Ziyafət Əsgərova şikayət edən şəxs həbs edilib-Astara rayonunda


Sahağacı kənd sakini Fəyaz Əsədov  Ziyafət Əsgərovla görüşündə ona evində baş verən oğurluq hadisəsindən bəhs edəndən sonra həbs edilib.

7GUN.az xəbər verir ki, bu barədə zərərçəkmişin ailəsi ToplumTv-yə məlumat verib.

Məlumata görə, Fəyaz Əsədov Ziyafət Əsgərova oğurluq hadisəsinin  iki aydır polis tərəfindən araşdırılmadığı ilə bağlı şikayət edib. 

Oğrunu da tanıdığını deyib  və oğurluq mallar onun evindən çıxdığını bildirib.

Ziyafət Əsgərov polisə bildirib  ki, vətəndaşın problemini həll etsinlər.

Bundan sonra isə Fəyaz Əsədova 10 sutka həbs verilib. 

Adı oğurluqda hallandırılan şəxsin Əsgərovla görüşün təşkilatçılarından biri olduğu deyilir.

Ziyafət Əsgərovun səlahiyyətli nümayəndəsi məsələni araşdıracaqlarını deyib. 

Astara polisindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

2-02-2020, 19:49