Yusif Yusubovun Gəncə Dövlət Univeristetindəki "bazarı"


Dövrü mətbuatda bir müddət öncə yazıldığı kimi həqiqətən də Gəncə Dövlət Universitetinin rektorunun qəbuluna düşmək prezidentin qəbuluna düşməkdən də çətindir. Heç cənab Prezidentin bu qədər müşaviri yoxdur. Möhtərəm Yusif Yusibov öz vəzifəsindən istifadə edərək özünə baş müşavir, orta müşavir, kiçik müşavir, aşağı müşavir, qara kassir, ştatdankənar sayt rəhbərləri ilə dil tapan mətbuat rəhbəri və s. kimi vəzifələr yaradıb. Bəli qəbula düşmək ücün ilk növbədə bu vəzifə sahibləri ilə görüşüb, “salamməlöyküm” etməlisən, sonra onlar əgər icazə versələr onda bəlkə rektorun qəbuluna girə bilərsən.

7GUN.az Sozcu.az-a istinadən xəbər verir ki, hörmətli rektor Yusif Yusibovun baş müşaviri Asif Cavadovdur, kiçik müşaviri İlqar Kuybışevdir, orta müşaviri Elsevər Nağıyevdir (öz qohumu). ”Qara kassaya” nəzarətçi İqtisadiyyat fakultəsinin dekanı Şahin adlı şəxsdir, Sayt rəhbərləri ilə dil tapan ştatdankənar mətbuat rəhbəri kafedra müdiri Elçin Cavadovdur. Hələ bu azmış kimi səlahiyyətli nümayəndələr kimi yeni-yeni vəzifələr yaradıblar, həmin vəzifələrə də öz yaxın qohum əqrəbalarını təyin edib.

Yeni yaranan vəzifələrdən biri də marketinq vəzifəsidir. Bu vəzifəyə Orxan adında birini təyin edib. Başa düşmək olmur, bura universitetdir, yoxsa market? Marketinq vəzifəsi yalnız ticarət obyektlərində olur. Görünür, hörmətli Yusif Yusibov Gəncə Dövlət Universitetini marketə çevirib,bura da onun ticarət bazarıdır. Bu universitetdə Yusif Yusibov ,onun müşavirləri, marketoloqları əməlli – başlı bazar açıblar.

Asif Cavadov baş müşavir olmaqla marketinq qaydasına əməlli-başlı xidmət göstərir. Onun göstərdiyi fəaliyyətə görə, ona hətta əməkdar müəllim adını da verdiriblər. Halbuki, onun bircə saat da düz- əməlli dərs keçdiyini görən olmayıb.

Asif Cavadovun həyat yoldaşı psixologiya kafedrasının müdiri Zümrüd Şirinova (Cavadova) həmin kafedranı özəlləşdirib. Bu xanım vaxtı ilə Ulu öndərin əleyhinə kəskin bəyanatlar verən bir şəxs, eyni zamanda prezident seçkilərində Lalə Şövkətin vəkili olmuşdur. Bunu təsdiq edən, o vaxt rəsmi qəzetlərdə dərc olunan xəbərin fotosunu da sizə göndəririk. Zümrüd Xanım  bu il də alternativsiz  secki yolu ilə təyin olmuş kafedra müdiridir, müəllimlərdən hər yeni tədris ilində rüşvət alaraq onlara dərs verir. Hər semestr başlayanda hec kimdən qoxmadan, cəkinmədən müəllimlərdən 20 -50 manatdan “fond pulu”, “ad günü pulu”, “müəllim günü” pulu yığır. Kafedranın müəllim və labarantlarını aylığa buraxır.

Bu ailə zamanindakı tutduqları vəzifələrə uyğun olaraq əqidələrini dəyşənlərdi. Asif Cavadov kommunist partiyası hakimiyyətdə olanda onun üzvü olmaqla Texnologiya univerisitetinin partiya təşkilatının sədri, xalq cəbəhəsi vaxtında cəbhə üzvü olmaqla həmin üniverisitetdə kafedra müdri və  Ana Vətən Partiyasının üzvü olmaqla, bu partiyanın təmsilçisi kimi Gəncə şəhər 39 saylı Kəpəz rayon dairə seçki komisiyasının üzvü işləmişdir. GDU -də prorektor vəzifəsinə keçən kimi YAP üzvülüyünə kecdi. İndi də rektorun baş müşaviri olmaqla həmdə YAP təmsilçisi kimi 14 saylı məntəqənin sədridir.

