Tofiq Yaqubluya görə aclıq aksiyası keçirən müsavatçı saxlanılıb


Müsavat Partiyasının Şəki rayon təşkilatının üzvü Natiq İsrafillinin polis tərəfindən saxlanıldığı bildirilir.

7GUN.az xəbər verir ki, bu barədə Toplum Tv-nin Şəki müxbiri Müsavat Partiyasının Şəki təşkilatının sədri Bakixan Qəribliyə istinadən məlumat verib.

Məlumata görə, Partiyanın Şəki rayon təşkilatının üzvü Natiq İsrafilli Tofiq Yaqublunun həbsinə etiraz olaraq 7 sentyabrdan aclıq aksiyası keçirirdi.

Ancaq 8 sentyabrda polis tərəfindən saxlanılıb və hazırda partiya üzvündən xəbər yoxdur.

8-09-2020, 10:21