Vaqif Abdullayevin əxlaq və rüşvət sərgüzəştləri » www.7GUN.az
BÖLMƏLƏR


«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
7 GÜN TV
XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

Vaqif Abdullayevin əxlaq və rüşvət sərgüzəştləri

62
  • + A
  • - A
  • Vaqif Abdullayevin əxlaq və rüşvət sərgüzəştləri

    Beyləqanda son 6 ildə dağıdıcılıqla məşğul olmuş icra başçısı Vaqif Abdullayev haqlı olaraq, ölkə mediasının gündəmindən düşmür. Çox haqlı olaraq, icra başçısı əsasən, əxlaqsızlıq və kütləvi rüşvətyığma əməlinə görə, rayon əhalisi tərəfindən şiddətlə tənqid olunur. İcra başçısının əxlaqsızlıq zəminində tənqid olunması, onun Rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova ilə açıq-aşkar yaxınlıq etməsi ilə bağlıdır. Məlumdur ki, Xuraman Rüstəmova ixtisasca ibtidai sinif müəllimi olduğuna görə, o, məktəb direktoru, eyni zamanda, Rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilə bilməz. Amma Xuraman xanım Vaqif Abdullayevin himayəsi ilə uzun müddət şəhər 3 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmış və iki ildir ki, Beyləqan Rayon Təhsil şöbəsinin müdiri vəzifəsini icra edir.

    İcra hakimiyyətində çalışan, təqibə məruz qalmamaq və işini itirməmək üçün adının çəkilməsini istəməyən məlumatlı şəxsin deməsinə görə, rayon əhalisi icra başçısı ilə Təhsil şöbəsinin müdiri arasında hər gün baş verən əxlaq və rüşvətyığma məcaralarından gen-bol danışır. Beyləqan əhalisinin Vaqif Abdullayevi məişət pozğunu kimi tanınması heç də təsadüfi deyil. O, rayona icra başçısı təyin olunduqdan sonra ətrafına əhali arasında kirli əxlaqa malik olan qadın kimi, tanınmışları toplayıb və onların vasitəsi ilə rayonda hər cür çirkin hərəkətlərlə məşğul olub. Ailəsini rayona gətirməyən və həftənin 5 gününü rayonda müxtəlif əxlaqsız xanımlarla keçirən icra başçısına əhali çox qızğındır və qəzəblidir.

    Məlumat verən mənbənin xəbərinə görə, Vaqif Abdullayev əxlaqsız və rüşvətxor olmaqla bərabər, həm də söyüş ritorikası ilə toplantı keçirən icra başçısıdır. Adam hər cümləsində daha çox özünün layiq olduğu təhqir və söyüşlər işlədir, hüquq-mühafizə orqanlarının və rayon fəallarının iştirak etdiyi toplantılarda həddini aşaraq, əxlaq normalarına əməl etmir. Buna görə də Vaqif Abdullayev bir neçə dəfə təhqir etdiyi şəxslər tərəfindən döyülüb və hətta ciddi zədələr aldığı üçün neçə gün işə çıxmayıb. Bundan əlavə, icra başçısı sipirtli içki düşkünü kimi tanınır və hər gün tabeliyində olan idarə, müəssisə və təşkilat rəhbərlərinin hesabına yeyib-içmək mərəzinə tutulub.
    İcra başçısının rəhbər işçiyə yaraşmayan, onu hörmətdən salan hərəkətlərdən biri də tabeçiliyində olana rəhbər vəzifəli şəxslərdən 50-100 manat pul istəməsi, yəni açıq-aşkar dilənçilik etməsidir. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında maliyyə vəziyyəti son dərəcə ağırdır, dövlət əmlakını mənimsəmə və talama halları adiləşib. Əgər Hesablama Palatası Beyləqan Rayon İcra hakimiyyətinin dövlət vəsaiti ilə bağlı fəaliyyətini təftiş etsə, icra başçısının ciddi maliyyə pozğunluğuna yol verdiyini və külli miqdarda dövlət vəsaitini mənimsədiyini müəyyən edəcəyinə heç kim şübhə etmir.
    Beyləqanın icra başçısının professor elmi dərəcəsinə malik olmasına münasibət bildirənlər sırasında“XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyevin də bu fikirləri birmənalı qarşılanmayıb. O, özünün feyzbuk səhifəsində elmi nüfuzdan salan məsələlərdən söz açarkən, Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevin 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyası) bitirməsinin, 2 ildən sonra isə namizədlik dissertasiyası müdafiə etməsini şübhəli məqam kimi qeyd edib. Gəlin, Vaqif Abdullayevin tərcümeyi-halı ilə tanış olaq və Etibar Əliyevi təəccübləndirən məqamlara diqqət yetirək:

    Vaqif İdris oğlu Abdullayev 16 oktyabr 1956-cı il tarixdə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan “Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2007-2012-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür. Prezident İlham Əliyevin sərəncamı ilə 15 oktyabr 2015-ci ildə “3-cü dərəcəli Vətənə Xidmətə görə” ordeni ilə təltif edilmişdir. Ailəlidir, 5 övladı, 10 nəvəsi var."

    Bu tərcümeyi-haldan Vaqif Abdullayevin elmi dərəcələri çox sürətlə və əlüstü aldığı aydın görünür. Yəni icra başçısının keçdiyi ömür yolunu və bütün fəaliyyətini nəzərdən keçirdikdə, onun tam saxta həyat və fəaliyyət tarixçəsinin eybəcərlikləri bütün çılpaqlığı ilə üzə çıxır. İcra başçısı fevral 2012-ci ildə Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Milli Məclisdəki çıxışından sonra Xızıdan qovulur və himayəçilərinin köməyi ilə Beyləqana gətirilir. Burada rayonu arxayın talamaq üçün özünə yuxarıdan dayaq axrarır və o arxanı tapır: - general Bəylər Əyyubovla qohumluq əlaqəsi quraraq - generalın qardaşı qızını oğluna alır və Beyləqanı tamam söküb-talamaq üçün şans əldə edir və bu gün də bunu davam etdirir.

    Paralel.az