Rektorun təqdimatı ilə əməkdar müəllimliyə layiq olmayan, baş müşavir Asif Cavadovun baldızı, yəni psixologiya kafedrasının müdiri Zümrüd Cavadovanın bacısı Yeganə xanım da univerisitetdə vəzifə sahibidi. O, ümumi texniki fənlər və texnologiya kafedrasında emalatxana müdiridir.  Rektor Y.Yusibovun sayəsində univerisitetin vəzifələri yalnız Cavadovlar ailəsi üçündür. Ay toba əgər baş müşavir Asif Cavadovun baldızı, psixologiya kafedrasının müdiri Zümrüd Cavadovanın bacısı Yeganə xanım işlədiyi vəzifənin mahiyyədindən başı cıxırsa, hansısa bir alətin, hansısa bir dəzgahın adını bilirsə. Emalatxanadakı hansısa dəzgahı işlətməyi bacarıb, tələbələrədə öyrətməyi bacararsa da onda bilin ki, ixtisası kimyacı olan kimya elmlər doktoru professor Yusif Yusibovda onu bacarar.

Ümumi texniki fənlər və texnologiya kafedrasında başda kafedra müdiri (rektor Y.Yusifobovun  ştatdan kənar mətbuat rəhbəri, sait rəhbərləri ilə dil tapan bununla bağlı rektorun göstərişı ilə hər ay dekanlardan 200-300 manat pul alıb sayt rəhbərləri ilə bölən) Elçin Cavadov olmaqla kafedra müəllimlərin demək olar ki, əksəriyyəti–baza təhsilli, ixtisaslı pedaqoq müəllimlər deyillər.

Univerisitetin emalatxanası rektorun və kafedra müdirinin sayəsində bu günün müasir tələblərinə cavab vermir. Emalatxanada müasir dəzgah, avadanlıq və alətlər yoxdu. Sənədlər üzrə alınmış dəzgah və avadanlıqların pulları yeyilib. Emalatxanada olan dəzgahların adını, markasını, əsas hissələrinin adını belə bilməyən emalatxana müdirləri və tədris ustaları hec bir iş görmədən dövlətdən müftə maaş alırlar. Bununla da hörmətli rektor Y.Yusibovun rəhbərliyi altında baza təhsili olmayan müəllimlərlə, emalatxanada  60-70-ci  illərin köhnə, işləməyən dəzgahlar və  olmayan avadanlıqlar ilə GDU-da Azərbaycanın qərb zonası ücün ən sadə ixtisas biliyə və  praktik bacarığa malik  olmayan texnologiya müəllimləri hazırlanır. Buda rektor Y.Yusibovun və onun komandasının Azərbaycan təhsilinə verdiyi layiqli töhfə sayıla bilər.

Müşavir vəzifələri, əlalxüsusdə, baş müşavir vəzifəsi nəyə və kimə lazımdır? Hətta hörmətli rektor Asif Cavadova xidməti maşın da verib. Bu xidməti maşının ehtiyat hissələri və gündəlik yanacaq sərfiyyatı universitetin hesabına ödənilir. Belə xidməti maşınlar təkcə Asif Cavadovun deyil, həmçinin rektorun ətrafında olan, qondarma vəzifələr yaradaraq təyin etdikləri yaxın çevrəsinin hər birində var. Elsevərin (rektorun qohumu orta müşavir) də 20-AA-522 nömrəli xidməti maşını vardır. 20-AA-556 nömrəli maşını Gülsüm Fətəliyeva (Musa Urudun bacısı, Kəpəz rayonu İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qaynanasıdır, Texnologiya Universitetindən qovulub, 70- dən çox yaşı var, GDU-da humanitar işlər üzrə prorektor vəzifəsini ona hədiyyə ediblər), 20-AA- 352 nömrəli maşını Pərvin Kərimzadə (deputat Elmar Vəliyevə ən sadiq şəxslərdən biri, innovasiyalar üzrə prorektordur. Bilinmir ki, bu adam deputatdır, yoxsa prorektor?), 20-AA-442 nömrəli maşını Asif Cavadov( baş müşavirdir, universitetin qara qutusu olub, əvvəllər bütün rüşvəti o yığırdı. İndi bütün intirikaların başında durur. Xidməti maşın Baş müşavir Asif Cavadov üçün nəzərdə tutulsa da, arvadı kafedra müdiri  Zümrüd xanıma və bütün Cavadovlar sülaləsinə xidmət edir), 20-AA-577 nömrəli maşını Fəxrəddin Həsənov (tikinti biznesinin pul üyüdənnin maşını), 20-AA-542 nömrəli maşını Fəxrəddin Məmmədov (prorektor), 20-AA-082 nömrəli maşın isə cənab rektorun özünü gəzdirir. Bütün bu maşınlara gündə 20 litrə qədər benzin pulu və ehtiyat hissələrin pulu universitetin büdcəsindən ödənilir.

