Keçmiş şöbə müdiri park ərazisinin satıldığını iddia edir

Şrift : |
Tarix :4-03-2019, 01:57
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 46 dəfə
Like :
Like :

    "Beyləqan rayonundakı Heydər Əliyev parkının müəyyən əraziləri hələ 2011-ci ildə satılıb". Bunu Beyləqan sakini, 2014-cü ilə kimi Beyləqan Rayon İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri olmuş Zakir Mehdiyev bildirib.

    Onun sözlərinə görə, bu satışla bağlı iki sənəd verilib, sənədin biri 2011-ci ildə 24 sot sahəyə, digəri isə 2013-cü ildə isə 34 sot sahəyə aiddir.

    Amma hüquq şöbəsinin keçmiş müdiri iddia edir ki, vəzifədə olduğu müddətdə bu sənədlər üzə çıxmayıb: "O zaman həmin sənədlərdən xəbərsiz olmuşam, bu sənədlərin varlığından belə xəbərim olmayıb. Həmin vaxtlar 30-40 alqı-satqının, demək olar ki, yarısı mənim xəbərim olmadan reallaşdırılıb. Yalnız mən vəzifədən azad olunduqdan sonra bu alqı-satqılarla bağlı sənədləri üzə çıxarıblar. Deməyim odur ki, bu sənədlər saxtadır, ərazi istirahət parkı olduğu üçün alqı-satqı obyekti ola bilməz".

    Z.Mehdiyev deyir ki, bu parka 2003-cü ildə Heydər Əliyev vəfat etdikdən sonra onun adı verilib və xatirəsi əbədiləşdirilib. Buna qədər isə Beyləqan şəhərinin Mədəniyyət və İstirahət Parkı kimi tanınıb.

    Z.Mehdiyevin sözlərinə görə, bu ərazilər rayonun iş adamı Vaqif Abdullayev tərfindən alınıb, həmin ərazidə çoxsaylı şam ağacları kəsilib, sahə hasarlanıb: "Bu, həm də şəhərdə insanların istirahət yerinin əlindən alınmasıdır və ona görə bu alqı-satqı bir çox adamlarda narazılıq yaradıb.

    Hüquq şöbəsinin keçmiş müdirinin sözlərinə görə, həmin əraziləri alqı-satqı obyekti edə bilməkdən ötrü mənzil istismar idarəsinin burada yerləşən 30 kvadratmetr ərazisini əsas götürüblər: "Deməli, həmin 30 kvadratmetr yer üstünə əlavə olaraq 5800 kvadratmetr yer qanunsuz satılaraq zəbt edilib".

    Z.Mehdiyev bildirir ki, bu məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətində olub, vəziyyəti rayon rəhbərliyinə çatdırıb və məhkəmə iddiası qaldıracağını bildirib.

    Parkın ərazisinin bütünlükdə 4 hektar 21 sot olduğunu deyən keçmiş şöbə müdiri iddia edir ki, indi bunun 3 hektardan çoxu yoxdur: "Bunu rayonun yeni icra başçısı Asif Ağayevə də dedim. O da tikinti şöbəsinin məsullarından bu ərazilərdəki vəziyyəti xəbər aldı. Cavab da belə oldu ki, bu ərazilərin bir hissəsi mənzil tikintisinə verilib, bir hissəsi rayon polis şöbəsi binasının, uşaq bağçasının tikintisinə ayrılıb, bir hissəsi də sahibkara verilib".

    Parkın ərazisinin qanunsuz satılması iddiası ilə Z.Mehdiyev 2018-ci ildə Beyləqan Rayon Məhkəməsində iddia qaldırıb, amma məhkəmə iddianı rədd edib: "Bundan irəli gələrək, Beyləqan Rayon Məhkəməsinin qərarından Şirvan İnzibati İqtisadi Məhkəməsinə müraciət etdim. Burada da Beyləqan Rayon Məhkəməsi haqlı sayıldı. Bundan sonra Ali Məhkəməyə müraciət etdim və Ali Məhkəmə 2018-ci il dekabrın 27-də qəbul etdiyi qərarla iddiamı qismən təmin etdi".

    Z.Mehdiyev deyir ki, Ali Məhkəmə işi baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərib: "Amma Şirvan Apellyasiya Məhkəməsi prosesə baxılma vaxtını hələ müəyyən etməyib", deyə keçmiş şöbə müdiri bildirir.

    Deyilənlərlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək səylərimizə baxmayaraq, bu, mümkün olmayıb. /Turan.az/


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!