Dağılmış Ərkivan qəsəbə orta məktəbi - FOTOLAR

Şrift : |
Tarix :2-10-2019, 20:43
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 169 dəfə
Like :
Like :

    Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür. Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar.

    Bu il böyük dramaturq, şair, yazıçı Cəfər Cabbarlının 120 illik yubiley ilidir. Dahi ədibin adını əbədiləşdirmək üçün respublikanın müxtəlif şəhər və rayonlarında onun adını daşıyan kinostudiya, küçələr, kitabxanalar, məktələr var. Belə məktəblərdən biri də Masallı rayonunda yerləşən Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbdir. 

    1981-ci il də istifadəyə verilən məktəb vaxtı ilə həmin dövr üçün regionun ən yaxşı məktəblərindən sayılırdı. Mərkəzləşdirilmiş istilik sistemi, qapalı voleybol zalı, akt zalı, emalatxana, bufet, hərbi dərslər üçün kabinet, müasir labaratoriyalar bir vaxtlar göz oxşayırdı. İstifadəyə verildiyi vaxtdan 38 il keçməsinə baxmayaraq heç vaxt əsaslı təmir edilməyən məktəb hazırda çox bərbad vəziyyətdədir. Akt zalı, idman zalı yararsız, labaratoriyalardan, bufetdən isə əsər-əlamət yoxdur. 

    Ərkivan qəsəbəsinin tam qazlaşdırılmasına baxmayaraq, bu məktəbdə sinif otaqları hələ də odun sobaları ilə qızdırılır. Əslində isə xarici və daxili fasadda olan suvağın tökülməsi, divarların çatlaması, pəncərə şüşələrinin qırıq və ya heç olmaması, döşəmənin dağılmasına görə sinif otaqları isinmir. Məktəbin dam örtüyü yararsız olduğundan yağıntı suları məktəbin içinə tökülür. Şagirdlər yağıntı suları altında, soyuq, ala qaranlıq sinif otaqlarında dərs alırlar. Bu səbəblərdən qış aylarında şagirdlər tez-tez xəstələnir, dərsə davamiyyətdən geri qalırlar.

    7GUN.az-ın məlumatına görə bir neçə valideyn məktəbin təmirə ehtiyacı olmasını ictimayiləşdirilmək məqsədi ilə Asiya.az-a müraciət edib. Valideynlər bildiriblər ki, “Övladlarımızı bu cür qəzalı, istismara yararsız məktəbdə təhsil almasından narahatıq. Dəfələrlə məktəbin keçmiş və indiki direktoruna, Masallı Rayon Təhsil Şöbəsinə məktəbin təmiri ilə bağlı şikayət etsək də bu şikayətlər müsbət həllini tapmır”.

    Onlarla qəsəbə sakini isə 3 oktyabr tarixində məktəbin təmiri ilə əlaqədar imza toplayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova ərizə ilə müraciət ediblər.
    Qəsəbə sakinləri yazdıqları müraciətlərdə, Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin illərdir ki, əsaslı təmirə ehtiyac olduğunu və tezliklə bu iş üçün müvafiq sərəncam verilməsini xahiş ediblər. 

    Məsələ ilə bağlı Asiya.az-ın əməkdaşı məktəbin direktoru Mənijə Yəhyayeva ilə əlaqə saxlayıb. M.Yəhyayeva bildirib ki: “Məktəbin təmiri ilə bağlı Masallı Rayon Təhsil şöbəsinə məlumat verilib. Təhsil şöbəsindən bizə bildiriblər ki, məktəb plandadır, gələcəkdə təmir ediləcək”

    7GUN.az xəbər verir ki, Masallı Rayon Təhsil şöbəsinin müdiri Tariyel Əkbərov Asiya.az-a verdiyi açıqlamada adı çəkilən məktəblə bağlı Təhsil Nazirliyinə müraciət edildiyini bildirib. Nazirlikdən verilən məlumatda göstərilir ki, gələcək illərdə təmir ediləcək məktəblər sırasında Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin də adı var.

    Məktəbin bərbad vəziyyətini əks etdirən fotoşəkilləri təqdim edirik:

    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -
    Dağılmış Ərkivan qəsəbə orta məktəbi -


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!