Mobil operatorlardan narazılıqlar gündən-günə artır -Rəy sorğusunun nəticələri

Şrift : |
Tarix :23-01-2020, 08:33
Bölmə : Bölgə
Kömək :    
Like :
Like :

    Azərcell, Bakcell və Nar Mobile mobil operatorları mətbuatda yazılanlardan düzgün nəticə çıxartmırlar.

    Ölkədəki problemlər dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla bitmir, həmçinin biznes sahəsində də kifayət qədərdir. Sirr deyil ki, geniş biznes şəbəkələri hakimiyyətdə təmsil olunan ayrı-ayrı məmurlara məxsus olduğundan bu sahəyə nəzarət mexanizmi işləmir. Məhz bunun nəticəsidir ki, həmin sahədə azad rəqabət demək olar yox səviyyəsindədir.

    Ölkənin ən böyük biznes şəbəkələrindən olan mobil operatorlarda da vəziyyət ürəkaçan deyil. Bu barədə mətbuatda çoxlu məqalələr dərc edilib. Ancaq görünən odur ki, hər üç mobil operatorlar- Azərcell, Bakcell və Nar Mobile mətbuatda yazılanlardan düzgün nəticə çıxartmırlar. Həmin mobil operatorlar çətin sosial-iqtisadi problemlərlə yaşayan yoxsul təbəqənin balanslarından nəzərəçarpmayan dərəcədə qəpik-quruş çıxırlar ki, bunu da ölkə üzrə abunəçilərin sayı ilə hesablasaq ortaya ciddi rəqəmlər çıxır.

    7GUN.az olaraq mobil operatorlarla bağlı ölkə üzrə sorğulara başlayıb. İlk olaraq AğstafaQazax rayonlarında insanlar arasında sorğu keçirtdik. Sorğuda iştirak edən respondentlərin 95 faizi mobil operatorların fəaliyyətlərindən narazı olduqlarını bildiriblər. Respondentlərin böyük əksəriyyəti şikayətlənir ki, mobil operatorlar onları ayrı-ayrı xidmətlərə qoşaraq balanslarından müxtəlif məbləğlərdə pullar silir. Onlar internetin keyfiyyətinin çox aşağı olduğundan və meqabaytların sürətlə yoxa çıxdığından narazıdırlar.

    "İstər Azərcell olsun, istər Bakcell, istərsə də Nar Mobile bizim xəbərimiz olmadan nömrələrimizi müxtəlif kampaniyalara qoşaraq hər gün balansımızdan əsassız pullar silirlər. Bu barədə müştəri xidmətlərinə etdiyimiz şikayətlərə belə cavab ala bilmirik. İnternetin sürətini aşağı verirlər. Meqabaytlarımız istifadə etmədiyimiz halda yoxa çıxır. Başqa seçimimiz yoxdur. Telefonlarımızı məcburiyyətdən işlədirik. Biz dərdimizi hara və ya kimə deyək? Belə də biabırçılıq olar?"-deyə sorğuda iştirak edən respondentlər bildirir.

    7GUN.az-ın məqalə ilə bağlı sözügedən mobil operatorlardan münasibət öyrənmək cəhdləri baş tutmadı.

    Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

    Mövzunu davam etdirəcəyik.

    Lalə Rövşən


Xəbər lenti

"Mənim “arxa-dayağım” komitəmizin sədri cənab Əhməd Əhmədzadədir" -Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov

Prezident İtaliyada səfərdədir -FOTOLAR

İnsan hüquqlarının vəziyyəti müzakirə olunacaq -ATƏT-in PA-da

“Biz tələsmirik, təzyiq kampaniyası davam edir” -ABŞ dövlət katibi

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

“Qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Leyla Abdullayeva

Prezident Xalq rəssamını təltif etdi -SƏRƏNCAM

Seymur Həzi 16 fevral mitinqilə bağlı polisə çağırılıb

“Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb -BƏYANAT

MSK Hadı Rəcəblini və Hüseynbala Mirələmovu mandatdan məhrum etdi -QƏRAR

Arlem Dezir jurnalistlərlə bağlı hakimiyyətə çağırış etdi

Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir

7GUN.az tezliklə yeni "Sual ver" layihəsinə başlayır -AÇIQLAMA

"24 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibbi xidmət normaldır" -Baş həkim Azər Məmmədov

"Vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması halları aşkar edilməyib" -Rusiya XİN

“Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir” - Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva

AzTU-nun nümayəndə heyəti Türkiyəyə səfər edib

"Bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar oldu" -ABŞ səfirliyi

Seçkilərdə rəqabət mühiti olmayıb -ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidəçiləri

Namizədin ələ alınmasına cəhdlə bağlı beynəlxalq missiyaları məlumatlandırıb

"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar" -Firuzə Gülalıyeva

Təqvim

«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya