"Mənim “arxa-dayağım” komitəmizin sədri cənab Əhməd Əhmədzadədir" -Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov

Şrift : |
Tarix :19-02-2020, 05:11
Bölmə : Bölgə
Kömək :    
Like :
Like :

    O da hər kəsə bəllidir ki, xeyli müddət bundan öncə Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimovun qol qoyduğu qanunsuzluqlar barədə dərc etdiyimiz açıqlamalardan sonra, deyəsən o, yamanca “xod getməyə” başlayıb.

    Ümumiyyətlə, “xod getmək” yaxşı əlamətdir, amma hansısa yolu gedərkən, yaxud da hansısa mövzu haqda danışarkən, məsələlərə münasibət bildirərkən və s. heç vaxt “sürət həddi”ni aşmayasan. Əgər kimsə “sürət həddi”ni aşarsa, çox zaman bu acı sonluqla da nəticələnə bilər. Belə bir səbəb üzündən də, dəyərli dostlara, qiymət verdiyimiz hər kəsə, şəxsiyyətinə hörmət etdiyimiz insanlara tövsiyyəmiz odur ki, “xod gedərkən” bir az diqqətli olmaq gərəkdir. Belə bir tövsiyyələrimizi hər kəsə bildirməyimizə baxmayaraq, şəxsiyyətinə hörmət etdiyimiz Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov isə, son vaxtlar KİV nümayəndələrinə qarşı “xod getməyə” başlayıb. Məsələn, əldə etdiyimiz məlumatlara görə o, bir müddət bundan əvvəl bəzi media nümayəndələrinə kəskin iradını bildirir ki, “Siz məndən yazmaqla nəyə nail olacaqsınız?. Mənim “arxa-dayağım” komitəmizin sədri cənab Əhməd Əhmədzadədir. Bugünə kimi yığdığımı yığmışam, yediyimi yemişəm. Tutaq ki, məndən yazırsınız, məni işdən çıxardırlar, o halda mən heçnə itirəsi deyiləm, gedin nə bacarırsınızsa, onu da yazın” deyir.

    Əslində belə bir yanaşma bu gün hər kəsi düşündürməli, hər kəsi götür-qoy etməyə vadar etməlidir. Axı, necə ola bilər ki, hakimiyyətin ən yuxarı kürsüsündə vəzifə sahibi olanlar media təmsilçilərinə qarşı diqqətlə yanaşır, hörmət və ehtiramlarını bildirirlər. 7GUN.az-ın Az Nyus.Az-a istinadən məlmatına görə Vaqif Səlimov KİV nümayəndələrini saya salmır, hətta aşağılayıcı münasibət bildirməkdən belə əl çəkmir. Bütün bunlar qalsın bir yana, Vaqif Səlimovun qanunsuzluğa söykənən iş fəaliyyəti haqda əldə etdiyimiz məlumatlara görə, onun bugünədək əldə etdiyi gəlirlərin daha çoxu büdcə vəsaitlərinə “əl gəzdirməkdən” keçib. Məslən, hər il komitədən müxtəlif layihələri həyata keçirmək üçün SSİ-nə külli miqdarda pul vəsaiti ayrılır. Bu zaman Vaqif Səlimov ayrılan vəsaitlərin çoxunu guya ki, bir çox layihələrin həllinə yönəldir adı altında mənimsəyir. Əldə etdiyimiz başqa bir məlumatlara görə o, təkcə belə bir yollarla hər kvartalda yüz minlərlə vəsaiti “çıxdaş edir”. İdarənin balansında olan texnikaların təmiri adı altında ayrılan vəsaitlər də, məhz Vaqif Səlimov tərəfindən “həzmi-rabedən” keçirilir. Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin suvarma suyuna ehtiyacı olarkən, idarə rəisinin bəxti “gül açır”. Yəni, su təminatından manipulyasiya etmək üçün minbir rola girən Vaqif müəllim, suyun hər kubunu qəbul olunmuş “Səlimov qanunları”na uyğun satışa çıxarır. Belə bir halın varlığı isə, ümumi ictimai narazılığına baş qaldırmasına gətirib çıxaran hal olur ki, bundan da daha çox sıravi sakinlər əzab çəkirlər.

