Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

Şrift : |
Tarix :29-11-2019, 05:24
Bölmə : Bölgə
Kömək :    
Like :
Like :

    Lerik Rayon Məhkəməsi aztoday.az saytının redaktoru Elmidar Əliyevi 2 min manat cərimələyib. 7GUN.az xəbər verir ki, bu barədə Arqument.Az-a Elmidar Əliyev məlumat verib. O bildirib ki, məhkəmə Salyan rayonun sabiq icra başçısı Tahir Kərimovun iddiası əsasında belə bir qərar verib.

    Jurnalist deyir ki, noyabrın 28-də keçirilən məhkəmə prosesi ədalətsizdir və qərar sifarişlidir: "Lerik rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyov Tahir Kərimovun iddiası ilə bağlı hazırlıq iclasını keçirmədən 1 proseslə məhkəmə iclasını başa çatdırıb. Belə ki, məhkəmənin hazırlıq iclasının 7 noyabr 2019-cü il tarixinə təyin olunması ilə bağlı mənə göndərilən məktubda iddia ərizəsinin sürəti təqdim olunmamışdı. Məhkəmə ilə əlaqə saxlayıb, iddia ərizəsinin sürətini göndərməyi tələb etdim. Lerik Rayon Məhkəməsi tərəfindən poçt vasitəsilə iddia ərizəsinin sürəti mənim qeydiyyatda olduğum ünvana noyabrın 16-da çatdırıldı və məhkəmə tərəfindən göndərilən məktubda məhkəmə iclasının noyabrın 28-nə təyin olunduğu göstərilmişdi. Dünən keçirilən məhkəmə prosesində hakim Atabəy Kiçibəyova Tahir Kərimovun iddiasına etirazımı yazılı olaraq təqdim edərək, iddia ərizəsinin əsassız olduğunu nəzərə almaqla iddianın rədd edilməsini tələb etdim. Lakin qarşı tərəfin iştirak etmədiyi prosesdə hakim 10-15 dəqiqə ərzində qərar çıxaraq, 2 min manat cərimələnməyim və aztoday.az saytında dərc olunmuş "Kərimovlar ailəsinin Londondakə sərvəti – Sabiq icra başçısı ölkə xaricinə milyonlar daşıyıb” başlıqlı məqaləsindəki məlumatların təkzib olunması ilə bağlı qətnamə çıxartdı".

    "Məhkəmə prosesində hakim Tahir Kərimovun övladlarının adına olan şirkətlərin və daşınmaz əmlaklarla bağlı məlumatların haradan götürdüyümü soruşduqda ona Birləşmiş Krallığın reyistr qurumlarının internet resurslarının adlarını bildirdim. İlkin təəssüratım o oldu ki, hakim Atabəy Kiçibəyovun ümumiyyətlə müasir informasiya vasitələrindən anlayışı yoxdur və ya əvvəlcədən iclasa hazır qərarla gəldiyi üçün sübutlarımızı nəzərə almadı”, - Elmidar Əliyev deyib.

    Jurnalist hakimdən Məhkəmə – Hüquq Şurasına şikayət edəcəyini bildirib: "Prezident İlham Əliyevin 3 aprel 2019-cü il tarixində imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmandan sonra Lerik Rayon Məhkəməsinin sədrinin ildırım sürəti ilə, yəni 12 səhifəlik etirazda təqdim olunan sübutları nəzərə almadan qərar çıxarmasının səbəbini hakim Atabəy Kiçibəyovun sifarişlə hərəkət etməsi kimi izah oluna bilər. Başqa bir səbəb görə bilmirəm".

    "Hakim Atabəy Kiçibəyovla bağlı qısa bir araşdırma apardım. Məlum oldu ki, insanlar arasında Atabəy Kiçibəyovun reputasısiyası heç də müsbət deyil və xeyli insan onun qərarlarından şikayət edir. Hakimdən Məhkəmə – Hüquq Şurasına qanuni prosedurlara əməl etməməsi ilə bağlı şikayət edəcəyəm. Eyni zamanda məhkəmə qətnaməsini aldıqdan sonra apellyasiya şikayəti verəcəyəm”, - jurnalist qeyd edib.


Xəbər lenti

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

"Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır" -Təbriz Gülalıyev

Polis “Müsəlman Birliyi” Hərəkatının tədbirinə imkan vermədi

"Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?” – Tanımış həkim

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya