Amnesty İnternational Bakıda dinc nümayiş iştirakçılarının həbsini pisləyir

Şrift : |
Tarix :20-11-2018, 23:27
Bölmə : aktual
Kömək :    
Baxılıb : 232 dəfə
Like :
Like :

    Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı noyabrın 17-də Bakıda dinc aksiya iştirakçılarının həbsinə və onların hüquqlarının pozulmasına görə Azərbaycan hakimiyyətinin əməllərini pisləyib.

    Təşkilatın 20 noyabr tarixli bəyanatında deyilir ki, noyabrın 17-də Bakıda dinc yürüş həyata keçirən müxalifət liderlərinin və fəallarının saxlanılması dinc toplaşmaq azadlığı hüququnun pozulmasıdır. Azərbaycan polisi məşhur müxalifət liderlərini və fəallarını hakimiyyətin “icazəsiz nümayiş adlandırdığı” aksiyanı təşkil etmək cəhdinə görə saxlayıb.

    Polis Şəhidlər Xiyabanına – Azərbaycanın müstəqilliyi uğrunda və Dağlıq Qarabağ müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş milli abidəyə çiçək qoymağa çalışan insanları saxlamağa başlayıb.

    Dinc yürüşün 41 iştirakçısı saxlanılıb. 11 nəfər tezliklə azad edilib. Saxlanılanlardan səkkiz nəfəri, o cümlədən Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli İki gün xarici dünya ilə əlaqəsiz şəkildə həbsdə saxlanıldıqdan sonra “icazəsiz nümayişin” təşkilinə və ya onda iştiraka görə cərimələnərək sərbəst buraxılıb.

    Cərimələrin məbləği 400 manatdan (230 ABŞ dolları) 2500 (1460 ABŞ dolları) manata qədər təşkil edib. Daha üç fəal 20 günlük həbs edilib.

    Azərbaycan Konstitusiyası dinc toplaşmaq azadlığı hüququna zəmanər verir; amma qalan qanunvericilik atkları ictimai yığıncaqları sərt şəkildə tənzimləyir, yerli bələdiyyələr isə çox vaxt müxalifət tərəfindən təşkil edilmiş dinc nümayişlərə icazə verməkdən imtina edir, xüsusən paytaxt Bakıda. Polis çox vaxt dinc nümayişləri dağıtmaq üçün hədsiz güc tətbiq edir.

    Azərbaycan hakimiyyəti Azərbaycan Konstitusiyasında və Azərbaycanın ratifikasiya etdiyi insan hüquqları üzrə beynəlxalq müqavilələrdə tanınmış dinc toplaşmaq azadlığı hüququna zəmanət verməlidir.

    Hakimiyyət dinc toplaşmaq azadlığı hüququnu həyata keçirmək cəhdinə görə həbs edilmiş fəalları dərhal azad etməlidir.

    Uzun illər ərzində Amnesty İnternational Azərbaycanda insan hüquqlarının pozulduğunu bildirib. Fikri ifadə etmək azadlığı, birləşmək və dinc toplaşmaq azadlığı hüquqları ciddi şəkildə məhdudlaşdırılıb və bir çox jurnalistlər, hüquq müdafiəçiləri və bu hüquqlarından istifadə etmək istəyən digər fəallar təqiblərə, uydurma ittihamlara və ədalətsiz məhkəmə təhqiqatlarından sonra həbsə məruz qalıb.

    Azərbaycan hüquq müdafiəçilərinin sözlərinə görə, 2017-ci ildə siyasi motivli ittihamlarla həbs edilən 100-dən çox insan həbsdə qalmaqdadır və onların sayı artmaqda davam edir.

    Bu təcrübə bütün vətəndaş cəmiyyətinə güclü təsir göstərir, qorxu və özünüsenzura mühiti yaradır. Tənqidçilərin həbsləri və siyasi motivli məhkəmə təqibləri davam etdiyinə görə, Azərbaycan qapalı qapılar arxasında baş verən bir çox pozuntularla insan hüquqlarına riayət olunmasına nəzarət üçün bağlı olaraq qalır.

    İnsan hüquqları üzrə beynəlxalq müşahidəçilərin, o cümlədən Amnesty İnternationalın əvvəlki kimi ölkəyə girişinə icazə verilmir, deyə bəyanatda bildirilir.

    /Turan.az/


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!