Axı hörmətli rektora kim bu səlahiyyətləri verib ki, universitetin pullarını sağa-sola səpsin?

Göründüyü kimi Yusif Yusibov və onun dağıdıcı komandası heç kimdən qorxmur, universitetin pullarını istədikləri kimi xərcləyirlər. Bir balaca 20-25 kvadrat metrlik musiqi kafedrası üçün ayrılan otağın təmirinə 1 milyon manatdan çox pul xərcləyiblər.

Gəncə Müəllimlər İnstitutunun binası GDU-ya verildi, bu hazır binaya guya yenidən tikilmiş adı ilə 32 (otuz iki) milyon manat pul xərclənib. Halbuki, cənab Prezident sıfırdan başlayaraq tikiləcək kompleks bir məktəbə bir miliyon manat ayırır. Göründüyü kimi, rektor Y.Yusibov, prorektor F.Həsənov və baş mühasib Teyyub universitetin pullarını istədikləri kimi xərcləyirlər. Halbuki 32 milyon pula 20-30 məktəb tikmək olar.

Bu tədris ilində  Prezident İlham Əliyevin fərmanı ilə GDU-nun  3 ədəd 4 mərtəbəli tələbə yataqxanasının təmiri ücün 12 milyon vəsait ayrılıb. Bu binalar sökülmədən sadəcə təmir olunur. Bu qədər vəsaitlə böyük bir kompleks tikmək olar. Lakin rektor bu məqsədlə univerisitetin büdcəsindən də əlavə olaraq 750000 manat vəsait ayracağını, Elmi Şuranın iclasında bildirib. Əgər prezident təmir ücün 12 milyon vəsait ayribsa, onda rektor 750000 manat vəsaiti nə ücün ayrır?

Bundan əlavə Elmi şurada 5 tədris binasında da turniket quraşdıralıcağını deyib. Əgər bu müəllim və texniki işcinin əmək davamiyyətinə nəzarət ücündürsə, bu təlimatla  kafedra müdirinin səlahiyyətinə aiddir. Onda kafedra müdirlərin səlahiyədləri niyə alınır?   Quraşdırılmış turniket pul silməkdən başqa bir şey deyil.

Göründüyü kimi təhsil haqları  kosmetik təmir, mebel və müxtəlif lazımsız yerlərə sərf olunur. Univerisitet binalarının və yataqxanaların təmiri hər il Yusif Yusibovun yaxın adamlarının, qardaşlarının şirkəti tərəfindən həyata kecirilir Bu zaman isə rəqəmlər şişirdilərək dövlət vəsaitləri talan olunur.

Gəncə şəhərində 3 universitet var. Aqrar Universitet, Texnalogiya Universiteti və Gəncə Dövlət Universiteti. Bunlardan ikisində – Aqrar Universitet, Texnologiya Universiteti- tələbələrinin sayı ikisinin birlikdə cəmi, heç Gəncə Dövlət Universitetindəki tələbələrin sayının yarısına bərabər deyil. Necə olur ki, həmin universitetlərdə- Aqrar Universitet, Texnologiya Universiteti- müəllimlər yüksək maaş alır, Respublikamızın əksər ali məktəblərində professor-müəllim heyətinin əmək haqları bu tədris ilindən orta hesabla 30%-dən çox artırılıb, amma GDU-da müəllim dilənçi payı alır? Saytlardə gedən yazılardan və Təhsil nazirinin göstərişindən sonra rektor Yusiv Yusibov Elmi şurada  müəllimlərin maaşının 20% artıralacağını desə də,  indi məlum olur ki, yenə də baş mühasib Teyyub buna mane olub maaşlar 18% artırılıb.

