GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Şrift : |
Tarix :12-10-2019, 05:22
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 97 dəfə
Like :
Like :

    Məlum olduğu kimi, prezident İlham Əliyevin fərmanı ilə sentyabr ayının 1-dən minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. Müvafiq sərəncama görə, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır. Lakin, Prezident İlham Əliyevin sərəncamları Gəncə Dövlət Universitetində demək olar ki, yerinə yetirilmir.

    7GUN.az-ın məlumatına görə bizimxeber.az-a daxil olan müraciətdə bildirilir ki, minimum əmək haqqının artırılmasına qədər GDU-da laborant, baş laborant, kabinə müdiri, laboratoriya müdiri, preperator, habelə tədris ustaları və digər texniki işçilərin maaşları arasında əsaslı fərq var idi. Hal-hazırda GDU- nun baş mühasibinin təqdimatı əsasında laborant, baş laborant, laboratoriya müdiri, kabinə müdiri, preperator, metodist və digər tədris-köməkçi heyəti üzvləri hətta xadimələr belə ayda 250 manat maaş alacaqlar. Bu ştatlara verilən maaş tariflərinin çox kobud şəkildə pozulması deməkdir.

    Müəllim heyətinin maaşları isə ümümiyyətlə, artırılmır. Vəzifələr arasında verilən maaşa heç bir fərq qoyulmur, necə deyirlər yağın da, balın da qiyməti GDU bazarında eynidir. Bundan başqa digər ali məktəblərin hamısında professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılsa da, bu GDU-da xəyal olaraq qalır. Respublikanın digər ali məktəbləri və Gəncə Dövlət Universitetinin eyni ştatları tutan əməkdaşlarının maaşları arasında əsaslı fərqlər vardır. Bu fərq 300-500 manat arasında dəyişir.

    Bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetində maaşların artırılmasına əsas əngəl “kor Teyyub” ləqəbli baş mühasibdir. Universitetdə hamı onu hətta üzünə belə bu adla çağırır, sanki bu ləqəb ona ləzzət verir və deyir ki, bu gözləri mühasibatlığın sənədləri kor edib. Respublikada heç bir mühasib məni kimi stajli ola bilməz. Bəlkə də, rektor Yusif Yusibov maaşları artırmaq istəyir.

    Lakin “kor Teyyub” elə bir vay-şüvən qoparır ki, səsi universtetin beş tədris binasında cingildəyir. Elə bil dədəsindən qalan puldur. Maaşlar artsa, onda baş mühasib Teyyub və prorektor Fəxrəddin Həsənovun saxta qaimələrlə bankdan çıxartdıqları pulun miqdarı azalar. Kənardan baxan universitet işçiləri baş mühasibin necə “şişdiyini” görürlər. Ancaq kor Teyyub görəsən bilirmi ki, hər bir şişən şey irinləyib sonda partlayacaqdır.

    Digər tərəfdən baş mühasib sosial şəbəkədə mühasibatlığın işçilərindən və tələbə təşkilatlarından ibarət bir trol dəstəsi saxlayır. Maaşların azlığı ilə bağlı nə isə yazılanda bu söyüşcül trollar işə başlayır.


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!