Nazir müavininin cənub bölgəsinə “işgüzar səfəri” və onun görmək istəmədiyi gerçəklər

Şrift : |
Tarix :4-04-2019, 03:03
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 355 dəfə
Like :
Like :

    Təhsil Nazirinin müavini Məhəbbət Vəliyevanın cənub bölgəsində məktəblərin maddi-texniki bazasının yoxlanılması və təhsilin səviyyəsinin öyrənilməsi üçün ezamiyyətindən sonra Masallı rayon Təhsil Şöbəsində daha acınacaqlı vəziyyət yaranmışdır.

    Nazir müavininin “ezamiyyətdən razı qalması üçün həyata keçirilən tədbirlər” təhsil şöbəsinin rəhbərliyini və məktəb direktorlarını pul yığımına məcbur etmişdir. Təhsil Nazirliyi səviyyəsində ələbaxımlılığın sürətlə inkişaf etməsinin nəticəsidir ki, Masallı rayonunda təhsil şöbəsinin rəhbərliyi və məktəb direktorları hətta cinayət xarakterli əməllərə belə əl qoyurlar.

    7GUN.az Masallı rayon Qəriblər kənd tam orta məktəbin direktoru Şərafət Əliyevin qanunazidd əməlləri barədə bir neçə dəfə məlumat vermişdir. Həmin məlumatlardan sonra Şərafət Əliyev və oğlu Fürsənd Əliyev barələrində yazılanların böhtan olduğunu bildirərək, təkzib verilməsini istəmişlər.

    Hətta, Fürsənd Əliyev daha irəli gedərək 7GUN.az barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

    Şərafət Əliyev 16 fevral 2019-cu il tarixdə 7GUN.az-ın elektron poçtuna göndərdiyi məktubda oğlu Fürsənd Əliyevin 2008-ci ildə Təhsil Nazirliyinin göndərişi ilə Qəriblər kənd tam orta məktəbinə fizika müəllimi təyin edildiyini, 2011-ci ildə öz istəyi ilə işdən azad olunub ailəsyilə birlikdə Bakı şəhərində yaşadığını göstərmişdir.

    Əldə etdiyimiz məlumata görə Fürsənd Əliyev Qəriblər kənd tam orta məktəbində işdən azad olunduqdan sonra 2011-ci ilin noyabr ayından 2014–cü ilə kimi atası Şərafət Əliyevin himayəsi altında qonşu Şıxlar kənd natamam orta məktəbində fizika müəllimi kimi qeydiyyata alınmışdır.

    Fürsənd Əliyev 2011-ci ildən Bakı şəhərində yaşamasına baxmayaraq, Masallı rayon Təhsil Şöbəsi tərəfindən onun adına 2011, 2012, 2013 və 2014-cü illər üçün Masallı rayon Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta pulu köçürülmüşdür.

    Əldə etdiyimiz rəsmi sənədlər və qəbzlər bunu sübut edir.

    Fürsənd Əliyev 2011-ci ilin noyabr ayından ailəsiylə birlikdə Bakı şəhərində yaşadığı halda Şıxlar kənd natamam orta məktəbində necə işləyib? Təhsil şöbəsi tərəfənindən Masallı rayon Dövlət Sosial Müdafiə Fonduna onun adına məcburi dövlət sosial sığorta pulu necə ödənilib?


    Masallı rayon Təhsil Şöbəsi rəhbərliyinin razılığı əsasında Şıxlar kənd natamam orta məktəbində həyata keçirilən kadr və maliyyə fırıldağının arxasında Təhsil Nazirliyi dayanır.

    Masallı rayonunun digər ümumtəhsil orta məktəblərində də kadrların yerləşdirilməsi və təhsilin səviyyəsi bərbad vəziyyətdədir.

    Məhz yuxarıda göstərilənlərə görə Baş Prokurorluq, Maliyyə Nazirliyi və Təhsil Nazirliyi Masallı rayon Təhsil Şöbəsində və ümumtəhsil orta məktəblərində yoxlamalar aparıb ictimaiyyətə məlumat verilməsini təmin etməlidirlər.

    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


    Mövzunu davam etdirəcəyik.


Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!