Universitetdə heç bir ciddi islahatlar aparılmır, nəticədə mövcud neqativ halların sayı gündən -günə artır, fakültələrin bütün qruplarından müəyyən olunmuş sayda tələbələr rektorun tapşırığı ilə ayı 300-350 manat olmaqla dekanlar tərəfindən aylığa buraxılır. Rektorun əmri ilə yaradılmış təhsilin keyfiyyətinə nəzarət və səlahiyyətli nümayəndə qurupu (bu qruplara rəhbərlər ortada müftəcə dövlətdən maaş alıb univerisitet ücün hec bir faydalı iş görməyənlər (öz vəzifə salahiyyətindən başqa intiriqa işləri ilə məşğul olan) baş müşavir Asif  və  70- dən çox yaşı olan, GDU-da humanitar işlər üzrə prorektor Gülsüm xanımdır. Hər ikisi dərslərə müəllimləri gözüm cıxdıya salmaq ücün girirlər. Əgər univerisitetdə Tədis metodiki şöbə varsa və orada kifayət qədər metodis, baş medodist varsa niyə onlar dərslərə gedib tədrisin keyfiyyətini yoxlayıb müəllimlərə metodiki köməklik etmirlər ki, bu yaşlı pensiyanerlər girirlər? Onda tədris metodiki şöbə nəyə lazımdır? Onlarda hec bir iş görmədən univerisidetdən havayı maaş alırlar. Baş müşavir və tərbiyə işləri üzrə prorektor nə ücünsə təkcə müəllimlərin dərsə gəlmələrini yoxlayırlar, bəs nə ücün rektorun göstərişi ilə dekanlar tərəfindən aylığa buraxılın tələbələri yoxlamırlar? Əgər hər qrupda  5-6 nəfər tələbə aylığa buraxılıbsa və alt qrupa dərsə gələcək tələbələr ümumiyyətlə gəlmirlərsə onda hansı tədris keyfiyyətindən danışmaq olar? Dekanlar tərəfindən Qrup jurnallarında, kollekvum vərəqlərində tələbələrın davamiyyəti və qiymətləri gobudcasına pozulub düzəldilir. Dekanlıq kompüterdə yekun bal cıxarılmasında istənilən tələbənin balını artırırlar. Əsas dövlət sənədi olan qrup jurnalları cox səliqəsiz doldurulur alt qrupa gələcək tələbələrin adları semestrin axırında yazılır.

Ceyhun Bayramov Təhsil naziri vəzifəsinə təyin olunandan sonra universitet rəhbərinin nazirlə sıcaq münasibəti olduğundan GDU-da açıq-aşkar rüşvət baş alıb gedir. Əvvəllər univerisitetin   “qara kassa”sı Asif Cavadov idisə indi Universitetdə rektor Yusif Yusibovun “qara kassa”sı  İqtisadiyyat-İdarəetmə Fakültəsinin dekanı Şahin Xurşudovdur. Rektor Yusif  Yusibovun  universitetdə “kölgə iqtisadiyyatı”nın Şahinsiz mümkün olmadığını anlayıb və məhz bu səbəbə görə də onu alternatıvsız dekan vəzifəsinə təyin etməklə yanaşı, həm də “qara kassa”ya nəzarəti də Asif Cavadovdan alıb ona həvalə edib. Şahin Xurşudov isə bu “məsuliyyətli” tapşırığın öhdəsindən məharətlə gəlir. Əvvəllər rüşvət dekanlar tərəfindən   bir az gizli formada alınırdısa, indi heç kimdən çəkinib eləmədən,  tələbələrdən  hal- hazırda imtahana kimi aylığa buraxıb pul yığırlar. İmtahan vaxtı ictimaiyyət və media nümayəndələri imtahan vaxtı univerisitetə dəvət edirlər, cəkiliş aparılır imtahanların ədalətli və şəffaf kecirilməsı görüntüsü yaradılır .Hər şey isə bundan sonra başlayır. Dekanlar pul verən tələbələri imtahandan sonra cağırır əvvəldən rektorun göstərişi ilə müəllimlərdən alınmış imtahan suallarının cavablarını tələbələrə verib yazdırır. Dərs deyən müəllimi yox dekanın sözü ilə oturub- duran o fənnən belə xəbəri olmayan müəllimi cağırıb yazılı imtahanı qiymətləndirirlər. Buda olur hörmətli rekrorun şəffaf imtahan üsulu. Yazılı imtahanla bağlı əvvəlcədən,  yəni imtahan vaxtı valideyin və mediya nümayəndələrinin iştirakı ilə cəkilmiş imtahanların şəffaf kecirilməsi görüntüsü isə televiziya ilə cəmiyyətə catdırılır. Nədənsə əsas məsələ nəticə yəni yoxlama və qiyətləndirmə prosesi isə necə gedir  göstərilmir

