Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Şrift : |
Tarix :15-03-2019, 00:45
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 21 dəfə
Like :
Like :

    Ucar şəhəri S.Vurğun küçəsi ev 21 sakini Əhmədov Hüseyn Canpolad oğlu tərəfindən 7GUN.az-ın elektron poçtuna məktub daxil olub. Həmin məktubu olduğu kimi təqdim edirik.

    Hüseyn Əhmədov yazır: "Bu şikayətimdə yazıb bildirirəm ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışov pulumu alıb səhv cərrahiyyə əməliyatı aparıb məni ömürlük şikəst edib ziyanlar vurmuşdur.
    Belə ki, ayağımda topuğun qamış sümüyü sınmasına görə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışova müraciət etdim.Qələndər həkim məndən 800 manat pul alıb cərrahiyyə əməliyatı etdi.Əməliyyatdan bir neçə gün sonra yeriyən zaman məlum oldu ki, sağ ayağım 5 sm yerə çatmır.Bunun isə Qələndər Canbaxışovun səhv cərrahiyyə əməliyyatı nəticəsində baş verməsi müəyyən olundu.Qələndər həkim mənə məsləhət gördüki sən intensiv masaj terapeyası keməlisən ki, ayağındakı şikəstlik düzəlsin.Bundan sonra mən inanıb həmin xəstəxanada günü 20 manata 1 ay masaj olundum, ancaq heç bir faydası oladı.Bu xəstəxanada Qələndər həkimin rəhbərliyi ilə məni soydular.Cərrahiyyə əməliyyatına 800 manat, ayağımdan şurub çıxarılması üçün 200 manat, sarğı açıb bağlamaq üçün hər gün 20 manat və sairə xərclərlə məni borca salsalarda sağalmamağım mənə iki qat ziyan vurdu.
    Həmin pulu borc alıb Qələndər həkimə vermişəm.Atam və anam xəstəliyə görə 1-ci qrup əlildirlər, himayəmdə 4 azyaşlı uşaqlarım var.İndi ayağımda həkim səhlənkarlığına səriştəsizliyinə görə yaranmış şikəstlik məni çox narahat edir.Qeyd edim ki, Qələndər Canbaxışov əməkdar həkim, professor, tibb elmləri doktorudur.Ancaq bu adların heç biri bu səriştəsiz, savadsız adama layiq deyil.Bu adama tibb elimlərinin bəlası adı verilsə düzgün olar. Belə korrupsiyaya qurşanmış savadsız, səhlənkar və səriştəsiz həkimlərin yeri əslində zindan olmalıdır.Çünki onlar öz maddi maraqlarına görə insanları məhv və şikəst edirlər.Belə yaramaz həkimin mənə vurduğu ziyanın məbləği küllü miqdardadır.Çünki ayağımdakı şikəstliyin düzəlməsi üçün Türkiyədə cərrahiyyə əməliyyatı olunmalıyam ki, buna mənim maddi imkanım yoxdur.Mən çəkdiyim xərci həkim Qələndər Canbaxışovdan qaytarmasını istəsəmdə mənə rədd cavabı verib dedi ki, xoşun gəlmir get şikayət et.Diqqət edin ki, bu saxtakar həkim ona yaraşmayan saxta titullarına görə çox arxayındır deyə vətəndaşı şikəst etdiyi azmış hələ ona minnətdə qoyur.Buna isə cəzasızlıqdan azğınlaşma deyilir.
    Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm səriştəsizliyinə, savadsızlığına görə məni şikəst etdiyi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışovun barəsində ciddi tədbirlər görəsiniz, məndən aldığı pulun özümə qaytarılmasına köməklik göstərəsiniz".

    7GUN.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!