    Bütün bu kimi amillərin varlığının nəticəsidir ki, bu gün Vaqif Səlimov həm davranışına, həm də maliyyə imkanına görə Xaçmazda ən “xod gedən” vəzifə sahiblərindən biri hesab olunur. Amma onu da unutmaq olmaz ki, Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi Əhməd Əhmədzadəni arabir “Benladen” adlandırmaqdan da ehtiyat etmir. Öz-özlüyümüzdə belə bir yanaşmanın hardan qaynaqlandığını, onun adı çəkilən şəxsə qarşı belə bir fikiri ifadə etməsinin varlığını heç cür başa düşə bilmirik. Dünən günorta saatlarından sonra əməkdaşlarımız SSİ-də olarkən, məhz Vaqif Səlimovun iş otağında keçirilən “mini müşavirə” də belə bir danışdıqlarını eşidib, sanki şoka düşürlər. Qeyd etdiyimiz bu kimi faktla bağlı həyata keçirilmiş çəkiliş, yəqin ki, sadaladıqlarımızı tam təsdiq etməyə əsas verir.

    Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Xəbər lenti

"Saytın fəaliyyəti tezliklə bərpa olunacaq" -Rafiq Şahbazov

"Qızımın ölümündən aylarla vaxt ötdüyünə baxmayaraq, mən bu günə qədər ölüm kağızını almamışam" -Vüqar Nağıyev

"R.R.Konstuructions" MMC-ni Abidin Fərzəliyev himayə edir?

Pulsuz xəstələr baxımsızlıqdan əziyyət çəkir -VİDEO

Hüquq müdafiəçisi Oqtay Gülalıyevə 3500 avro təzminat veriləcək

Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

Xalqxeber.Az xəbər portalının 8 yaşı tamam olub

"Biz yeni, hərtərəfli araşdırma aparılmasını, sifarişçilərin və icraçıların adlarının açıqlanmasını tələb edirik” -Mehman Əliyev

Öz biliyi ilə oxumaq həvəsində olanların qarşısına isə böyük əngəllər çıxardılır - Ağcabədi Müəllimlər İnstitutunun rəhbərinə qarşı ağır ittiham

“İnanıram ki, təhsil naziri Ceyhun Bayramov bu məsələnin araşdırılmasına tapşırıq verəcək” - Rəşad Əkbəroğlu

“Azərbaycan hakimiyyətinin Xədicəyə qarşı etdiyi haqsızlıq hələ bitməyib” -Amnesty İnternational

Elman Quliyev aclığa başlayıb

Vəzifəli şəxslər İranla sərhəddə -FOTO

"Abidin Fərzəliyevin himayə etdiyi işbazlar mənim mülkiyyət hüquqlarımı pozub" -Səbri Qədirov

Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi

Xəzər Müslümovun işədüzəltmə taktikası

Yeni İctimai Birliy təsis edildi

"Mənim “arxa-dayağım” komitəmizin sədri cənab Əhməd Əhmədzadədir" -Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov

Prezident İtaliyada səfərdədir -FOTOLAR

İnsan hüquqlarının vəziyyəti müzakirə olunacaq -ATƏT-in PA-da

“Biz tələsmirik, təzyiq kampaniyası davam edir” -ABŞ dövlət katibi

Rüşvət barədə xəbər yayan jurnalist qətlə yetirilib

İlham Əliyev yollarının tikintisi və yenidən qurulması üçün 4,9 milyon manat vəsait ayırdı -SƏRƏNCAM

Zakir Fərəcovun Fəzail Hüseynova bu boyda etimadının arxasında nə dayanır?

Cavid Şirəliyev hakimiyyətə çağırış etdi -BƏYANAT

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya