Gəncə hadisələri üzrə ittiham olunan 14 nəfərin barəsində hökm oxunub

Şrift : |
Tarix :4-03-2019, 01:01
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 52 dəfə
Like :
Like :

    Martın 1-də Bakının Sabunçu Rayon Məhkəməsində 2018-ci ilin iyulunda baş vermiş Gəncə hadisələri üzrə ittiham olunan iki qrupun barəsində hökm oxunub.

    7GUN.az-in məlumatına görə müttəhimlərin yaxınları Turan-a bildiriblər ki, Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaqani Səmodov 2018-c il iyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında baş vermiş iğtişaşların təşkilində ittiham olunan altı nəfərin barəsində hökmü oxuyub.

    Məhkəmə Elman Rüstəmov və Nemət Heydərlini 8, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xudiyevi 7, Renat Məmmədovu 6 il azadlıqdan məhrum edib.

    Onlar CM-in 220.1-ci maddəsi (kütləvi iğtişaşların təşkili) ilə təqsirli bilinibilər. E.Rüstəmov və N.Heydərli həm də CM-in 315.2-ci maddəsi (polisə müqavimət göstərmək) ilə təqsirli biliniblər.

    Qeyd edək ki, Gəncə hadisələri ilə bağlı proses Bakıda qapalı rejimdə keçirilir. Mətbuat iclasa buraxılmır.

    Həmin gün Sabunçu məhkəməsində başqa prosesdə Gəncə hadisələri üzrə təqsirli bilinən daha 8 nəfərin barəsində hökm oxunub.

    E.Quliyev 8, E.Hacıyev 7, C.Əzizov, Q.Nuruzadə, F.Mirzəliyev, S.Rəcəbov, S.Əzizov 6, R.Nuruzadə 5 il azadlıqdan məhrum olunublar. Digər bir neçə qrupun işinə baxılması davam edir.

    * 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı rəhbəri Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

    Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında E.Vəliyevin işinə etiraz olaraq aksiya təyin edilib.

    İyulun 10-da axşam DİN Gəncədə iğtişaşlar barədə məlumat yayıb. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb.

    Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib. 60-a yaxın adam cinayət məsuliyyətinə cəlb edilib. Silahlı müqavimət zamanı 6 nəfər öldürülüb.


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!