GDU- nun korpuslarındakı  bufet və yeməkxanalarda Xurşudovun kurasiyasındadır.  Bir sözlə onundu. Onun xeyli sayda evləri və digər daşınmaz əmlakları da var. Bakida necə necə təzə tikintidən evləri, Maxrasa bağında  təzə tikintidə rektorla bərabər super remontlu  evi, pasyolkada yenə rektorun evi ilə üzbəüz super remontlu  evi, bazarda  İmperial yeməkxanası , Gülüstanda məhləsi, Tövuzda məhləsi, restoran- şənlik evləri və s. (Bu yeməkxana və şənlik evlərində işləyən qulluqcular isə imkansız aylıq pulu verə bilməyən Sahinin fakültəsinin tələbələridi.) Bunlar yalnız görünən və bilinənlərdir. Əlbəttə ki, bunlar hamısı tələbələrdən yığılan rüşvətlərin hesabına əldə olunub. Şahin Xurşudov bu rüşvətin hesabına zənginləşib.

Vasif Həsənov innovasiyalar departamentinin sədridir. Bu adam öz qardaşı Asif Həsənovla birgə kompüterdə test imtahanlarına bütün rəhbərliyi həyata keçirir, istədikləri tələbənin cavablarını düzəldir, istənilən tələbəni pul verməyəndə kəsirlər. Vasif  Həsənov nurçudur, Fateh Gülən camiyyəti ilə güclü əlaqələrə malikdir, nənəsi ermənidir, Məmməd Əmin Rəsulzadəni təhqir edən, Elmar Vəliyevin iclaslarını təşkil edən,ona su süzən deputat Naqif  Həmzəyevlə yeznə-qayındır, Asif, Vasif qardaşları bütün günü xarici ölkələrdə başının dəstəsi ilə kefdədir, layihələr adı ilə universitetin pullarını sağa- sola səpir. Onlar  indiyə kimi GDU -ya hansı yenilikləri gətirib? Nə xeyir veriblər? Bunların xarıcı ölkələri gəzib kef eləmələrinin univerisitet müəllimlərinə nə xeyri? Bir saat belə dərs keçməmiş İlqar Kuybışev, Vasif Həsənov və digərləri hansı keyfiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunublar? çox maraqlıdır.

Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar (20000 manat), kafedra müdirləri (10000 manat) və müəllimlər (5000-8000 manat), hətta laborantlar (3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar. Təkcə bu tədris ilində univerisitetin müxtəlif  kafedralarına  54 müəllim 50 yaxın labarant işə qəbul ediblər. Rektor Y.Yusibov  kafedralarda ştatdan artıq olan yükləri kafedradaki müəllimlərə vermək əvəzinə 10000 manata yeni müəllimlər götürür. Halbuki yüksək səviyyədə dərs deyə biləcək və  yarım ştata ehtiyacı olan müəllimlərimiz var. Bu müəllimlərin əksəriyyəti yarım ştat dərs deməyə  ehtiyacları olduqları ücün gedib Mingəcevir və Qazax şəhərindəki Univeristitetlərdə dərs götürüb deyirlər.

Y.Yusibov indiyə kimi,  xüsusəndə bu il secilən  dekan və kafedra müdiri seckilərini alternativ namizədlə kecirməmişdir. Bəli, Y.Yusibov Nazirlər kabinetinin kafedra müdiri və dekan seckisi ilə bağli təlimatını vecinə almayaraq, təkcə bu tədris ilində kafedra müdiri və dekan seckilərində bütün kafedra müdirlərinin və fakültə  dekanlarının  hec birini alternativ secki ilə secməmiş ( rektor olandan bəri kim hansı fəzifədə olubsa həmin vəzifə ücün qoyduğu  Daşqını Şahin Xurşudovun əli ilə alıb) yenidən təyin etmişdir. Düzdür seckilər ücün toplantı olmuş, sənədlər üzərində seckilər kecirilmişdir, lakin yenədə deyirik, bu ilki  seckilərin hamısında hec bir  alternativ namizəd olmamışdır. Seckilərdə iştirak etməyə cəhd edən namizədlərə isə, “onsuz da qutudan sən çıxmayacaqsan” deyib ərizələrini geri götüzdürüblər, alternativsiz seçkilər keçiriblər. Bu işlərin başında isə univerisitetin elmi katibi ( rektor Y.Yusibovun dediyi ilə desək onun bu univerisitetə gəlməyinin səbabkarı və indiyə kimi  buna görə ona borclu olan) Teymur İsmayılov və Şahin Xurşudovun dayanırlar.

