Dövlətin puluna dünyanın ən bahalı zalını tikiblər  -Gədəbəy rayonunda

Şrift : |
Tarix :21-12-2019, 03:35
Bölmə : Bölgə
Kömək :    
Like :
Like :

    Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin, Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun törətdikləri qanunsuzluqların eynisi, hətta dəfələrlə ondan artığı Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarov tərəfindən törədilib.

    7GUN.az Bizimxeber.az-a istinadən xəbər verir ki, lakin buna baxmayaraq Ramiz Yediyarovla bağlı hələ ki, hər hansı bir tədbir görülməməkdədir.

    2018-ci ilin yayında Baş Prokurorluq Ramiz Yediyarovun Gədəbəydəki fəaliyyətini yoxlamaq üçün kompleks yoxlama təşkil etdi. Lakin qısa müddət ərzində bəlli oldu ki, yoxlayıcılar daha çox Ramiz Yediyarovun cinayət dosyesini “təmizləmək” niyyəti güdürlər.

    Ortada maliyyə nazirinin müavini Azər Bayramovun işə qarışması və yoxlamanın çox yüngül şəkildə aparılmasına nail olması haqda çox ciddi iddialar vardı. Bidirilirdi ki, Azər Bayramovun bu cür ağır məsələdə canfəşanlıq etməsinə səbəb onun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla əlbir olaraq rayona ayrılan büdcə xərclərinin şişirdilərək talan edilməsinə şərait yaratmasından qaynaqlanır. Rayon sakinlərinin dediyinə görə, hətta yeni icra başçısı İbrahim Mustafayev də Ramiz Yediyarovun və onun rayondakı əlaltılarının bu yoxlamadan “təmiz” qurtarmasına kömək etmişdi.

    Sonrakı dövrdə İbrahim Müstafayevin Ramiz Yediyarovdan qalma kadrlarla işləməsi də yoxlama materiallarının sonuncunun xeyrinə olacağından xəbər verirdi. Belə də oldu. Yeri gəlmişkən, qeyd edək ki, İbrahim Mustafayev 1 ildən artıqdır ki, fəaliyyət göstərdiyi dövrdə 1 nəfər də olsun əsaslı kadr dəyişikliyi etməyib. Ramiz Yediyarovun təyin etdiyi və rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədova yaxın kadrların heç birini işindən kənarlasdırmayıb. İbrahim Mustafayevin bu “xidməti” Azər Bayramov tərəfindən xüsusi qiymətləndirilib və rayona abadlıq, təmir üçün külli miqdarda vəsait ayrılıb. Həmin vəsaitin İbrahim Mustafayevə yaxın şirkətlərə köçürülərək, qiymətlərin şişirdilməsi yolu ilə mənimsənilməsi iddiaları var.

    Ortada konkret faktlar da var, hansılar ki, şişirtmə və büdcə pullarının oğurlanmasını, mənimsəməsini deməyə əsas verir. Fakt budur ki, 2019-cu ildə Rayon İcra Hakimiyyəti binasının yanında əlavə olaraq 300 kvadrat metrlik iclas zalı inşa olunub. Bu məqsədlə ayrılan və xərclənən vəsait düz 1 milyon 300 min manatdır. Yəni ki, bu zalın 1 kvadrat metri dövlətə 4 min 333 manata başa gəlib.

    Bu, Gədəbəyin mərkəzində tikilən 300 kvadrat metrlik binadakı qiymətlərin hansı fantastik həddə qədər şişirdilməsi haqda məlumatdır. Hüquq-mühafizə orqanları, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Dövlət Təhlükəsizliyi Xidməti, ən pis halda elə Gədəbəy rayon prokurorluğu da bu məsələni araşdırıb büdcə oğrularını ifşa edə bilər.

    Müqayisə həqiqəti ortaya çıxarır və bu həmişə belədir. İllərlə yoxlanılmış üsula biz də baş vurduq. Gədəbəyin İcra Hakimiyyətinin binasının 1 addımlığında 1 kvadratın inşası 4 min 333 manata başa gələn tikilinin Bakıda tikiləcəyi halda kvadratının neçəyə başa gələcəyini araşdırdıq.

    Məsələn, Hüseyn Cavid prospektində tikinti işlərini aparan “Olympus park” şirkəti yeni binada 1 kvadrat metr evin hansı mərtəbədə yerləşməsindən asılı olaraq 2250 manatdan 2500 manata qədər olduğunu deyir. Ağ Şəhər layihəsində isə tikintinin hansı şirkət tərəfindən keçirilməsindən asılı olaraq evlərin 1 kvadrat metrinin qiyməti 1500-2500 manat arasında dəyişir. Ciddi rəqəmlərdir və yeyintinin miqyasını aşkar ortaya qoyur.

    Bu gün oxşar cinayətlərlə bağlı icra başçıları həbs edilirsə, Azər Bayramovun kölgəsinə sığınan və Gədəbəy Rayon Məhkəməsi tarixində görülməmiş cərimə ilə – 30 manat ödəməklə məsuliyyətdən yayınan Ramiz Yediyarov və onun əlaltıları da cəzasız qalmamalıdır. Üstəlik, bu arada İbrahim Mustafayevin icra nümayəndələrindən və rayonda yeni tikilən kommersiya obyeklərindən haqq alması haqda da məlumatlar gəlməkdədir. (afn.az)

    P.S. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.


Xəbər lenti

"Karmen" operasının növbəti tamaşası keçirilmişdir -Mədəniyyət

"Səhiyyə Nazirliyi də mənim nömrəmi “qara siyahı”ya saldı" -Nurlan Mirkazımlı

"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev

Bir gəncin də həyatı burulğana düşdü -FOTO

“Azərbaycan insanı daxmalarda çürüyür" -Ceyhun Nəbi

Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır -AŞPA

Milli Şura Əlizamin Salayevə qarşı işgəncələri pisləyir -BƏYANAT

Baş redaktorun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fevralın 3-nə təyin edilib

Səfir Ceyms Şarp Resurs və Təlim Mərkəzinin açılışında iştirak edib -FOTO

Bu gün mərhum jurnalist haqqında sənədli filmin təqdimatı olacaq

Mobil operatorlardan narazılıqlar gündən-günə artır -Rəy sorğusunun nəticələri

Qaraçuxurun ət satışı məntəqələrinə nəzarət edən varmı? -FOTO

"Bu, sadəcə kobud haker hücumu deyildi" -Anar Məmmədov

AŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı dinləmələrdə RATİ sədri və keçmiş səfir çıxış edəcək

Azərbaycan korrupsiyalaşmış ölkə olaraq qalır :Transparency International

Nazir buralardan xəbərsizdir... - İDDİA

Azər Abdullayev hansı maraqlara xidmət edir?

"Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır" -ABŞ Prezidenti Donald Tramp

"Əlizamin Salayevin səhhətində problemlər var" -Cavad Cavadov

AŞPA nümayəndələri KİV və seçkilər mövzusunu nüzakirə ediblər -Jurnalistlərlə

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya