Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Şrift : |
Tarix :5-03-2019, 23:14
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 100 dəfə
Like :
Like :

    İmişli rayon sakini Heydərov Zahid Heydər oğlu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin qanunsuz hərəkətlərindən Prezident İlham Əliyevə müraciət edib.

    Həmin müraciətin surətini 7GUN.az-a göndərən Zahid Heydərov 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, 2012-ci ilin oktyabrından 2015-ci ilin oktyabr ayına kimi İmişli Olimpiya Kompleksinin müdiri vəzifəsində çalışdığını, rəhbərlik etdiyi Olimpiya Kompleksinin yetirmələrinin 2012-2015-ci illərdə beynəlxalaq yarışlarda uğurlar qazandıqlarını bildirmişdir.

    Müraciətdən məlum olur ki, o, 2015-ci ildə Avropa idman oyunlarında İmişli rayonunda olimpiya məşəlinin yandırılması ilə bağlı yaradılmış kommisiyanın üç nəfər üzvündən biri olmuşdur. Zahid Heydərov müraciətində İmişlidə idmanın inkişafı üçün göstərdiyi xidmətlərə baxmayaraq, Vilyam Hacıyevin təşəbbüsü ilə heç bir əsas və səbəb olmadan işdən azad edildiyini bildirir. Vilyam Hacıyevin tapşırığı ilə işdən çıxarıldığı barədə dəfələrlə ölkə başçısına və digər aidiyyatı qurumlara şikayətlər edən Zahid Heydərovun hüquqları bu günə qədər bərpa olunmamışdır.

    Ölkənin digər bölgələrində olduğu kimi İmişli rayon İcra Hakimiyyətinin Başçısı Vilyam Hacıyev də özünü “padişah” olaraq hiss edir.

    İmişli rayon sakinlərinin Vilyam Hacıyevin qanunsuz hərəkətlərindən və rayonu dərəbəylik qaydaları ilə idarə etməsindən şikayətləri bunu yazmağa əsas verir.



Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!