Gənc fəalın anasının ölkədən çıxışına qadağa qoyulub

Şrift : |
Tarix :1-12-2018, 07:17
Bölmə : aktual
Kömək :    
Baxılıb : 33 dəfə
Like :
Like :

    Oturum izni ilə Gürcüstanda yaşayan fəal Avtandil Məmmədovun anası Məlahət Məmmədovanın ölkədən çıxışına qadağa qoyulub.

    7GUN.az xəbər verir ki, bu haqda AzadlıqRadiosuna onun özü məlumat verib.

    M.Məmmədovanın sözlərinə görə, dünən, noyabrın 30-da Qazax rayonu ərazisindəki Qırmızı körpü sərhəd-keçid məntəqəsindən keçərək Gürcüstana səfər etmək istəyib. Ancaq Sərhəd Xidmətinin əməkdaşları onu geri qaytarıblar. Fəalın anasına bildirilib ki, Quba rayon polisinin müstəntiqinin qərarı ilə çıxışına qadağa qoyulub.

    “Oğlum Gürcüstana sığınandan bəri ildə bir-iki dəfə gedib onunla görüşürdüm. Onu da çox gördülər. Axı, mən nə etmişəm ki, ölkədən çxışıma da imkan vermirlər”, M.Məmmədova deyib.

    M.Məmmədovanın sözlərinə görə, noyabrın 30-da onun Quba rayonu Rustov kəndindəki evinə rayon polis idarəsinin əməkdaşları gəliblər.

    “Gecə yarısı Quba polisindən kəndə bizim evə gəliblər. Qapıları, pəncərələri döyüblər, qonşular evdə olmadığımı deyəndən sonra çıxıb gediblər”, – fəalın anası bildirir.

    Məlahət Məmmədovanın sözlərinə görə, sentyabr ayında onu zorla polisə aparıblar.

    “Oğluma nəsə qondarma cinayət işi açıblar, onunla bağlı suallar verirdilər. Mənim adımdan nələrsə yazdılar, imza atmağımı tələb elədilər. Latın əlifbasını oxuya da bilmirəm, nə yazdıqlarını da başa düşmədim. Zorla imzalatdırdılar”.

    M.Məmmədova bu gün, dekabrın 1-də Qoba polisindən ona bir neçə dəfə zəng edildiyini, polisə gəlməsinin tələb olunduğunu bildirib. O, davamlı təhdid olunduğunu, intihar həddinə gəldiyini qeyd edib.

    A.Məmmədovun əmisi Qeybulla Məmmədov isə AzadlıqRadiosuna bildirib ki, bu gün Quba rayon Polis İdarəsinin əməkdaşları kəndə gəliblər. Polislər əvvəlcə Məlahət Məmmədovanın evinə gediblər. Daha sonra onun kürəkənini saxlayıblar.

    “Kürəkəni kənddə çayxanada idi. Gəlib götrürüb apardılar. Heç bir izahat filan vermədilər, sənəd göstərmədilər. Avtandilin işinə görə apardıqlarını dedilər”, – Q.Məmmədov dediklərinə əlavə edib.

    Onun iddiasına görə, məmmədovlar qardaşıoğlu Avtandil Məmmədovun siyasi baxışlarına görə incidilir.

    “Avtandil burda haqqı tapdananı müdafiə edirdi. Buna görə, gözləri götürmürdü onu. Keçən il başını götürüb Gürcüstana getdi. Ordan da həqiqətləri deyir, ona görə də nəsə cinayət işi açıblar. Guya, kiminləsə iş görüb, müqavilə bağlamayıb. Elə oan görə bu boyda ailənin, qoca anasının gününü göy əsgiyə büküblər. Gah polisə aparırlar, aldadıb, o sənədə, bu sənədə imza atdırırlar”, – A.Məmmədovun əmisi deyib.

    Hələlik, Quba rayon Polis İdarəsindən deyilənlərlə bağlı münasibət öyrənmək mümkün olmayıb.

    Xatırlatma

    Avtandil Məmmədov 2008-ci ildən yerli QHT-lərdə çalışıb. O, bir müddət İşgəncələrə Qarşı Azərbaycan komitəsinin Şimal bölgəsi üzrə nümayəndəsi, daha sonra sədr müavini olub.

    Şimal bölgəsində çalışdığı dövrdə bir neçə dəfə polis tərəfindən saxlanıldığı bildirilir.

    O, 2011 ci ildən bəri Helsinki Vətəndaş Assambleyasinin Azərbaycan Milli Komitəsinin Quba-Xaçmaz rayonları üzrə təmsilçisi olub.

    Həmin vaxt baş vermiş Quba olayları zamanı polis tərəfindən saxlanılan A.Məmmədov ötən ilin əvvəlində Azərbaycanı tərk edib.

    Gürcüstana sığınan A.Məmmədov hökumətin basqılarına məruz qaldığını deyir.


Xəbər lenti

Araşdırmaçı jurnalist həbs olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir

"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir" Kristof Deluar

Demokratiya və Rifah Uğrunda Hərəkatın fəalı Hüseyn Məlikin şikayəti təmin edilməyib

Şəhid ailələri Toğrul Qocayevin azad edilməsini tələb edirlər

Oktay Gülalıyev:"Müalicəyə ehtiyacı olan məhbusları müalicə edin"

"Sosial mediada əxlaqa zidd məsələlər təbliğ olunur" Mübariz Qurbanlı

Baş redaktorun işi məhkəməyə göndərilib

"Şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin verilməsi zamanı ədalət prinsipi əsas olmalıdır"

"İcra hakimiyyəti heç kəsdən pul almayıb” Ş.İbadov

Mingəçevirə yeni başçı təyin edilib

Polislə insident zamanı sürücü özünü yandırmağa cəhd edib

Brakonyerlər maral vurublar

Sərhəddə narkotik qaçaqmalçıları saxlanılıb

MSŞT Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirilib

“Bu sahə nifrət olunası bir sistemdir” Əli Əsgərov

Deputat sərxoş halda Bakının mərkəzində dava saldı

20 Yanvar Şəhidlər gününə qədər oğlumun “qan pulu” verilməsə, Şəhidlər Xiyabanında özümü oğlumun məzarı üstündə benzinlə yandıracam

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

Əbülfəz Sadıqbəyliyə ailəsi ilə görüşə icazə verilmir

Azərbaycan jurnalistlərin həbsdə olduğu ölkələr sırasındadır

Müxalifət çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb edir

Şəhid oğlunun həbs müddətini azaldıb

Hüseynqulu Bağırov jurnalisti həbs etdirmək istəyir

Təqvim

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!