Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Şrift : |
Tarix :8-11-2019, 21:51
Bölmə : Bölgə
Kömək :    
Baxılıb : 147 dəfə
Like :
Like :

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallı rayon Məşğulluq İdarəsinin sabiq direktoru İmamyarov Elsevər İsbəndiyar oğlunun işlədiyi dövrdə törətdiyi maliyyə cinayətləri, rüşvət alma və korrupsiyaya qurşanması barədə 7GUN.az saytına rayon sakinləri tərəfindən daxil olan məlumatlarda bildirilir ki, o, idarəyə işə düzəlmək, arayışlar almaq üçün müraciət edən sakinlərdən külli miqdarda rüşvət almışdır.

    Elsevər İmamyarov həmçinin şəxsi təsərrüfatların və peşə yönümlü əmək fəaliyyətlərinin inkişafından ötrü dövlətin dəstək fondundan ayrılan külli miqdarda vəsaitləri mənimsəmişdir. Rayon sakinlərinin məlumatlarında bildirilir ki, şəxsi təsərrüfatlara mal- qara alınmasından ötrü 5000 min manat məbləğində sənədləşmə aparılmasına baxmayaraq, Elsevər İmamyarov müraciət edən rayon sakinlərinin hər birinə 1000- 1500 manat civarında pul vermişdir. O, işə düzəlmək üçün müraciət edən və işə düzəlmə növbəsinə görə müvafiq arayışlar istəyən adamlardan 150- 500 manat arasında rüşvət almışdır. Rayon sakinlərinin sözlərinə görə Elsevər İmamyarov Məşğulluq İdarəsinin direktoru işlədiyi dövrdə bahalı avtomobillər alıb və Qəriblər kəndində çox dəbdəbəli mülk inşa etdirib. Onun qanunsuz əməlləri barədə ölkə rəhbərliyinə edilən saysız-hesabsız şikayətlər rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun dəstəyi ilə ört- basdır olunub.

    7GUN.az olaraq Masallı rayon sakinlərinin məlumatları əsasında Elsevər İmamyarovun qanunsuz əməl və hərəkətləri barədə araşdırmalar aparacağıq.

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Xəbər lenti

Azərbaycanlı siyasi mühacirlər saxlanılıb  -Almaniyada

Rüxsarə Əliyeva təhsil ocağını bazara çevirib?!

Ali Məhkəmə jurnalistin barəsində qərarı qüvvədə saxladı

Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb

Oktay bəylə bağlı daha bir problem... -SOS

Nasir Əliyev: Oqtay Gülalıyev mənim gözümlə

Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR

Arif Hacılı sərbəst buraxılıb

Bu necə başçıdır, bu necə abadlıq aparmaqdır?

İlham Əliyev : “Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər"

Qondarma məhkəmə oyunları davam edir

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!