emin Aslanın həbsinə çəkib
    Avropa Parlamentinin ALDE (Liberallar və Demokratlar) qrupunun nümayəndəsi Mariette Çeyk Azərbaycanda insan hüquqları üzrə hüquqşünas Emin Aslanın həbsi ilə bağlı sorğu ilə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Federika Mogerinyə müraciət edib.
    Deputat Aslanın həbsini Azərbaycanda hələ 2014-cü ildə başlamış və 2018-ci ildə Əliyevin yenidən prezident seçilməsindən sonra da davam edən "hüquq müdafiəçilərinə və Azərbaycan vətəndaş cəmiyyətinə qarşı mübarizənin pik nöqtəsi" adlandırıb.
    Avropalı parlamentari Morgininin rəhbərlik etdiyi xidmətin Aslanın həbsindən xəbəri olub olmadığını, xəbəri varsa, bu addımı pisləmək və Azərbaycan hakimiyyəti qarşısında bu məsələni qaldırmaq niyyətində olub olmadığını soruşur.
    Bakı demokratiya, insan hüquqları və qanunun aliliyini pozmağa davam edəcəksə, Mogerininin rəhbərlik etdiyi xidmət Avropa Komissiyası ilə birlikdə Azərbaycanla yeni saziş haqqında danışıqların dayandırılması məsələsinə baxacaqmı, deyə deputat soruşur.
    Xatırladaq ki, ABŞ-ın Sirakuz Universitetinin magistratura pilləsinin məzunu Emin Aslan iyunun 4-də saat 17.30 radələrində bulvarda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Növbəti gün məhkəmə onu polisə tabe olmamaq ittihamı ilə 30 günlük inzibati həbs cəzasına məhkum edib. Vəkil prosesə buraxılmayıb.
    Apellyasiya məhkəməsində məlum olub ki, polisin tərtib etdiyi protokola əsasən, Aslan guya 23.30-da Nərimanov parkında saxlanılıb. Aslan ittihamı təkzib edib. Turan.az


Xəbər lenti

ABŞ səfirliyi Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Nazirlər Kabinetində iki vəzifəli şəxsin dövlət qulluğuna xitam verilib.

MTN generalları yenidən hakim qarşısında

Badamdarda sürüşmə ilə əlaqədar ETSN tərəfindən Qərargah yaradılıb

Azərbaycan prezidenti ilə Türkmənistan XİN başçısının görüşündə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşid Meredov Azərbaycana səfərə gəlib

Azərbaycanda Dövlət Müstəqilliyi Gününün 27-ci ili qeyd edilir

Müsavat Partiyası A.Həsənovun siyasi motivlərlə təqib olunduğunu bildirir

Xətai rayonunda 24 yaşlı gənc intihar edib

7GUN.az Prezidentə və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi

Masallı sakini: "Əsgərlikdə xəstəlik tapdım, pensiya ala bilmirəm"

Hakimiyyət Badamdar qəsəbəsində sürüşmə zonasında evləri sökməyə hazırlaşır

Cahangir Hacıyev Dünyamin Xəlilovla birlikdə məhkəmə qarşısına çıxarılacaq

Baş həkim Cəlil Nəzərov oğurluq da edir?!

“Əməliyyatda heç bir məsuliyyətsizlik olmayıb"- Modern hospitaldan açıqlama

“Mirəlioğlu partiyanı ata malı bilir, nə gəldi edir"

Azad Həsənova qarşı narkotik ittihamı irəli sürülür

İlham Əliyev Astara və Lerikə səfər edib

Jurnalist Əfqan Muxtarlı karserə salınıb

MTN-in keçmiş İstintaq İdarəsinin şöbə rəisi vaxtından əvvəl azadlığa buraxılıb

Deputat "Bakı Lift-Təmir” İB-nin işdən qovulan sabiq rəisi ilə bağlı açıqlama verib

"Hansısa bir cinayət əməli törətsə və ona görə tutulsa idim işə götürülməyimdə problem olmayacaqdı" Zaur Qurbanlı

Milli Dövlətçilik Partiyasının sədri həbs olunub

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!