Kollecdə “hökumət dəyişikliyi”

Şrift : |
Tarix :20-02-2019, 21:19
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 47 dəfə
Like :
Like :

    Elə bir toplantı, iclas olmasın ki, Prezident məmurlara xəbərdarlıq etməsin. Onlara tapşırmasın ki, yerlərdə insanları incitməyin, özünüzü təvazökar aparın, xalqın problemlərini həll etməyə çalışın. Hər kim ki, bu tapşırıqlara əməl etmir, onların da aqibətini siz bizdən daha yaxşı bilirsiniz.

    Amma elələri də var ki, özünü orta əsr imperatorları kimi aparır, şahlıq iddiasına düşür. Rəhbərlik etdiyi yerdə xanıdanlıq yaradır-təbii ki, əyan-əşrəf də öz yerində. Məhz onların bu “balaca padşahlıq” iddialarının böyük zərbələri son nəticədə dövlətə dəyir- vətəndaş öz dövlətindən inciyir, narazılıq formalaşır.

    7GUN.az Rubrika.az-a istinadən xəbər verir ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə bir neçə gün əvvəl Təhsil nazirinin əmri ilə yeni direktor təyin olunub. Göyçaya Gəncədən təşrif buyuran İrşad Abbasovun gəlişi Kollecdə aləmi bir-birinə qatıb. Yeni direktorun gəlişi Kollecdə elə ab-hava yaradıb ki, sanki ölkədə hakimiyyət dəyişikliyi baş verib. İ.Abbasov yeni seçilmiş prezident kimi gələr-gəlməz kollecin bütün direktor müavinlərini, digər rəhbər heyətini ərizələrini almaqla “istefaya göndərib”. Özü də buyurub ki, baxarıq görək sizinlə işləyə bilirəm, ya yox. İndi Kollecin ərizəsi alınan müəllimləri həyəcanla direktorun “yeni hökuməti” nə zaman formalaşdıracağını gözləyirlər. Direktorun kadr seçimində hansı “kriteryalara” üstünlük verəcəyi, öz “kabinetində” kimlərə yer ayıracağı isə məlum deyil. Beləcə bütöv bir kollektiv həyəcan və təlaş içində İ. Abbasovun təyinatlarını gözləyir.

    Verilən məlumatda o da bildirilir ki, yeni direktorun hərəkətləri kollecdə ciddi narazılıqla qarşılanıb. Uzun illər burada çalışan, təcrübəli müəllimlər cəmi bir neçə gün əvvəl Göyçaya gələn birisinin əlində əsir-yesir olublar. Ölkədə olduqca həssas bir dönəm yaşandığı bir vaxtda şəxsi ambisiyaları naminə bu qədər ciddi narazılıq formalaşdırmaq kimə və nəyə lazımdır? Cənab nazirin etimadına və imzasına bu qədər də etimadsızlıq və hörmətsizlik olarmı? Ölkə başçısı hər bir vətəndaşın probleminə diqqət yetirdiyi, insanların qayğısına qaldığı halda onun rəsmini başının üstündə saxlayan bir məmurun bu qədər ambision fəaliyyətinə nə ehtiyac var? Hər halda çox ciddi sorulardır və yəqin ki, Təhsil Nazirliyində bu haqda ciddi də fikirləşərlər.


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!