Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Şrift : |
Tarix :22-02-2019, 03:30
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 89 dəfə
Like :
Like :

    "Bərdə rayon Ləmbəran kənd sakini Mikayılov İsfərfil Cavad oğluuna özümə məxsus olan avtomobilimi idarə etmək üçün 3 ay müddətinə sürmək üçün etibarnamə vermişdim. Vaxt tamam olduqda İsrafil Mikayılov müxtəlif bəhanələrlə avtomobilimi özümə qaytarmaqdan imtina etdi. Mən bununla bağlı DİN-in qaynar xətti olan 102 xidmətinə zəng edərək, hadisəni onlara danışdım və bildirdim ki, mənim avtomobilim qanunsuz olaraq Bərdə rayonunda istifadə edilir. Müraciətimin üzərindən xeyli müddət keçsə də, Daxili İşlər Nazirliyi şikayətimə ciddi yanaşmadı".

    7GUN.az xəbər vrir ki, bunu Sozcu.az saytına müraciət edən Ağsu rayon sakini Ziya Şikarlı deyib. Şikayətçi onu da qeyd edib ki, Bərdə rayon polisi ona qarşı fırıldaqçılıq edən həmyerlilərinə tərəf olur.

    "31.12.2018-ci Il tarixində mən özüm Bərdə rayonuna gedərək, “Qoşa qala qapısı” deyilən ərazidə avtomiblimi tapdım və yenidən 102 xidmətinə müraciət etdim ki, artıq avtomobilimi tapmışam, xahiş edirəm geri alınması üçün köməklik göstərin. Onlar da öz növbəsində məni Bərdə rayon polis şöbəsinə yönləndirdilər. Polis şöbəsində növbətçi hissədə xidmət aparan polis mayoruna hadisəni olduğu kimi izah etdim və əlavə də olaraq qeyd etdim ki, Bərdə rayon Ləmbəran kənd sakini Mikayılov İsfərfil Cavad oğlu mənə məxsus olan avtomibili etibarnaməsiz idarə edir və 450 azn cəriməsi var. Avtombil qanunla ən azından cərimə meydançasına yerləşdirilməlidir. Avtomobildə “Qoşa qala qapısı” deyilən yerdədir, xahiş edirəm avtomobilimin cərimə meydançasına yerləşdiliməsi üçün köməklik edin. Növbətçi hissədə dayanan polis mayoru şikayətimə etinadsız yanaşaraq, bizi həmin sahə üzrə sahə müvəkkili işləyən polis leytenantı Musazadə Vüsalın üzərinə yönəltdi. Halbuki o, dərhal yol polis əməkdaşlarına məlumat verib avtomobilin cərimə meydançasına yerləşdirilməsinə köməklik etməli idi.

    Sahə müvəkkili Mikaylov İsrəfilə zəng edərək, yanına gəlməsini istədi. İsrafil isə telefonu söndürərüb, gəlməkdən imtina etdi. Telefon danışığında İsrafil Mikayılov özü avtomobilin mənə məxsus olduğunnu və qeryi- qanuni idarə etdiyini sahə müvəkkilinə bildirdi.

    Mən avtomobilimi yolda gördükdə, yaxında olan DYP əməkdaşına həmin avtomobilin sənədlərini təqdim edərək, həmin avtomobilin mənə məxsus olduğunu, hazırda avtomobilin cəriməsi olduğu üçün həbsdə olduğunu deyib, avtomobili saxlamalarını istədim. Təsəvvür edin ki. DYP əməkdaşı yerlipərəstlik edərək, avtomobili saxlamadılar. Baxmayaraq ki, mənim avtomobilimin Mikayılov İsrafilin idarə etməsi üçün hüququ yoxdur və avtomobilin hazırda 450 azn cəriməsi var.

    Mən burdan aidiyyəti qurumlara müraciət edərək, bildirirəm ki, mənə məxsus olan “Opel” markalı avtomobil Bərdə rayon polisinin əməkdaşlarının yaratdıqları “şəraitə” əsasən bərdədə qanunsuz idarə olunur. Nə vaxtsa, həmin avtomobil ilə hər hansı qəza və yaxud cinayət hadisəsi törədildikdə məsuliyyəti mən yox, Bərdə rayon polisləri daşıyır.

    Əldə etdiyim məlumata görə, avtomobilim hazırda Bərdə rayonunda ustaların birinin həyətində satılmaq üçün hissələrə bölünür.

    P.S. Saytının əməkdaşı avtomobili oğurlamaqda ittiham edilən Mikayıl İsrafilovla əlaqə saxlayaraq, məsələ ilə maraqlanıb. Mikayıl İsrafilom əməkdaşımıza iki günə avtomobilin ya özünü, yada dəyərini hesablayaraq pulunu verəcəyini desə də, verdiyi sözə əməl etməyib.


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!