Sabiq icra başçısı rayonun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib? - KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER

Şrift : |
Tarix :26-12-2019, 02:20
Bölmə : Bölgə
Kömək :    
Like :
Like :

    Struktur islahatları, eləcə də rayon icra hakimiyyətlərindəki mənimsəmə faktları ilə bağlı aparılan son araşdırmalar və həbslər bu orqanlardakı əsas korrupsiya mənbələrindən biri olan tender mövzusunu bir daha gündəmə gətirir. Belə ki, məhz tenderlər, dövlət satınalmaları zamanı əsasən rayon rəhbərlərinə, yaxud digər məmur-oliqarxlara yaxın şirkətlərlə aparılan “pay bölgüsündən” əldə olunan vəsait icra başçılarının əsas gəlir mənbələri sırasında xüsusi yer tutur.

    2019-cu ilin yanvar-dekabr aylarında Ağsu rayonunda dövlət qurumları tərəfindən keçirilən tenderlərlə bağlı statistik məlumatlara nəzər yetirdikdə maraqlı mənzərə ilə rastlaşmış oluruq.

    7GUN.az “AzPolitika.info” -ya istinadən xəbər verir ki, həmin tenderlərin qalibləri arasında xüsusi diqqət cəılb edən şirkətlərdən biri “ATF” MMC-dir.

    Rəsmi hesabatlaradn aydın olur ki, yanvar-dekabr aylarında Ağsuda dövlət qurumları tərəfindən ümumi məbləği 9 milyon 15 min 246 manat olan 28 tender keçirilib. Və təbii ki, ən ən iri məbləğdə tenderlər keçirən də rayonun İcra Hakimiyyətidir- 8 milyon 244 min 671 manat. Bu məbləğin əsas hissəsi Ağsu rayonunda 2019-cu ilin 5 fevral tarixində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan tikinti-təmir işləriləəlaqədardır.

    Ancaq rayona ayrılan vəsaitin kifayət qədər böyük bir hissəsi də sırf abadlıq işlərinə aiddir. Belə ki, bu işlərə ümumilikdə 1 milyon 130 min manata yaxın vəsait ödənilib. Həmin işlər üzrə tenderin qalibi isə yuxarıda qeyd etdiyimiz “ATF” MMC-dir. Şirkətlə “Ağsu şəhərində abadlıq işləri” bəndi üzrə 637.295 manat, “Ağsu şəhərində asfalt-beton işlərinin görülməsi” bəndi üzrə isə 492.823 manat dəyərində müqavilələr bağlanıb.

    Təsadüfi deyil ki, abadlıq və yol infrastrukturu ilə bağlı işlərə ayrılan pullar ən çox mənimsəmə, korrupsiya riski daşıyan büdcə vəsaitləri hesab olunur. Ona görə də bu sahədə keçirilən tenderlərə, həmin tenderlərdə iştirak edən şirkətlərə və büdcə vəsaitlərinin istifadəsinin şəffaflığına xüsusi önəm verilməlidir.

    Ağsu rayonunun abadlaşdırılmasına dair tenderin məhz “ATF” MMC-yə nəsib olması isə ona görə diqqət cəlb edir ki, bu şirkətin adı 2018-ci ilin iyununda Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı açılan cinayət işində keçir.

    Belə ki, həmin vaxt məhz “ATF” MMC çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərmiş, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına və digər qurğulara bir neçə milyon manatlıq ziyan vurmuş əsas şirkətlərdən biri olub.

    Hətta mətbuatda sabiq nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi təqdim edilən şirkətin sahibi Azad Muradov dövlətə vurulan külli miqdarda ziyana görə həbs də edilib. Bu şirkətin adı həmçinin “Azəryolservis”ASC-nin rəhbərliyinin də iştirakı ilə həyata keçirildiyi iddia edilən maxinasiyalarda hallandırılıb.

    Lakin göründüyü kimi, bütün bunlar Ağsu rayon İcra Hakimiyyətinin 2019-cu ildə keçirdiyi milyonluq tenderin məhz bu şirkətə nəsib olmasına maneə yaratmayıb. Onu da qeyd edək ki, şirkətin qazandığı hər iki tender Ağsunun vəzifəsindən azad edilən sabiq icra başçısı Ənvər Seyidəliyevin rayona rəhbərlik etdiyi dövrdə baş tutub.


Xəbər lenti

"Karmen" operasının növbəti tamaşası keçirilmişdir -Mədəniyyət

"Səhiyyə Nazirliyi də mənim nömrəmi “qara siyahı”ya saldı" -Nurlan Mirkazımlı

"Vəzifəli şəxslər ağılasığmaz özbaşınalıqlar və haqsızlıqlar edirlər" -Cavid Şirəliyev

Bir gəncin də həyatı burulğana düşdü -FOTO

“Azərbaycan insanı daxmalarda çürüyür" -Ceyhun Nəbi

Böhtan iki ilədək həbs cəzası ilə nəticələnən cinayət olaraq qalır -AŞPA

Milli Şura Əlizamin Salayevə qarşı işgəncələri pisləyir -BƏYANAT

Baş redaktorun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fevralın 3-nə təyin edilib

Səfir Ceyms Şarp Resurs və Təlim Mərkəzinin açılışında iştirak edib -FOTO

Bu gün mərhum jurnalist haqqında sənədli filmin təqdimatı olacaq

Mobil operatorlardan narazılıqlar gündən-günə artır -Rəy sorğusunun nəticələri

Qaraçuxurun ət satışı məntəqələrinə nəzarət edən varmı? -FOTO

"Bu, sadəcə kobud haker hücumu deyildi" -Anar Məmmədov

AŞ-da Azərbaycandakı siyasi məhbuslarla bağlı dinləmələrdə RATİ sədri və keçmiş səfir çıxış edəcək

Azərbaycan korrupsiyalaşmış ölkə olaraq qalır :Transparency International

Nazir buralardan xəbərsizdir... - İDDİA

Azər Abdullayev hansı maraqlara xidmət edir?

"Dünyada nələrin baş verdiyini görürsünüz, ölkəmiz təhlükəsiz olmalıdır" -ABŞ Prezidenti Donald Tramp

"Əlizamin Salayevin səhhətində problemlər var" -Cavad Cavadov

AŞPA nümayəndələri KİV və seçkilər mövzusunu nüzakirə ediblər -Jurnalistlərlə

Saxlanılan milli fəalların ailələrinə məlumat verilmir

Vəkil Elçin Sadıqov barəsində intizam icraatına xitam verilib

Səməndər Rzayevə qarşı biganəlik - Daxmada keçirilən yubley tədbir

Qiymətlər od tutub yanır -İTV-də

Sayt rəhbəri ABŞ səfrliyində oldu

Təqvim

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya