Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

Şrift : |
Tarix :6-11-2019, 19:36
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 71 dəfə
Like :
Like :

    7GUN.az Turan-a istinadən xəbər verir ki, çərşənbə günü İmişlidə yaşayan jurnalist və fəal Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər.

    “Noyabrın 6-da saat 12:38-də İmişlinin mərkəzində məni avtomobillə vurmağa cəhd etdilər. Mən tez-tez həmin yerə yaxınlıqda işləyən tanışımın yanına gedirəm.   Bu gün onun yanından çıxdıqdan sonra Həzi Aslanov küçəsini keçərkən “Jiquli” markalı avtomobilin böyük sürətlə yanımdan keçdiyini gördüm. Həmin küçədə nəqliyyatın hərəkəti adətən       20-30 km/s-nı ötmür. Lakin bu maşın böyük sürətlə yanımdan ötdü. Mən öncə geri çəkilmək istədim, ancaq gördüm ki, avtomobil yenə də üstümə gəlir. O zaman tez irəliyə qarşı zolağa keçdim. Orada hərəkət edən avtomobil əyləcə basa bildi və mən yolu keçə bildim”, - M.Zülfüqarlı Turan agentliyinə bildirib. 

    O deyib ki, noyabrın 7-də insidentin araşdırılması xahişilə DİN-ə və Azərbaycan prezdenti İlham Əliyevə müraciət edəcək. 

    Onun sözlərinə görə, ətrafda bir sıra dövlət müəssisəsi var, məsələn, Baş Poçt İdarəsi, Təhsil İdarəsi, çoxlu özəl obyekt var və avtomobillin onun üstünə sürməsi anı videomüşahidə kamerasının kadrlarına düşə bilər. 

    M.Zülfüqarlı güman edir ki, sui-qəsdin arxasında yerli hakimiyyət və güc qurumları dura bilər.

    Belə ki, bu yaxınlarda o, KİV-də yazıb ki, yerli güc qurumlarından birinin oğlu  oktyabrın 19-da Bakıda mitinqdə AXCP lideri Əli Kərimlini saxlayan və döyən şəxslərin arasında olub.  

    “Biz uzun illər hüquq müdafiəçisi Oqtay Gülalıyevlə əməkdaşlıq edirik. Görünür, onunla baş verənlər  kimisə mənə qarşı sui-qəsdə “ruhlandırıb”. Korrupsiya faktlarının ifşa edilməsinə görə mən və qardaşlarım daim təzyiq altındayıq, törətmədiyimiz yol hərəkəti qaydalarına görə bizi cərimələyirlər,   vergi iddiaları irəli sürürlər. Məni bir dəfə uydurma ittihamla yarım il həbs ediblər”, - M.Zülfüqarlı qeyd edib.

    İmişli rayon hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.

    M.Zülfüqarlı “Kür” Vətəndaş Cəmiyyətinin qərargahının işində iştirak edib.Cəmiyyət 2010-cu ilin yazında Kür çayında dağıdıcı daşqınlar zamanı zərər çəkmiş yerli sakinlərin hüquqlarını müdafiə edib.  

    2017-ci ilin iyulunda İmişlidə yerli məmurlardan birinin xüsusi ittiham qaydasında irəli sürdüyü böhtan iddiası üzrə azadlıqdan məhrum edilmişdi.


Xəbər lenti

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Hüquq müdafiəçisi Oktay Gülalıyevin avtomobillə vurulması təsədüf, yoxsa sui-qəsddir? Əlövsət Sadıqlı yazır

Təbii ki, hakimiyyətin bu işdə əli yoxdursa... -VİDEO

Oqtay Gülalıyevi xilas edərkən... -FOTO

HRHF Oqtay Gülalıyevin zərər çəkdiyi qəzanı araşdırmağa çağırdı 

Dövlət fərdlərin təhlükəsizliyinə, azadlığına qarant olmalıdır

Cəmil Həsənli: "Ölkədə söz və mətbuat azadlığı yoxdur"

Jurnalist xuliqanlıq ittihamı ilə 30 gün müddətinə həbs edilib

Oqtay Gülalıyevə yardım məqsədilə Beynəlxalq Bankda hesab açılıb -FOTO

Oqtay Gülalıyevin həyatı hələ də təhlükə altındadır

Hüquq müdafiəçisinin vəziyyəti ağır stabildir

Xətai rayon Məhkəməsinin Seymur Həzi ilə bağlı qərarı dəyişdirilmədi

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!