Təlimata əsasən univerisitetdə 5 il işləyib mühazirə aparan elmi məqalələri dərc olunmuş müəllimlər baş müəllim kecə bilərlər. Rektor Y.Yusibov bunun da qarşısında sədd cəkib . Elmi şuranin qərarı ilə  özünün qanunlarını əmirləşdirib: baş müəllim olmaq ücün müəllimin 5 il stajı olmalı, müdafiyə edib diplomunu almalı, fənn proqramı, metodik vəsait və ən başlıcası isə mütləq xaricdə Tomson jurnalıda elmi məqaləsi dərc olmalıdır. Nəyə görə mütləq xaricdəki Tomson jurnalında? Çünki rektor bu jurnalla müqavilə bağlayıb hər il jurnalın saxlanılmasına küllü miqdarda pul keçirir. Müəllim bu jurnalda bir məqalə çıxarması ücün 1000 manat pul keçirməlidir. Üstəgəl baş müəllim keçməsinə görə,  elanın çıxarılması ücün Teymur İsmayılova 1000 manat verməlidir ki, Teymur rektora ərizənin üstünü yazdırsın. Yazıq müəllim aldığı 300-400 manat maaşının 4 ayını toplayıb Tomsona göndərməlidir. Tomson jurnalında məqalənin dərc olunub  gəlməsı  təxminən bir il cəkir. Müəllim   maaşının 4 ayınıda toplayıb Teymura verməlidir ki, elanı cıxsın bu da 4 -5 ay cəkər. Deməli müəllim  1 il yeyib icməyib  gözləməlidir ki, baş müəllim olub ayda maaşından 100 manat artıq maaş alacaq. Rektor isə yağ- bal icərisində öz balalarını dölandırır. Yazıq gənc ailə başcısı olan müəllim isə acqarına bilmır balalarını necə dolandırsın. Gənab rektor və ətrafındakılar Asif kimi müşavirlər, Teymurlar hec olmasa bu müəllimlərin də balaları olduğunu düşünürlərmi görəsən?

Respublikamızın digər ali məktəblərinin elmi jurnallarında həmin məktəbin müəllimlərinin elmi məqalələri pulsuz dərc olunduğu halda, Y.Yusibov GDU- nun elmi xəbərlər jurnalında univerisitetin müəllimindən 2- 3 səhvəlik məqaləsinə 30-50 manat aldırır. Alınan pulun nə qəbizi müəllimə verilir nə də hansı hesaba kecirildiyi deyilir.

Bir sözlə Gəncə Dövlət Universitetində illərdir ki,  bu kimi qanunsuzluqlar baş alıb gedir. Mətbuatın yazmasına, hətta bu universitetin öz müəllimlərinin ölkə başçısı İlham Əliyevə və Təhsil naziri Ceyhun Bayramova dəfələrlə müraciət etmələrinə baxmayaraq, GDU-dakı özbaşınalıqlara son qoyulmur ki, qoyulmur.

Hörmətli redaksiya, xahiş edirik ki, əvvəllər ictimailləşdirilmış bu məsələni  bir daha etdiyimiz əlavələrlə ictimailəşdirəsiz. Bəlkə indi əlaqədar təşkilatlar GDU-nin  rektoru Y.Yusibovun və onun komandasının özbaşınalıqlarına son qoya.

(ardı var)

GDU-nun profesor  müəllim heyyəti adından   Yunis  Hüseyn oğlu Hacıyev- kimya kafedrasının baş müəllimi.

7GUN.az-ın məsələ ilə bağlı Gəncə Dövlət Universitetindən açıqlama almaq cəhdləri nəticə vermədi.

Bütün bunlara baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

16-12-2019, 22:50