Akif Vəliyev məsuliyyətdən necə yayındı?

Şrift : |
Tarix :2-09-2019, 19:05
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 142 dəfə
Like :
Like :

    Redaksiyamızın elektron poçtuna Qazax rayon İcra Hakimiyyəti Başçısının Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Vəliyev Akif Sozalı oğlu barəsində məlumat daxil olmuşdur.

    Həmin məlumatlarda bildirilir ki, Akif Vəliyev Qzax rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işlədiyi müddətdə rüşvət və korrupsiya əməllərinə görə sabiq nazir Səlim Müslümov tərəfindən vəzifəsindən azad edilib. Məlumata əsasən Akif Vəliyev aztəminatlı ailələrə verilməsi nəzərdə tutulan ünvanlı sosial yardımları 6 ay özü götürmək şərti ilə razılq əldə etdiyi vətəndaşlara ayırmışdır. O, Daş Salahlı kəndində yaşayan 98 faizdən çox ailələrə ünvanlı sosial yardım təyin edərək, ayrılan vəsaitləri özü mənimsəyib. Vətandaşlara məxsus olan ödəmə kartlarını özündə saxlayırmış. Onun bu əməlləri barədə ölkə mətbuatında dəfələrlə məqalələr dərc olunub. Bildirilir ki, Akif Vəliyev işdən azad olunduğu zaman barəsində cinayət təqibi başlanmaması üçün havadarlarına 350 min manatdan çox pul vermişdir.

    Bundan başqa, göstərilir ki, Akif Vəliyev ruhi-əsəb xəstəsi kimi dispanser qeydiyyatındadır. Məlumatın doğruluğunu dəqiq bilmirik. Bu məlumatın müvafiq araşdırmaya ehtiyacı var.

    Qazax rayon İcra Hakimiyyətinin hazırki Başçısı Rəcəb Babaşov Akif Vəliyevə etimad göstərərək ona daha mühüm vəzifə başına gətirmişdir. Maraqlıdır ki, Rəcəb Babaşov rüşvət və korrupsiya faktlarına görə işdən çıxarılan Akif Vəliyevi hansı göstəricilərinə və keyfiyyətlərinə əsasən yeni vəzifəyə təyin etmişdir?

    7GUN.az olaraq elektron poçtumuza daxil olan məlumatlara qarşı tərəfin münasibətlərini öyrənmək üçün Akif Vəliyevlə əlaqə saxladıq. O, barəsində olan məlumatlara münasibət bildirmək istəmədi.

    Mövzunu davam etdirəcəyik.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!