Hüquq müdafiəçisi həmkarının müdafiəsinə qalxdı

Şrift : |
Tarix :6-10-2019, 20:42
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 93 dəfə
Like :
Like :

    Hüquq müdafiəçisi Oqtay Gülalıyev həmkarı Taleh Xasməmmədova və onun qardaşına qarşı Polis zorakılığının durdurulması ilə bağlı özünün facebook səhifəsində status paylaşıb. 7GUN.az Gundemxeber.az-a istinadən həmin yazını oxuculara təqdim edirik:

    ''Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Taleh Khasmammadovun gözü qarşısında qardaşı Saleh Xasməmmədov bu gün polis tərəfindən zorla polis şöbəsinə aparılıb. Hadisə Göyçayda çayxanada baş verib. İki qardaş çayxanada oturub çay içirmiş. Onlardan 40 metr kənarda dalaşma hadisəsi baş verir və bir nəfər bıçaqlanır. 

    Şahidlərin bildirdiyinə görə vuran şəxs qaçır, bıçaqlanan şəxs isə xəstəxanaya aparılır. Hadisə yerinə gələn polislər Xasməmmədovların oturduğu masaya yaxınlaşaraq Salehi zorla sürüyüb maşına oturdaraq polis şöbəsinə aparırlar...

    Əməliyyata Göyçay rayon polis şöbəsinin əməkdaşı İlkin Məmmədov rəhbərlik edib. O İlkin ki, Taleh Xasməmmədov bir müddət öncə onun 11 yaşlı uşağı dəfələrlə polis şöbəsinə gətirib ona şiddət göstərməsi barədə tənqidi yazılar yazıb. O da öz növbəsində Xasməmmədovdan qisas alacağını bildirib. Görünür bu gün vədini yerinə yetirmək istəyir...

    Heç şübhəsiz Salehin həbsi onun qardaşı Taleh Xasməmmədova görədir. 3 dəfə qanunsuz həbs həyatı yaşayan Taleh bəyin hazırda üzərində 2 açıq cinayət işi var və bu işi "bandotdel" "araşdırır".

    Saleh Xasməmmədovun azadlığa buraxıımasını və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edirik!''


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!