AXCP üzvlərinin istintaqı başa çatıb

Şrift : |
Tarix :12-12-2018, 01:50
Bölmə : aktual
Kömək :    
Baxılıb : 161 dəfə
Like :
Like :

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvünün də adı keçən cinayət işinin istintaqı başa çatıb. Söhbət AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsinin fəalı Ruslan Nəsirli və Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmliyə açılmış cinayət işindən gedir. 7GUN.az xəbər verir ki, u haqda Turan-a AXCP-dən bildiriblər.

    Məlumata görə, cəbhəçilərə qarşı irəli sürülmüş ittihamların bəzilərinə məzmun dəyişikliyi edilib. Ancaq ittiham maddələri dəyişməyib.

    AXCP-dən bildiriblər ki, cəbhəçilər heç bir ittihamı qəbul etmir. Yaxın günlərdə cəbhəçilər və onların vəkilləri cinayət işi materialları ilə tanış olacaqlar. Ardından cinayət işi məhkəməyə göndəriləcək.

    Xatırladaq ki, AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və partiyanın Nərimanov şöbəsinin sədri B.Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.

    Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

    Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin məlumata görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş keçmiş icra başçısı S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

    Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir.

    Onlar haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələriylə cinayət işi başlanıb.

    AXCP sədri Əli Kərimli isə rəsmi ittihamı rədd edib, cinayət işi və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!