Məhbub Zülfüqarlı Prezident İlham Əliyevə müraciət etdi

Şrift : |
Tarix :16-02-2020, 23:27
Bölmə : Bölgə
Kömək :    
Like :
Like :

    İmişli şəhəri Lətif Vəliyev küçəsi 38 ünvanda yaşayan ADP İmişli Rayon Təşkilatının sədri Məhbub Əvəz oğlu Zülfüqarlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və digər dövlət orqanlarının rəhbərlərinə etdiyi müraciəti 7GUN.az-a təqdim etmişdir. Həmin müraciəti olduğu kimi təqdim edirik:


    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

    Surəti- Ədliyyə Naziri cənab Fikrət Məmmədova

    Surəti- Daxili işlər Naziri cənab Vilayət Eyvazova

    Surəti- Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova

    Surəti- İmişli rayon Məhkəməsinin hakimi Ülvü Qənbərova



    Açıq məktub

    Hörmətli cənab Prezident!

    İmişli rayon məhkəməsinin hakimi Ülvü Qənbərov məni İmişli RPŞ-nın Yol Polis Bölməsinin rəisi Eldəniz İmamyarovun şərəf və ləyaqətin müdafiəsi tələbi barədə qaldırdığı hazırlıqsız məhkəmə iclasına 19.02.2020-ci il tarixdə saat 09-30-da məhkəməyə cavabdeh qismində 24.01.2020-ci il tarixdə Qərardadla məhkəmə iclasına çağırmışdır. 30.07.2019-cu il tarixdə yol qaydasının pozulması ilə əlaqədar verdiyim şikayətlərin 20.12.2019-cu il tarixdə cavablandırılmasına əsasən bir daha Sizə yenidən müraciət edirəm. Vətəndaşların müraciətlərinə baxılması haqqında Azərbaycan Respublikası Qanunun 4, 4.6, 7.12, 7.14, 10.1, 12.5, 16-cı maddələrinin pozulması hallarına görə nəzərinizə çatdırıram ki, BDYPİ-nin rəisi Ramiz Zeynalovun mənə ünvanladığı 20.12.2019-cu il tarixli №16-120076-1219 saylı məktubunun sonunda yazır ki, İmişli rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi Eldəniz İmamyarov tərəfindən həqiqətə oyğun olmayan məlumatların təkzib edilməsi tələbi haqqında İmişli rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur.

    Mən, Eldəniz İmamyarovla 2019-cu ilin avqust ayında görüşmüşəm və o, mənim adımı, soyadımı yazaraq götürüb.

    Mən onun onun adını, soy adını və ayasının adını hakim Ülvü Qənbərovun 24.01.2020-ci il tarixdə mənə təqdim etdiyi Qərərdadından oxumuşam. Şərəf və ləyaqətinin qorunmasını məhkəmədən tələb edən Eldəniz İmamyarov onunla eydiyim söhbətdə bir çox polis məmurlarının adlarını rüşvət almaqda hallandırdığıma görə əsassız olaraq barəmdə məhkəməyə şikayət edib.

    Həm də DİN-nin mətbuat xidmətinin Şirvan şəhərində ki, baş inspektoru Toğrul Nəsirli “Turaninfo.az” saytında mənim məktublarımda göstərdiyim faktları təkzib edib və məni qərəzli böhtançı adlandırıb. Hətta böhtan atdığıma görə hakim Ülvi Qəmbərov tərəfindən 5 ay müddətində azadlıqdan məhrum edilməyim barədə açıqlama da verib.

    Son dövrlərdə İmişli rayonunda yaşanan ictimai və sosial problemlər barədə ali hakimiyyət orqanlarına etdiyim müraciətlər məmurları narahat edir. Həmin müraciətlərdə İmişli RPŞ-in çalışan bəzi əməkdaşların rüşvətə qurşanmaları barədə məlumatlar da var. Xüsusilə, yol polisi əməkdaşlarının rüşvət almaq məqsədilə sürücüləri əsassız olaraq incitmələrinə dəfələrlə etirazımı bildirmişəm. Görünür, Eldəniz İmamyarov məhz bu səbəbdən narahat olduğuna görə özünü və əməkdaşlarını sığortalamaqdan ötrü məhkəməyə müraciət etmişdir.

    Hörmətli Prezident, müraciətimi nəzərə almağınızı xahiş edirəm.

    Hörmətlə,

    Məhbub Zülfüqarlı


Xəbər lenti

"Saytın fəaliyyəti tezliklə bərpa olunacaq" -Rafiq Şahbazov

"Qızımın ölümündən aylarla vaxt ötdüyünə baxmayaraq, mən bu günə qədər ölüm kağızını almamışam" -Vüqar Nağıyev

"R.R.Konstuructions" MMC-ni Abidin Fərzəliyev himayə edir?

Pulsuz xəstələr baxımsızlıqdan əziyyət çəkir -VİDEO

Hüquq müdafiəçisi Oqtay Gülalıyevə 3500 avro təzminat veriləcək

Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

Xalqxeber.Az xəbər portalının 8 yaşı tamam olub

"Biz yeni, hərtərəfli araşdırma aparılmasını, sifarişçilərin və icraçıların adlarının açıqlanmasını tələb edirik” -Mehman Əliyev

Öz biliyi ilə oxumaq həvəsində olanların qarşısına isə böyük əngəllər çıxardılır - Ağcabədi Müəllimlər İnstitutunun rəhbərinə qarşı ağır ittiham

“İnanıram ki, təhsil naziri Ceyhun Bayramov bu məsələnin araşdırılmasına tapşırıq verəcək” - Rəşad Əkbəroğlu

“Azərbaycan hakimiyyətinin Xədicəyə qarşı etdiyi haqsızlıq hələ bitməyib” -Amnesty İnternational

Elman Quliyev aclığa başlayıb

Vəzifəli şəxslər İranla sərhəddə -FOTO

"Abidin Fərzəliyevin himayə etdiyi işbazlar mənim mülkiyyət hüquqlarımı pozub" -Səbri Qədirov

Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi

Xəzər Müslümovun işədüzəltmə taktikası

Yeni İctimai Birliy təsis edildi

"Mənim “arxa-dayağım” komitəmizin sədri cənab Əhməd Əhmədzadədir" -Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov

Prezident İtaliyada səfərdədir -FOTOLAR

İnsan hüquqlarının vəziyyəti müzakirə olunacaq -ATƏT-in PA-da

“Biz tələsmirik, təzyiq kampaniyası davam edir” -ABŞ dövlət katibi

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya