BÖLMƏLƏR


«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Cəbhədə atəşkəs yenidən pozulub

42
  • + A
  • - A
  • Cəbhədə atəşkəs yenidən pozulub
    AXCP-yə qarşı repressiya davam edir. Partiyanın daha 3 üzvü həbs olunub.
    İyunun 13-ü axşam saat 19 radələrindən AXCP Gəncə şəhər təşkilatının sədri Bəxtiyar Əlizadə “yoxa çıxıb”. Ailəsi bildirib ki, 102 xidmətinə müraciət edilib və xəstəxanalar axtarılıb. Amma heç bir nəticə əldə etmək mümkün olmayıb.
    AXCP Gənşə şəhər təşkilatının üzvləri onun həbs olunma ehtimalının yüksək olduğunu deyir. Buna səbəb kimi partiyanın hazırda həbsdə olan üzvü Ruslan Nəsirlinin Gəncə şəhərində olan zaman onların evində qalmasıdır.
    Həmçinin bu gün AXCP Şəki şöbəsinin fəalı Rauf Əbdülrəhmanlı da Bakıda saxlanılıb və Şəkiyə aparılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib.
    Paetiyanın təkbaşına aksiyaları ilə tanın üzvü Fizuli Hüseynov da Bakıda saxlanılaraq, 9-cu polis bölməsinə aparılıb. O, Real sədri İlqar Məmmədova, ad günü münasibətilə, azadlıq aksiyası keçirirmiş.
    Partiya sədri Əli Kərimli bu 3 həbsə feysbuk səhifəsində münasibət bildirib. O, faktları sadalayaraq, qeyd edib ki, həbslər əlbəttə, çox pisdir, ancaq ölkədə korrupsionerlər hakimiyyətinə heç bir müqavimət olmasaydı, oğrular qorxu yox, arxayınlıq hiss etsəydilər, bu, daha pis olardı. Ə.Kərimli baş verənləri “Cəbhədə atəşkəs yenidən pozulub” deyə təqdim edib.